II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
540
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
KATALİTİKKREKİNQPROSESİNDƏ NANOZƏRRƏCİKLƏRİNXAMMAL ÇIXIMINA TƏSİRİ
İlahə BAYRAMOVA
Azərbaycan Dövlət Neft Akademiyası,
ilahe.mamedova@bk.ru
Son illərdə dünyada yüngül neftlərin ehtiyatlarının azalması, ağır neftlərin isə çıxarılma miqdarının çoxalması
müşahidə olunur.
Mühərrik yanacaqlarına olan tələbatın yüksəlməsi tətqiqatların nəzərini agır neftlərə yönəltmişdir. Ağır neftlərin
çıxarılması ilə onlardan maksimal miqdarda açıq rəngli neft fraksiyalarının çıxarılması üçün effektiv emalı tələb edilir.
Ağır neftlərin komponentlərindən yüngül karbohidrogenləri almaq üçün hidrokrekinq, termiki və katalitik krekinq
proseslərindən istifadə edilir. Tətqiqat işində nanozərrəciklər qismində Fe, Ti, Al ovuntularından istifadə edilmişdir.
Hal-hazırda geniş sürətdə metallardan ibarət nanoölçülü ovuntu şəklində hissəciklərin alınmasına böyük diqqət
yetirilir. Metalların nanozərrəcikləri özünəməxsus fiziki-kimyəvi xassələrə malik olurlar. Nanozərrəciklərdə xüsusi,
mexaniki, maqnit, optiki və digər xüsusiyyətlərə malikdirlər. Nanozərrəciklərin krekinq məhsullarına və qalıq maye
məhsullarına təsirini tədqiq etmək üçün “Alüminium” istehsalı tullantısından istifadə edilmişdir.
Katalitik krekinq prosesində məqsədli məhsul, yüksək oktanlı benzinlə yanaşı krekinq qaz, yüngül, orta, ağır qazoyl və
koks da alınır. Proses 470-525
0
C temperaturunda seolit tərkibli alümosilikat katalizatorlarından istifadəsi ilə aparılır.
Katalitik krekinq prosesinə təsir göstərən əsas amillər katalizatorun xassələri, xammalın
keyfiyyəti, prosesin
temperaturu, xammalla katalizatorun kontakt müddəti və katalizatorun dövr ədədi hesab olunur. Prosesdə xammal kimi
əsasən 350-500
0
C temperatur hədlərində qaynayan geniş vakuum distilatlarından istifadə edilir.
Katalitik krekinq katalizatorlarına nanozərrəciklər əlavə etməkə onların prosesin məhsullarına xüsusilə neft qalıqlarının
maye məhsullarına tətbiqi və tədqiqi çox aktualdır.
Müəyyən edilmişdir ki, nanozərrəcik qismində alüminium və alüminium istehsalı tullantılarından istifadə edilməsi
mümkündür və bunlar krekinq məhsullarının çıxımına və tərkibinə müsbət təsir edir.
Nanozərrəciklər həm ağır neft fraksiyasının tərkibinə, həm də seolit tərkibli katalizatorun seolit fazasına daxil
edlmişdir. Məlum olmuşdur ki, alüminium istehsalı tullantısını xammalın, alüminium nanozərrəciyini isə seolitin tərkibinə
daxil etmək lazımdır. Ağır neft fraksiyasına inisiator kimi alüminium nanozərrəcikləri elavə etdikdə effekt verir. Maye
məhsulların - benzin və qazoylun çıxımını 15-20 % artırır.
Dostları ilə paylaş: