T7 PEPTİDİNİN TETRAPEPTİD FRAQMENTİNİN FƏZA QURULUŞU
Nişan BAĞIROVA
Bakı Dövlət Universiteti
nishanbaghirova@gmail.com
AZƏRBAYCAN
Nanobiotexnologiyanın tətbiq sahələrindən biri nanozərrəciklərin köməyi ilə dərman preparatlarının daşınması və
diaqnostikası ilə bağlıdır. Dərman maddəsi molekulları ilə yüklənmiş nanozərrəciklər kimyəvi birləşmələri zədələnmiş
toxuma və hüceyrələrə sağlam orqanlara zərər vermədən çatdırır. Dünyada minlərlə dərman preparatları tapılmasına
baxmayaraq, hələ də yeni birləşmələr aşkar edilir. Müasir dövrdə xərçəng hüceyrələrinin terapiyasında istifadə edilən
birləşmələrin sintez edilməsi zərurəti yaranır. T7 peptidi məhz belə birləşmələrdəndir. His-Ala-İle-Tyr-Pro-Arg-His (T7)
amin turşu ardıcıllığı transferrin reseptorlarının aktivasiya proseslərində və dərman preparatlarının hüceyrə daxilinə
daşınmasında unikal qabiliyyətə malikdir.
Təbii peptidlərin struktur və struktur-funksional təşkilinin öyrənilməsi bir-birinin əksi olan iki məsələyə əsaslanır.
Bunlardan biri məlum amin turşuları ardıcıllığına əsaslanaraq molekulun fəza quruluşu və dinamik konformasiya
xassələrinin tapılmasına həsr olunmuş düz struktur məsələsidir. Ikinci məsələ tərs struktur məsələsidir ki, bu da peptidin
kimyəvi quruluşuna görə fəza quruluşunun tapılmasına gətirib çıxarır.
T7 peptidinin His1-Ala2-İle3-Tyr4 tetrapeptid fraqmentinin nəzəri konformasiya analizi histeinin, alaninin,
izoleysinin və tirozinin kiçikenerjili konformasiyalarına əsasən öyrənilmişdir. Bu fraqmentin hesablanması şeyplərə görə
aparılmışdır. Müəyyən olmuşdur ki, hesablanmış konformasiyalarda fraqmentə daxil olan amin turşu qalıqlarının atomlar
və atom qrupları arasında güclü qeyri-valent qarşılıqlı itələmə qüvvələri meydana çıxırmışdır. Təyin olunmuş bu
konformasiyalar sferik cəhətdən əlverişli olmamışdır. Bununla da nəzəri konformasiya metodu ilə tetrapeptid fraqment
üçün 0-4 kkal/mol enerji intervalına tapılmış yüz səksən konformasiyadan yalnız on konformasiya daxil olmuşdur.
Tetrapeptid fraqment üçün əsas zəncirin iki B və R formaları seçilmişdir. Belə ki, bu fraqment üçün B və L formaları
bir-birindən fərqlənmir. Histein və alaninin R, B, L formalarının mümkün olan kombinasiyaları qurulmuşdur. Bu formalar
yan zəncirin
0
1
180
ikiüzlü bucaqlarının qiymətlərində seçilmişdir. Izoleysin amin turşu qalığına əsas zəncirin üç
formalarında baxılmışdır. Bununla yanaşı, yan zəncirin
1
bucağının üç mümkün qiymətlərində
0
0
180
,
60
və
0
60
,
yan zəncirin ikinci bucağı üçün mümkün olan iki qiymətləri
0
90
və
0
90
seçilmişdir. Tirozinin yan zəncirinin üç
mümkün olan qiymətlərində hesablamalar aparmaqla, uyğun kombinasiyalar qurulmuşdur. His1-Ala2-İle3-Tyr4 tetrapeptid
0
5
10
15
0
1
2
3
Dostları ilə paylaş: |