Microsoft Word Materiallar Full


BAKTENETSİN 5 MOLEKULUNUN F-R-P-X  TİPLİ TETRAPEPTİD ANALOQLARININ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə94/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   90   91   92   93   94   95   96   97   ...   1149
BAKTENETSİN 5 MOLEKULUNUN F-R-P-X  TİPLİ TETRAPEPTİD ANALOQLARININ  

KONFORMASİYA XÜSUSİYYƏTLƏRİ 

 

Xanım KƏRİMOVA, Gülşən AĞAYEVA 

Bakı Dövlət Universiteti, Qafqaz Universiteti 



kerimova.xanim@gmail.com,  gulshen@mail.ru 

AZƏRBAYCAN 

 

Təqdim olunmuş  işdə  nəzəri konformasiya analizi üsulu ilə antibakterial təsirə malik olan  Baktenetsin 5 (OaBac5) 



molekulunun   F-R-P-X (X=Trp,Phe, Tyr, Met) tipli  tetrapeptid analoqlarının konformasiya imkanları  tədqiq edilmiş  və 

onların  ən ehtimal olunan fəza quruluşu modelləşdirilmişdir [1-2]. Baktenetsin 5 (OaBac5), 43 aminturşusu qalığından 

ibarət peptid molekuludur və  mənfi yüklü Gram bakterialara qarşı  güclü təsir göstərir [1]. Bu molekulun tərkibində Phe-

Arg-Pro ardıcıllığının bir neçə dəfə təkrar olunması onun funksional əhəmiyyətindən xəbər verir.   Bununla  əlaqədar olaraq 

bu ardıcılığın əsasında bir neçə tetrapeptid analoqları Phe-Arg-Pro-Xxx,  (Xxx= Trp, Phe, Tyr və Met)   sintez olunmuş və 

onların antibakterial xüsusiyyətləri bioloji testlər vasitəsilə  sınanmışdır [1-2]. Göstərilmişdir ki,  tərkibində hidrofob 

qalıqları və tam müsbət yüklü Arg qalığı olan tetrapeptidlərin aktivliyi bu münasibətdədir: Phe-Arg-Pro-Trp >Phe-Arg-Pro-

Phe>Phe-Arg-Pro-Tyr≥Phe-Arg-Pro-Met. Bu amillər molekulun mənfi yüklü Gram bakteriyaların membranları ilə qarşılıqlı 

təsirə girərək onları neytrallaşdırmasına imkan yaradir. Belə  dərman  əhəmiyyətli peptidlərin konformasiya imkanlarını 

müəyyən etməklə onların funksional mexanizminin öyrənilməsi mümkündür.  





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin