II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
33
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
LYS – GLU DİPEPTİD MOLEKULUNUN FƏZA QURULUŞUNUN
XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ
Aysel NURİYEVA, Niftalı QOCAYEV
Qafqaz Universiteti, Bakı Dövlət Universiteti
aysel.nuriyeva5@gmail.com
AZƏRBAYCAN
Nəzəri konformasiya analizi üsulu ilə immunstimullaşdırıcı təsir göstərən Lys-Glu dipeptid molekulunun fəza quruluşu
tədqiq edilmişdir. Lys-Glu dipeptid molekulunun fəza quruluşunun tədqiqi nəticəsində onun stabil konformasiya vəziy-
yətləri, onları sabitləşdirən qarşılıqlı təsir qüvvələrinin enerji payları, molekullardaxili və molekullarası enerji qiymətləri
müəyyən edilmişdir.Hər bir optimal konformasiyanın ikiüzlü bucaqlarının qiymətləri hesablanmışdır. Bu dipeptid molekulu
bükülü formalara meyl edir və onun enerji cəhətdən ən əlverişli konformasiyası kvaziqapalı quruluş əmələ gətirir.
Peptid molekullarının yerinə yetirdikləri funksiyalar onların fəza quruluşları ilə əlaqədardır. Bu peptidlərin təsir
mexanizminin öyrənilməsi üçün onların quruluş-funksiya əlaqələrinin tədqiqi zəruridir. Bu məqsədlə təqdim olunmuş işdə
bir çox farmakoloji təsirlərə malik olan Lys-Glu dipeptidinin fəza qurulusunun xüsusiyytləri nəzəri konformasiya analizi
üsulu ilə tədqiq olunmuşdur. Bioloji testlər vasitəsi ilə göstərilmişdir ki, insanın qan plazmasından alınmış Lys-Glu peptid
molekulu canlı orqanizimlərdə sağlam hüceyrə artımını təmin edir, reperativ prosesləri stimullaşdırır. Bu dipeptid
molekuluna vilon adı verilmişdir. Vilon molekulunun əzələdaxili istifadəsi zamanı oynaq xəstəliklərində mühüm
irəliləyişlər əldə edilir, şəkər xəstəliyinin 1-ci mərhələsində immun sisteminə, qan laxtalanmasına müsbət təsir göstərir,
xərçəng xəstəliyində humoral immunitet sisteminə və hüceyrə immunitetinə təsir edir .Bundan başqa məlum olmuşdur ki,
Vilon molekulunun heroprotektor xüsusiyyətləri də vardır ki,bu da heyvanlar üzərində aparılan təcrübələrin onların
ömrünün uzanması ilə nəticələndiyini göstərir. Nəzəri konformasiya analizi modeli üsulunda peptid molekunun tam
potensial enerjisinin hesablanması zamanı Van-der-Vaals , elektrostatik, torsion qarşılıqlı təsirlərin və hidrogen rabitələrinin
enerji paylarının cəmi kimi nəzərə alınmışdır. Quruluş məsələlərin həlli zamanı N.M.Qocayev və İ.S.Maksumov tərəfindən
tərtib edilmiş universal proqram və alqoritm bütün tələbləri tamamilə nəzərə alır. Enerjinin minimumlaşması birinci tərtib
törəmələrə görə qradient üsulu ilə aparılır. İkiüzlü bucaqların hesablanması İUPAC-İUB nomenklaturasına əsasən
aparılmışdır. Lys-Glu dipeptid molekulunun hesablanma modeli 40 atomdan ibarətdir. Hesablamada 14 ikiüzlü fırlanma
bucağı göstərilmişdir. Kimyəvi quruluşuna görə Lys-Glu dipeptidi müxtəlif tipli aminturşu qalıqlarından təşkil olunub.
Birinci, lizin ( Lys) qalığının nisbətən uzun müsbət yüklü yan zənciri var, ikinci isə Glu turşusunun (Glu) qalığının yan
zənciri isə mənfi yüklüdür.
Dostları ilə paylaş: |