II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
652
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
temperaturunu - Ac1-i azaldır və Ar1-i isə yüksəldir. Bu bilavasitə qızdırılma və soyudulma dərəcələrinin azalması ilə baş
verir və məsaməli materialın termodinamiki dayanıqlığının azalmasında özünü büruzə verir.
Bir sıra tədqiqatlarda məsaməli poladlarda termiki emalda böhran nöqtələri vəziyyətinin dəyişməsi barədə məlumatlar
və bu effektə məsaməliyin (θ) təsiri verilmişdir.
Bu tədqiqat işində yuxarıda göstərilən tədqiqatlardan fərqli olaraq bişirmə və sementitləmə proseslərinin birlikdə
aparılması nəticəsində alınmış dəmir əsaslı ovuntu konstruksiya poladların termiki emal rejimlərinə və xassələrə
məsaməliyin təsiri ilk dəfə olaraq işlənmişdir. Tədqiqat zamanı bişirilmə ilə birlikdə sementitləmənin aparılması ЖГр0,65,
ЖГр0,65Х, ЖГр0,65М, ЖГр0,65МН markalı məsaməli konstruksiya poladlarında yerinə yetirilmişdir. Göstərilən ovuntu
konstruksiya materiallarında məsaməlik 13-25% olmuşdur.
Müxtəlif məsaməliyə malik bişirilmiş dəmir əsaslı ЖГр0,65 markalı ovuntu poladının ifrat soyudulan austenitinin
parçalanma kinetikası qanunauyğunluğu müəyyən edilmişdir (C-şəkilli əyri qurulmuşdur). Əyridən göründüyü kimi
nümunələrdə məsaməliyin artması ilə ifrat soyumuş austenitin dayanıqlığı azalır, bu da C-şəkilli əyrinin sola doğru yerini
dəyişir. Əyrinin bu halı və formasının məsaməlikdən belə asılılığını məsaməli austenitin böyük səth enerjisinə malik olması
və kompakt poladla müqayisədə termodinamiki cəhətdən az dayanıqlı olması ilə izah edilə bilər.
Dəmir və dəmir əsaslı ЖГр0,65 ovuntu poladının ifrat soyudulmuş austenitin minimal dayanıqlığının, tablanmanın
böhran sürətinin və martensit çevrilməsinin başlanğıc temperaturunun məsaməlikdən asılılıq qrafikindən görünür ki,
bişirilmiş poladın məsaməliyi artdıqca ifrat soyudulmuş austenitin dayanıqlığı azalır, ancaq martensit çevrilməsinin
başlanğıc temperaturu yüksəlir. Digər tərəfdən məsaməliyin artırılması tablandırmanın böhran sürətini yüksəldir, lakin
legirlənmə dərəcəsinin yüksəldilməsi zamanı məsaməliyin tablandırmanın böhran temperaturuna təsiri zəifləyir.
Nəticə. Ovuntu konstruksiya poladların termiki emalının ümumi qanunauyğunluq-larının əsas xüsusiyyətlərindən biri
məsaməlik və digər struktur qüsurlarıdır. Bu isə böhran nöqtəsinə və austenit çevrilməsinə təsir edən amil sayılır.
Müəyyənləşdirilmişdir ki, faza çevrilmələrinin istənilən növlərinin kinetikası kristallaşma mərkəzlərinin yaranma
sürətilə müəyyən edilir. Məsaməliyin yüksəldilməsi çevrilmənin böhran temperaturunu Ac1 azaldır və Ar1 isə yüksəldir. İlk
dəfə olaraq bişirilmə ilə birlikdə aparılan sementitləmənin materialın termiki emal rejimlərinə və xassələrinə təsiri
öyrənilmişdir.
Dostları ilə paylaş: |