TƏBİİ KOMPOZİTLƏRİN NANOSTRUKTURLARININ MORFOLOGİYASININ TƏDQİQİ
Şərəfxanım ALIYEVA, Asudə OMARLI
Azərbaycan Texniki Universiteti
geldar-04@mail.ru
AZƏRBAYCAN
Təqdim olunan işdə balığın pulcuğu və üzgəcləri kimi mineral əlavəli təbii polimerlər üzərində tədqiqat aparılmışdır.
Pulcuğun səthininöyrənilməsi zamanı çoxsayli üsullardan istifadə olunur. Tədqiqat elektron “Solver Next” markalı elektron
zond mikroskopunda və optik mikroskopda aparılmışdır. Bsalığın su altında yuyulmuş pulcuqları
C
50
temperaturuda
qurudulur və üzərində tədqiqat aparılır. Səthin morfologiyası 2D və 3D ölçüdə profiloqramması qeyd olunmaqla, balığın
yan xəttlərinin və üzgəclərinin ölçülərinin müəyyən edilməsi öyrənilmişdir. Tədqiqatın nəticəsi olaraq balıq pulcuqlarının
səthinin təsvirləri alınmış polimer kompozisiya materialları konsepsiyası əsasında analizləri aparılmışdır. Elektron zond və
optik mikroskoplarla alınmış təsvirlər diffuziya ilə məhdudlaşan balıq üzgəclərində polimer nanokompozitlərin
formalaşdırılmasına səbəb olan, təbii aqreqasiya prosesləri barədə məlumatlar almağa imkan verir (Viten – Sander modelinə
müvafiq quruluş). Klasterlərin təkamülünü ifadə edən və onun hissələrinin inkişafına nəzarət etməyə imkan verən bu model
təbii quruluşların da izah olunmasına imkan verir.
Qeyd olunan üsullarla balıq pulcuqlarının və üzgəclərinin səthlərinin morfologiyasının təhlili göstərmişdir ki, onlar
nm
20
15
ölçülü nanobirləşmələr olub, balığın skletinə, əzələlərinə xas olan fraktalabənzər xarakterə malikdir ki, bu da
bütün balıqların hərəkət dinamikalarının yaxşılaşdırılmasına imkan verir. Balığın mühitdə yerdəyişməsi zamanı
dinamikanın tənzimlənməsi ya gövdə əzələlərinin qısalması ya da döş üzgəclərinin əzələləri hesabına baş verir. Kütümün
pulcuqları dəri daxilinə aparan yarıqlara nüfuz etmişdir. Onların altından başda davam edən və oradan göz ətrafına ağız
boşluğuna budaqlanan kanallar uzanır. (şəkil 1). Başda kanallar şaxələnir sümüklərin içindən keçir, və daxildən xaricə
çıxıntılara malik olur.
Təqdim edilmiş AQM təsvirlərin fraqmentlərində pulcuğun xarici səthindən keçən yan xəttin üzvləri, deşiklər aşkar
görünür, onlar pulcuqdakı yan xəttin uzununa kanalı boyunca düzülmüş həssas hüceyrələr və sinirlərdir.
Şəkil 1–də Kutum balığının pulcuğunun səthinin 3D miqyasında AQM təsvirinin fraqmentidir: kanal boyunca (ağ
xəttlərlə göstərilmişdir) başdan quyruğa qədər əlaqə yaradılır. Fərdi nanoadacıqlar şaquli oxlarla göstərilmişdir. Qara
xəttlərlə qarışıq nanoformalı makroklasterlər qeyd edilmişdir. Yan xəttin tutduğu kanallar spesifik ion tərkibinə malik
maye ilə doldurulur. Kanalların divarlarından ətraf mühitdən siqnal qəbul edən sinir ucluqları keçir. Yan xəttin əsas
mexanoreseptor vahidi, hər biri bir neçə həssas telvari hüceyrəyə malik neyrokörpülərdir. Bu telvari hüceyrələr eşitmə
orqanların hüceyrələrinə, sensorlara bənzəyir. Reseptor hüceyrələrinin neyrokörpülərində sinir liflərinin xüsusi
budaqlanması sona çatır. Reseptorların qıcıqlandırıcıları rolunu su axını və mühitin alçaqtezlikli rəqsləri oynayır.
Nəticələrin müzakirəsi üçün üzgəcin optik mikroskopda çəkilmiş təsvirindən istifadə olunmuşdur. Şəkil 2 – də soldan sağa
|