Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1110/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1106   1107   1108   1109   1110   1111   1112   1113   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

630 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN KİTABXANALARINDA İNFORMASİYA                          

TEXNOLOGİYALARININ TƏTBİQİ MƏSƏLƏLƏRİ 

 

Sevda MƏMMƏDOVA  

Bakı Dövlət Universiteti 



sevda_memmedli @mail.ru  

AZƏRBAYCAN 



 

Dövlətimizin hərtərəfli inkişafı respublikada bir çox sahələrdə olduğu kimi kitabxana işinin də getdikcə inkişaf 

etməsinə, kitabxana işində  dəyişikliklər aparılmasına  şərait yaratmışdır. Bu dəyişikliklər həm kitabxana işi təcrübəsində, 

həm də onun elmi nəzəri bazasını  təşkil edən kitabxanaşünaslıq elmləri silsiləsində özünü göstərir. Müstəqillik dövründə 

baş verən hadisələr dövlətimizə kitabxana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi ucun şərait 

yaratdı.Cəmiyyətdə informasiya proseslərinin avtomatlaşdırılması xeyli dərəcədə genişlənmiş, yeni tipli informasiya 

sistemləri yaradılmışdır və onları funksiyalarından asılı olaraq informasiya axtarışı, informasiya idarəetmə, hesablama, 

məlumatın işlənməsi, kitabxana-informasiya sistemləri və s. adlandırılmışdır. 

Yeni informasiya texnologiyalarına keçid nəinki Azərbaycan kitabxanaları, həm də dünya kitabxanaları üçün xarakterik 

olan bir sıra mürəkkəb problemlərin həllini qarşıya qoyur. Kitabxana və informasiya mərkəzləri kommunikasiya və texniki 

vasitələrlə birlikdə ölkənin informasiya infrastrukturunu təşkil edir. Bu səbəbdən təsadüfi deyildir ki, kitabxana informasiya 

texnologiyaları kitabxana-informasiya işinə təsir göstərən əsas faktorlardan biridir, cəmiyyətin informasiyalaşması səviyyəsi 

bilavasitə bu texnologiyaların  inkişaf səviyyəsindən asılıdır. Bu isə ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılmasını 

tələb edir. Kitabxana proseslərinin avtomatlaşdırılması isə, öz növbəsində müasir kitabxana-informasiya texnologiyalarının 

tətbiqi ilə  sıx  əlaqədardır.  İnformasiya texnologiyaları – obyektin, prosesin və ya hadisənin (informasiya məhsulunun) 

vəziyyəti haqqında yeni informasiyaların alınması üçün məlumatın (ilkin informasiyanın) toplanması, emalı  və 

mübadiləsində istifadə olunan metod və vasitələrin məcmudur.  İnformasiya texnologiyalarının inkişafı  və onların insan 

fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi, müasir cəmiyyətin bütün quruluş elementlərini dəyişərək onu transformasiya edir. 

Xüsusilə kitabxana fəaliyyətinin bütün sahələrinə surətlə nüfuz etməkdə olan informasiya texnologiyaları  (şəbəkə 

texnologiyaları), hər bir istifadəçiyə informasiya proseslərində (informasiya hazırlanması  və yayılması, informasiya 

xidmətlərinin təqdim edilməsi və onların istifadə edilməsi) iştirak etmək imkanı yaradan şəbəkə infrastrukturunun 

interaktivliyi, o cümlədən, kommunikasiya  mühitinin özünü təşkil və özünü inkişafa uyğunlaşması ilə şərtlənir. 

İnformasiyalaşdırılmış cəmiyyətin mühüm təzahür forması olan kitabxana-informasiya texnologiyalarının bir çox tətbiq 

vasitələri və istiqamətləri vardır ki, bunlardan ən vacibləri aşağıdakılardır: 

- CD-ROM 

- Şəbəkə texnologiyaları 

- Elektron kataloq 

- Elektron kitabxana 

- Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri və s. 

Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar 

atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış  və ümumiyyətlə, bu istiqamət dövlət 

siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Kitabxanalar informasiyalaşdırılmış  cəmiyyətin  əsas atributlarından biri, 

informasiya müəssisələrinin  ən mühüm vasitəsi olduğu kimi, müasir kitabxana da informasiya texnologiyası olmadan 

səmərəli fəaliyyət göstərə bilməz. Bu fəaliyyətin də  əsas elementləri kimi kitabxanaların texniki təchizatını,  İnternetə 

qoşulması  və veb saytının yaradılmasını göstərmək olar. Saytın  əsas resurslarına isə  məlumat bazaları, elektron kataloq, 

elektron kitabxana, kitabxananın fəaliyyətini əks etdirən məlumatlar, keciriləcək tədbirlər haqqında anonslar və s. daxildir. 

XX  əsrin sonlarında kitabxanaların həyatında  ən böyük dəyişikliklər elektron kataloq və elektron kitabxanaların 

yaranması oldu. Yeni kitabxana informasiya mühiti kompüter texnologiyalarının və telerabitə vasitələrinin geniş istifadəsi 

bazasında korporativ, milli və qlobal kitabxana-informasiya sistemləri şəbəkəsinin yaradılması ilə müəyyənləşir. Şəbəkənin 

əsas seqmentləri elektron kitabxana kataloqları, elektron informasiya resursları bazasında formalaşdırılan elektron 

kitabxanalar, online rejimində sənəd-informasiya mübadiləsi və yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan intellektual 

elektron kitabxanalardır. 

Ölkənin informasiya cəmiyyətinə doğru irəliləməsinin səviyyəsini müəyyənləşdirmək və mövcud problemləri aradan 

qaldırmaq məqsədilə respublika kitabxanalarında  informasiya texnologiyalarının tətbiqinin müasir vəziyyətinin daimi 

monitorinqinin aparılması məqsədəuyğundur. Belə monitorinqlər kitabxanada həyata keçirilən müxtəlif proseslərin işləmə 

mexanizminin yoxlanılması, tətbiq edilən elektron kitabxana sistemlərinin təhlili, oxuculara xidmətin, onların informasiya 

tələbatının ödənilməsinin səviyyəsinin müəyyən edilməsi məqsədilə keçirilə bilər. 

 

 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1106   1107   1108   1109   1110   1111   1112   1113   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin