II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
651
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
istismarına və daşınmasına sərf edilir. Təbii sərvətlər tamamilə istismar edilib tükəndikdə isə sənaye qısa zamanda
strukturunu dəyişə bilmir. XVIII əsrin sonlarında bir sıra neft hasil edən dövlətlər bu vəziyyətə düşmüşdülər.
“Holland sindromu” Hekşer - Olinin nəzəriyyəsinə əsaslanan iqtisadi bir fenomen olaraq praktik müstəvidə böyük neft
hasilatçısı olan bir sıra ölkələrdə, daha qabaritli formada isə Niderlandda empirik sınaqdan keçmişdir. İzafi qaz potensialını
ixracata yönəltməklə büdcəni və iqtisadiyyatını bilmərəkdən müvafiq resursun inhisarına buraxan Niderlandda gəlir artımı
qeyri-ticari əmtəənin istehsal tələbinin genişlənməsinə gətirmiş və ənənəvi ixracat yönümlü emal sənayesi sahələrində isə
istehsalın məhdudlaşması nəticəsində ölkədə çatışmayan əmtəələrin idxalının yüksəlişinə səbəb olaraq davamlı böhranla
müşaiyət olunmuşdur. “Holland sindromu” gerçəkdən ayrı-ayrı zamanlarda müxtəlif səviyyədə Norveç, İngiltərə,
Meksikada, Səudiyyə Ərəbistanı, Nigeriya və s. böyük neft ölkələrində yaşanmışdır.
“Holland sindromu” termininin meydana gəlməsi ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəllərində Şimal
dənizinin Hollandiyaya məxsus sektorunda təbii qaz yataqlarının kəşfi ilə əlaqədardır. O dövrdə ölkədən təbii qaz ixracının
kəskin artması milli valyutanın əhəmiyyətli dərəcədə möhkəmlənməsinə gətirib çıxarmışdı ki, bu da digər ixrac yönümlü
sahələrə özünün mənfi təsirini göstərmişdir. Ölkə qaz yataqlarının istismarı və qaz sektorunu inkişaf etdirmək məqsədi ilə
insan və kapital resurslarını kütləvi şəkildə bu sektora yönəltməyə başlamışdır. Qaz sektorunun sürətli inkişafı qısa
zamanda ölkəyə böyük gəlirlər gətirməsi nəticəsində qeyri-ixtiyari olaraq resurslar qaz sektoruna yatırılmışdır. Artıq
insanlar aqrar və xidmət sektorlarında yox, qaz sektorunda işləməyə səy göstərməyə başlamışdılar. Buna səbəb kimi
kapitalın qaz sektoruna və ona yaxın olan sahələrə axması qaz sektorunda əmək haqqı və rentabelliyin yüksək olması misal
göstərilə bilər. Digər tərəfdən məsələni qəlizləşdirən amillərdən biri kimi holland hökümətinin əldə edilən gəlirlərin iri bir
hissəsini əhalinin sosial yönümdən dəstəklənməsinə yönəltməsi olub. Hətta bəzən işsizlik üçün verilen müavinətin həcmi
kənd təsərrüfatında işləyən aqronomun aldığı əmək haqqından yüksək olmuşdur. Bütün bu amillərin təsiri altında ölkə
iqtisadiyyatının digər sektorlarının inkişafı zəifləmiş və ya ümumiyyətlə dayanmış, ölkə iqtisadiyyatı birtərəfli inkişaf
etməyə başlamışdır.
“Holland sindromu” termini ilə yanaşı iqtisadi lüğətdə “Qroningen effekti” termini də yer alır ki, hər iki fenomen
demək olar, eyni mənanı daşıyır. Sadəcə olaraq "Qroningen effekti" ümumilikdə ölkədən daim xammal ixracı nəticəsində
(xüsusilə, əgər həmin xammal dünya bazarında yüksək tələbat obyektidirsə) ölkənin milli valyutasının xarici valyutalara
nisbətən bahalaşmasıdır ki, bunun da nəticəsində ölkə iqtisadiyyatının digər sahələri (qeyri-xammal) ixrac prosesində iştirak
etməməklə yanaşı, xarici istehsalçıların milli bazardakı rəqabətlərinə də tab gətirə bilmir. Nəticədə olkə xammal
ixracatçısına çevrilir ki, bu da sonralar həmin resursların tükənməsi şəraitində ölkə iqtisadiyyatının böhran yaşamasına
gətirib çıxara bilər. “Holland sindromu” termini “Qroningen effekti” termininin daxilində yer alır və digər termindən fərqli
olaraq sırf neft-qaz sahəsinə aid edilir . Ümumiyyətlə bu iqtisadi konsepsiya “Holland sindromu” adı ilə daha məşhur olsa
da, “Qroningen effekti” xəstəliyinə tutulan ölkələr də az deyil. Bu sindrom özünü iqtisadi amillərin (kapital, emek, insan
resursu və s.) konkret bir sektorda cəmləşdiyi ölkələrdə göstərir. Misal olaraq, mis hasilatı ilə Çilini, banan yetişdirməklə
Ekvadoru, kakao və kofe ixracatı ilə Fil Dişi Sahillərini və s.-ni göstərmək olar.
Holland sindromu bütünlükdə istehsal sektorunun sadəcə təbii sərvətlərdən asılılığını yaradır və digər sahələrin inkişaf
perspektivini azaldır. Bu halda iqtisadiyyatda süni canlanma meydana gəlir, kapital qoyuluşu təbii sərvətlərin istismarına və
daşınmasına sərf edilməsi ilə yanaşı, ölkə xammal ixrac edən ölkəyə çevrilir. Təbii sərvətlər tamamilə istismar edilib
tükəndikdə isə sənaye qısa zamanda strukturunu dəyişə bilmir. XVIII əsrin sonlarında bir sıra neft hasil edən dövlətlər bu
vəziyyətə düşmüşdülər. Holland sindromunun baş verməsini əngəlləmək üçün kapital qoyuluşu sənayenin bütün sahələri
üzrə balanslı və tədricən paylanmalı, əldə edilən gəlirin düzgün istiqamətləndirilməsli və sənayenin inkişaf etdirilməlidir.
Dostları ilə paylaş: |