II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
46
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
InTe-GaTe SİSTEMİNİN HAL DİAQRAMI
Ülkər ABDURƏHMANOVA
Azərbaycan Texniki Universiteti
geldar-04@mail.ru
AZƏRBAYCAN
Məlum olduğu kimi yeni kimyəvi birləşmələrin və bərk məhlulların aşkar edilməsi üçün fiziki-kimyəvi və
rentgenofaza analizlərindən istifadə edilir. Bu işdə biz xassələri və zona quruluşu kifayət qədər ətraflı öyrənilmiş [1-4]
2
InGaTe
birləşməsinin hal diaqramının qurulması barədə məlumat veririk. Bunun üçün diferensial termik, mikrostruktur,
rentgenofaza, həmçinin sıxlığın və mikrobərkliyin ölçülməsi üsullarından istifadə edilmişdir. Diferensial termik analizin
aparılması üçün NTR-74 markalı pirometrdən istifadə edilmişdir. Ərintilərin ərimə temperaturlarının müəyyən edilməsi
üçün dibi çökük, diametri 0.5sm, uzunluğu isə 5sm olan kvars ampulalardan istifadə edilmişdir. Nümunələrin çəkiləri 2q
olmuşdur. Nümunənin qızdırılması üçün xüsusi hazırlanmış sobadan istifadə edilmişdir. Etalon maddə kimi KCr
2
O və
Na
2
SO
4
–dən istifadə edilmişdir. Qeyd edək ki, sintez üçün istifadə olunan qurğuda müxtəlif tərkibli nümunələrin hamısı
üçün eyni şərait yaradılmışdır. Sintezdə istifadə olunan kvars ampula ilkin olaraq HF-lə distillə olunmuş suyun qarışığı ilə
yuyulmuşdur. Kimyəvi təmizlənməyə məruz qaldıqdan və xüsusi sobada qurudulduqdan sonra sintez olunacaq qarışığın
stexiometriyaya uyğun komponentləri ampulaya doldurularaq havası 0.0133 Pa-a qədər sorulmuş, ağzı qapanmışdır.
İçərisinə qarışıq doldurulmuş ampulaların hamısı eyni şəraitdə olmuş və sintez eyni qaydada aparılmışdır və həmin
mərhələdən sonra müxtəlif tərkibli ərintilərin ərimə temperaturları təyin edilmiş və temperaturun tərkibdən asılılıq qrafiki,
yəni hal diaqramı qurulmuşdur. Termoqrafik analizin nəticələri ərintilərin mikrostruktur analizləri ilə də təsdiq edilmişdir.
Səthlərin mikrorelyeflərinin analizi göstərmişdir ki,
2
InGaTe
birləşməsi istisna olmaqla digər qarışıqlar iki və daha çox
fazadan ibarətdir. Bu üsul fiziki-kimyəvi analizin həssas üsullarından biri olub, ərinti daxilində mövcud olan fazaların,
hüceyrələrin və ümumilikdə nümunənin səthinin relyefinin vizual olaraq öyrənilməsində istifadə edilir. Ərintilərin
mikroquruluşlarının öyrənilməsi əks olunmuş şüada işləyən МИМ-7И mikroskopu ilə aparılmışdır. Həmin tədqiqatdan
əvvəl nümunələrin cilalanması 3HCl+1H
2
SO
4
qarışığı ilə yuyulduqdan sonra (yuyulma müddəti tərkibdən asılı olaraq 10-
20san olur) tədqiqata hazır vəziyyətdə olur.
Hal
diaqramının təsdiq edilməsi üçün sistemin ərintilərinin sıxlıqlarında təyin edilmişdir. Bunu nəzərə alaraq
onların sıxlıqları həm pikometrik, həm də rentgenoqrafik analiz üsulları ilə təyin edilmiş, tərkibdən asılılıq xarakterinə
əsasən mühakimə yürüdülmüşdür.
Hal
diaqramının təsdiq edilməsi üçün ərintilərin mikrobərkliklərinin ölçülməsi həmçinin zəruridir. Mikrobərklik
ПМТ-3 bərklik ölçənində təyin edilmiş, ölçmələr 10q yük altında aparılmışdır.
Şəkil. InTe-GaTe sisteminin hal diaqramı
|