Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə146/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   142   143   144   145   146   147   148   149   ...   1149
 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

69 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

POLİMER-SU İKİFAZALI SİSTEMLƏRİ 

 

Həbibə  ŞİRİNOVA 

Bakı Dövlət Universiteti 



h.shirinova@mail.ru 

AZƏRBAYCAN 

 

Biotexnalogiyanın sürətlə inkişaf etdiyi bir dövrdə insan həyatının keyfiyyətini artırmaq məqsədilə gen mühəndisliyi, 



molekulyar biologiya sahəhərində yeni yeni bioloji məhsullar istehsal olunur(proteinlər,zülallar, harmonlar, antibiyotiklər) 

ki, onların da çoxu qarışıq, məhlul halındadır. Belə sistemləri ayırmaq, təmizləmək üçün müxtəlif metodlardan istifadə 

olunur. P.O.Albertson tərəfindən  işlənmiş olan ikifazalı sulu polimer sistemləri də belə vasitələrdən biridir. İki fazalı sulu 

polimer sistemleri vasitəsilə ayırma metodu digər metodlarla müqayisədə daha səmərəlidir. Metodun üstünlükləri ondan 

ibarətdir ki, qeyri-stabil biomolekulların fazalar arası paylanmasi zamanı onlar üçün əlverişli  şərait yaradaraq 

denaturasiyaya uğramasına və ya hər hansı formada modifikasiya olunmasına imkan vermir. İki fazalı sistemin eyni 

zamanda mövcud olan fazalarının hidrofobluqları  fərqləndiyindən paylanan maddənin-zülal molekullarının fazalardan 

birində toplanması baş verir. Maddələrin ikifazalı sistemin fazaları arasında qeyri-bərabər paylanması  nəticəsində proses 

sürətli gedir və böyük həcimdə təmiz maddənin hasilatının əldə olunmasına imkan verir.  

İkifazalı sulu polimer sistemləri çox geniş  tədbiq imkanlarına malik olsa da, bu sistemlərdə  fazaəmələ  gəlmə 

prosesinin molekulyar aspektləri tam araşdırılmamışdır. Bu sistemlərin əsas xuüsusiyyəti ondan ibarətdir  ki, fazaların hər 

birində 80% - 95% -ni su təşkil edir və su mühiti biomolekulların, hüceyrə hissəciklərinin nativ xassələrinin qorunmasında, 

mühüm rol oynayır. Polimer-su ikifazalı sistemləri iki müxtəlif tip polimerin sulu məhlullarının və ya polimerin sulu 

məhlulu və duzun sulu məhlulunun qarışığında alınır. Faza əmələgətirən komponentlərin konsentrasiyanın müəyyən kritik 

qiymətlərindən böyük qiymətlərində fazalara ayrılma prosesi baş verir. Fazalara ayrılma prosesinə temperaturun və 

polimerin molekulyar kütləsinin dyişməsi təsir gostərir. Bu zaman kəskin sərhədlə ayrılan fazalar meydana gəlir. Sistemin 

fazaları polimer (polimer və ya duz) tərkibinə görə fərqlənir və  fazaların hər biri fazaəmələgətirən komponentlərdən hər 

hansı biri ilə  zənginləşmiş olur. İki polimerin sulu məhlullarının qarışığında fazalara ayrılma sistemdə müxtəlif struktura 

(hala) malik suların əmələgəlməsi hesabına baş verir. Müxtəlif su strukturları su molekulları arasındakı hidrogen rabitələri 

hesabına yaranır. Hidrogen rabitələrinin sayının, istiqamətinin dəyişməsi müxtəlif su strukturunun yaranması deməkdir. Bu 

zaman əmələ gəlmiş fazalar bir-birindən hidrofobluqlarına görə fərqlənir ki, bu da başlıca olaraq fazaların ion və polimer 

tərkibinin müxtəlifliyi ilə bağlıdır. Qeyd edək ki, iki fazalı sitemi yalnız konkret termodinamik uyuşmaz polimer cütləri 

əmələ  gətirə bilər və bu polimer cütləri ilk dəfə P.O.Albertsonun monoqrafiyasında göstərilmişdir.  Bəzi müəlliflər iddia 

edirlər ki belə ikifazalı sistemin yaranmasında  əsas rolu polimer və ya polimer-duz cütü oynayır. Başqa sözlə, iki polimer 

və ya polimer duz cütü hər hansı həlledicidə ikifazalı sistem verirsə bu proses digər həlledicilərdə də müşahidə olunacaqdır. 

Lakin son zamanlar B.Yuriyeviç, E.Məsimov və digərləri tərəfindən fazaəmələgəlmə prosesində suyun helledici rola malik 

olması haqqında hipoteza irəli sürülmüşdür. 

Təqdim olunan işdə Flori-Xaqqinsin məhlulların kvazikristallik modeli üzərində qurulmuş nəzəriyyəsinə əsaslanaraq 

polimer-həlledici və polimer-polimer qarşılıqlı  təsir parametrlərini hesablanmışdır.  χ – Flori qarşılıqlı  təsir parametrinin 

hesablanması üçün PEQ-dekstran-su sistemi ücün ikifazalı sistemlərin  əsas xarakteristikalarından olan hal diaqramları 

qurulmuş  və birləşdirici xəttin meyl bucağının tangensi qurulmuşdur. Adətən hal diaqramları P, V, T koordinantlarında 

təsvir olunur. Lakin ikifazalı sulu polimer sistemləri üçün hal diaqrami olaraq polimerlərin konsentrasiyasından ibarət 

koordinant sistemində qurulan  bimodal əyriləri  təklif olunmuşdur. İkifazalı sistemin binodalı bu koordinant sistemində bir 

fazalı homogen oblastı ikifazalı hetorogen oblastdan ayıran nöqtələrin həndəsi yeridir. Başqa sözlə, sistemin binodalı onun 

minimum enerjiyə malik olduğu halı təsvir edir və bu əyri hər bir cüt( polimer-polimer və ya polimer –duz cütü) və həlledici  

üçün stabildir.  Ədəbiyyatda bimodal əyriləri ilə yanaşı spinodal əyrilərinə  də rast gəlir. Bu əyrilər metostabil halları 

göstərir, belə ki, bu əyrilər daxilində tərkibin və konsentrasiyanin sonsuz kiçik dəyişməsi spinodalın pozulması nəticəsində 

fazalara ayrılmaya səbəb olur. İkinci xarakteristika olan birləşdirici xətt üzərində götürülmüş istənilən noqtəyə uyğun 

sistemin eyni zamanda mövcud aşağı və yuxarı fazalarının polimer tərkibi eynidir, bu fazalar yalnız həcmləri ilə fərqlənir.  

Fazaların həcmləri və sixlıqları ölçülmüş, işçi düsturda yerinə yazılaraq qarşılıqlı təsir parametri hesablanmışdır. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin