3.2. Dunyanın ərzaq istehsalının əsas problemləri və onların
aşağı salınması yolları.
II Cahan savaşının bitməsindən sonra bəşəriyyət daha yeni və daha kəskin
olan dünya problemləri ilə üzləşdi. Əslində bu problemlər kiçikli-böyüklü bütün
sivilizasiya boyu insan fəaliyyətini təqib etmişdir. Lakin XX əsrin ikinci yarısından
başlayaraq dünya dövlətləri insan və ətraf mühit münasibətində ekoloji, ərzaq,
enerji və xammal resurslarının tükənməsi kimi ümumbəşəri problemlərin həlli
istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi vəzifəsi ilə qarşılaşdılar. Ötən
ə
srin 70-ci illərində Amerika alimi, biofizik xanım Donella Medouzun (1941-
2001) rəhbərlik etdiyi qrupun Roma klubu üçün hazırladığı «Artım hədləri»
adlanan məruzəsində ümumi qəbul olunmuş «qlobal problem» anlayışı dövriyyəyə
gəldi. Əslində məruzədə irəli sürülən ideyalar başlıca olaraq, Amerika kibernetika
professoru
Cey
Forresterin
(1918)
«Dünya
dinamikası»
kitabından
qaynaqlanmışdı. Bu əsərində C.Forrester bəşəriyyətin XXI əsrin əvvəllərində təbii
resursların tükənməsi, ətraf mühitin çirklənməsi, demoqrafik partlayışlar kimi
qlobal fəlakətlərlə üzləşəcəyini bildirmiş, bununla da məşhur ingilis demoqraf
alimi Tomas Maltusun (1766-1834) «Əhali artıqlığı nəzəriyyəsi»nə rəğmən XX
ə
srin sonunda dünya əhalisinin 4,5 milyard nəfərlə məhdudlaşdırılmasının
zəruriliyi fikri ilə çıxış etmişdir. Qeyd edilməlidir ki, məhz Roma klubu üçün ilk
74
olan bu prezentasiya məruzəsinə təşəkkür kimi beynəlxalq səviyyədə müasir
texnoloji sivilizasiyanın mövcudluğu və inkişaf məsələləri zəminində bəşəriyyətin
qlobal problemlər konsepsiyası ümumi qəbul edilmiş oldu. [22]
Qlobal problemlər spektri geniş olsa da, burada daha ciddi ümumbəşəri
olanlar ayrılır. Həmin problemlər içərisində ərzaq təhlükəsizliyi problemi öz
kəskinliyi ilə fərqlənir. Bu problem həm də özünün birbaşa insanla bağlı fizioloji
tələb və yaşam tələbləri baxımından ön sıraya çıxır. Problemin etnogenezi bəşər
sivilizasiyasının tarixi köklərinə qədər irəliləyir. Lakin o, son yüz ildə daha
miqyaslı və qlobal xarakter daşımaqdadır. Vurğulanmalıdır ki, ötən əsrdə əkinçilik
və heyvandarlıqda təşkilati, texniki və texnoloji yeniliklərin tətbiqi ilə bağlı nəhəng
nailiyyətlər əldə olunmasına baxmayaraq, dünya əhalisinin ərzaq təminatlılığı
problemi qəti həllini tapmamış qalmışdır. Yeni əsrdə planetin artan əhalisi ilə
biosferin imkanları arasında disproporsiyaların dəyişməsi zəminində problem daha
kəskin xarakter almışdır. BMT - nin təsisçisi olduğu Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) məlumatlarına görə, son 40 ildə aclıq çəkən insanların sayı 1
milyard nəfəri ötmüş və hazırda bu miqyas bir qədər də artmışdır. Həmin
insanların mütləq əksəriyyəti isə təbii ki, inkişaf etməkdə olan ölkələrdə yaşayırlar.
Bunun nəticəsidir ki, son 4 - 5 il ərzində 60 - dan çox belə ölkələrdə aclıqla bağlı
üsyanlar qeydə alınmışdır. Qlobal ərzaq təhlükəsizliyi probleminin kəskin-
ləşməsində ərzaq çatışmazlığı dayansa da, onun digər qütbündə demoqrafik
problem durur. Dünya əhalisi artır, ərzaq tələbləri də müvafiq olaraq yüksəlir.(22)
Tarix bəyan edir ki, dünya əhalisinin 2 milyard nəfər olması üçün 4 milyon il
keçmişsə, daha 2 milyard nəfər artım üçün 46 il, növbəti 2 milyard üçün isə 22 il
lazım gəlmişdir. BMT - nin proqnozlarına görə 2020 - ci ildə yer kürəsinin
ə
halisinin 7,5 milyard nəfərə, 2050 - ci ildə isə 9,0 milyard nəfərə çatacağı təxmin
edilir.
Ə
halinin ərzaq təhlükəsizliyi problemi çoxşaxəli və çoxplanlıdır. O, eyni
zamanda təbii və sosial - iqtisadi motivlidir. Əhalinin ərzaq təhlükəsizliyi cəmiyyət
həyatının bütün sahələrində əks olunaraq çox ölkələr üçün daha böyük ölçülü
təhlükə kimi sürəkli qalmaqdadır. Məhz buna görə də, əhalinin ərzaq təhlükəsizliyi
75
problemi dünya birliyi tərəfindən daha yüksək səviyyədə diqqətdə saxlanılır,
problem qlobal və regional təsisatlarda daimi müzakirə predmetinə çevrilir. Qeyd
olunmalıdır ki, 1974 - cü ildə BMT Baş Assambleyası Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı tərəfindən işlənmiş «Dünyada ərzaq təhlükəsizliyinin təminatı üzrə
beynəlxalq öhdəliy»i bəyənmişdir. Dünya ədəbiyyatında «ərzaq təhlükəsizliyi»
bütün insanların sağlam və aktiv həyat tərzi keçirmələri üçün zəruri olan kəmiyyət
baxımından yetərli təhlükəsiz qidaya zamanın hər anında fiziki və iqtisadi giriş
imkanlığı situasiyası kimi interpretasiya olunur. «Dünya ərzaq təhlükəsizliyinin
Roma bəyannaməsində» (Roma 13 noyabr 1996 - ci il) hər bir insanın ərzaq
təhlükəsizliyi hüququ hər bir dövlətin öhdəlikləri sırasına daxil edilmişdir.
Ə
halinin ərzaq təhlükəsizliyi dövlətin aqrar və iqtisadi siyasətinin əsas
məqsədlərindən biri kimi çıxış edir. O, istənilən milli ərzaq sisteminin ideal
vəziyyətə götürülməsinin hərəkət vektorunu formalaşdırır. Buna görə də, ərzaq
təhlükəsizliyinə nailolma fasiləsiz bir proses kimi daim cərəyan edərək öz
növbəsində ölkədə aparılan ərzaq siyasətinin, o cümlədən aqrar strategiyasının
reallaşmasının inkişaf prioritetlərini və icra mexanizmlərini dəyişikliklərə uğradır.
Ə
halinin ərzaq təhlükəsizliyi ilk növbədə, makroiqtisadi situasiya, ictimai
istehsalın və əhali gəlirlərinin səmərəliliyi ilə dəyərləndirilir. Onun vəziyyəti bir
sıra göstəricilərlə xarakterizə edilir. Əgər əvvələr ərzaq təhlükəsizliyinin başlıca
göstəriciləri kimi əhalinin adambaşına düşən orta gəlirləri, ərzaq taxılının keçici
qalıqları (taxılın 60 günlük ehtiyatı və ya ümumi illik istehlak həcminin 17-20%-i),
ə
rzaq resurslarında idxalın payı olmuşdursa, indi bu meyarlar genişlənərək daha
mürəkkəb xarakter almışlar. Buraya aşağıdakılar daxil edilir:
- ayrı - ayrı əhali qruplarının ümumi xərclərində ərzaq xərclərinin payının
xüsusi çəkisi;
- ərzaqlara ərazi girişi imkanlığı (ölkənin müxtəlif regionlarında eyni
ə
mtəələrin pərakəndə qiymət səviyyəsinin müqayisə edilməsi yolu ilə ölçülür);
- ərzaq «rahatlığı» səviyyəsi (ev təsərrüfatında itkiləri azaldan və iş vaxtına
qənaət edən müasir ərzaq növlərinin istehlak payı);
- məhsulun «təbiiliyi» və keyfiyyətliliyi səviyyəsi;
76
- məhsulun keyfiyyətinin sağlamlığa və həyat sürəkliliyi vəziyyətinə təsiri
(həmçinin 1995 - ci ildən kütləvi kommersiya mənimsənilməsi başlamış mühəndis
genetikası və biotexnoloji metodların köməyi ilə alınan məhsullar);
Ə
halinin ərzaq təhlükəsizliyinin əsas meyarı həm də ümumi əsas ərzaq məhsulları
həcminin 75 - 80% - nin milli əmtəə istehsalçıları tərəfindən yaradılması və
ə
halinin istehlak etdiyi bioloji mükəmməl məhsulun tövsiyə edilən kaloriliyi
sutkada 3300 kkal - dan aşağı olması ilə xarakterikdir. Əhalinin ərzaq
təhlükəsizliyinin vəziyyəti ümumiləşdirilmiş qiymətləndirmədə aşağıdakı kimi
təyin edilir:
- ərzaqlara yetişmənin fiziki imkanlığı (ölkənin bütün ərazisində zamanın hər
anında və zəruri çeşiddə qida məhsullarının mövcudluğu);
- ərzaqlara yetişmənin iqtisadi imkanlığı (qida məhsullarının son həddə
minimal ölçüdə istehlakına imkan yaradan sosial statusundan və vətəndaşın yaşayış
məkanından asılı olmadan gəlirlər səviyyəsi); istehlak üçün ərzaq təhlükəsizliyi
(əhalinin sağlamlığına zərər vura biləcək keyfiyyətsiz qida məhsullarının istehsalı,
reallaşması və istehlakının aradan qaldırılması); [22]
Ə
rzaq probleminin həllinin iki ekstensiv və intensiv yolu mövcuddur.
Ekstensiv yol yeni kənd təsərrüfatı və balıq mədən komplekslərinin
mənimsənilməsini ehtiva edir. Bunun üçün müvafiq texniki xərclər və rasional
proqram işləmələri tələb olunur. İntensiv yol isə aqrotexniki mədəniyyətin inkişafı,
yüksək məhsul verən bitki növlərinin, böyük məhsul verimli ev heyvanları və quş
cinslərinin dövriyyəyə çıxarılması, mexanikləşmə, kimyalaşma, meliorasiya və s.
kimi məhsuldarlıq artımı elementlərini birləşdirir.
Ə
halinin ərzaq təhlükəsizliyinin başlıca təminat obyekti olaraq vurğulandığı
kimi aqrar sektor çıxış edir. Ona görə də, problemin həllinın ağırlıq mərkəzinə
yönələn dövlət qayğısı mütləqdir. İnkişaf etmiş ölkələr öz təcrübələrinə istinadən
yaxşı bilirlər ki, bir çox spesifik şərtləri ilə kənd təsərrüfatı iqtisadiyyatın digər
sektorları ilə müqayisədə rəqabətqabilliyyətli deyildir. Elə bu əsasdan da, burada
sahəyə dövlət dəstəyini daim artırırlar. Statistika göstərir ki, Avropada fermerlərə
dəstək xərcləri istehsal məhsulunun maya dəyərinin 40%-ni təşkil edir. Konkret
77
olaraq aqrar sektora dövlət subsidiyalarının xüsusi çəkisi ABŞ-da 30%, Kanadada
45%, Yaponiyada 66%, İsveçdə 59%, Finlandiyada 71%, Norveçdə isə 77% təşkil
edir. Qeyd olunmalıdır ki, bu ölkələrdə aqrar sektor yalnız subsidiyalarla deyil,
həm də əhatəli institusional alət və mexanizmlərlə də dəstəklənir. Misal olaraq
göstərmək olar ki, bu məqsədlə ABŞ-da kompensasiya ödənişləri və xarici ticarət
astanaları sistemi yaradılmış, bu da öz növbəsində idxalı xeyli məhdudlaşdırmış,
ixracı isə müvafiq olaraq stimullaşdırmışdır. Əhalinin ərzaq təhlükəsizliyinin
təminatında Yaxın Şərqin böyük neft ixracatçısı ölkələrində xüsusi strateji
planlarla çıxış edirlər. Səudiyyə Ərəbistanı səhra şəraitinə baxmayaraq özünü
taxılla tam təmin edir və hətta müəyyən qədər də bu məhsul üzrə ixrac prosesini
həyata keçirir. İndi Küveyt, Birləşmiş Ərəb Əmirlikləri müxtəlif meyvə-tərəvəz,
gül ixracatında da üstünlüklərə nail olmuşlar. Bundan başqa, bir sıra dövlətlər
ə
rzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və təminatı məqsədi ilə ərzaq
təhlükəsizliyi doktrinaları qəbul etmişlər. Qonşu Rusiyada isə dövlət iqtisadi
təhlükəsizlik strategiyası əsasında belə bir doktrina ötən ilin yanvarında qəbul
olunmuşdur. Bu doktrina ərzaq təhlükəsizliyinin təminatı sferasında, həmçinin
aqrar-sənaye və balıqçılıq təsərrüfatı komplekslərinin inkişafı istiqamətində
müvafiq normativ-hüquqi aktların işlənməsi üçün baza rolunda çıxış edir. Sənəddə
göstərilir ki, ölkənin ərzaq təhlükəsizliyi dövlətçilik və suverenliyin saxlanılması,
demoqrafik siyasətin mühüm seqmenti, həyat təminatlığı sistemi, sağlamlığın
qorunmasının zəruri şərti, fiziki aktivlik, uzunömürlülük və ölkə əhalisinin yüksək
həyat keyfiyyətliliyi olan mühüm elemetlərini özündə birləşdirərək milli
təhlükəsizliyin tərkib hissəsi kimi təyinat alır. Onun strateji məqsədini ölkə
ə
halisinin təhlükəsiz və keyfiyyətli kənd təsərrüfatı və balıq məhsulları, xammal və
ə
rzaqla etibarlı təminatı təşkil edir. Doktrina həmçinin bu məqsəddən irəli gələrək
müvafiq vəzifələri qarşıya qoyur və onların reallaşma mexanizmlərini təyin edir.
Göründüyü kimi, müasir məqamda ərzaq təhlükəsizliyi dövlət və milli yaşamın,
inkişafın əsasında dayanır. [22]
Ə
rzaq təhlükəsizliyinin təminatı problemlərinin tədqiqi göstərir ki, ölkəmizdə
də müasir qlobal çağırışlara uyğun olaraq bu istiqamətdə yeni strategiyanın
78
işlənməsi və müvafiq doktrinanın hazırlanmasına ehtiyac vardır. Qeyd olunmalıdır
ki, ölkədə genişmiqyaslı aqrar islahatlar prosesi aparılmış və aparılmaqdadır. İndi
müvafiq sektorda islahatların yeni mərhələsinə keçid edilmişdir. Bu keçidlə bağlı
aqrar sektorun strukturu və idarəetmə şəbəkəsi bazar iqtisadiyyatının tənzim
metodlarına istinadən yenidən qurulmaqdadır. Ailə təsərrüfatlarına kreditlər və
subsidiyaların ayrılması, iqtisadi güzəştlər, toxum, gübrə və texnika təminatı,
məhsul qoruma anbarlarının inşası buna misaldır. Ölkənin ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsində yeni müasir taxıl saxlama anbarlarının inşası və istifadəyə
verilməsi yüksək qiymətləndirilir. Bununla bərabər əhalinin ərzaq təhlükəsizliyinin
təminatı məsələsində qabaqcıl dünya təcrübəsinin mənimsənilməsi, kooperasiya
sisteminin yenidən qurulması, ərzaq təminatı sistemini mütləq hesabda idxal
məhsulundan azad etmək, yerli istehsalçıların xarici ticarət əlaqələri qurması,
məhsulların ixraca yönəlməsinin stimullaşdırılması da vacib dövləti tədbirlər
sisteminə daxil edilməlidir. Dünya təcrübəsi bəyan edir ki, iri kooperativ qurumlar
fermer təsərrüfatları ilə müqayisədə daha effektli işləyirlər. ABŞ - da kənd
təsərrüfatı istehsalında kooperativlərin payı 90%-dən çoxdur. İqtisadi nöqteyi -
nəzərdən fermer təsərrüfatlarının uğuru daha çox fərdi sahibkar istedadı və davamlı
dövləti dəstəklə əlaqəlidir. Sovetlər İttifaqının kənd təsərrüfatı sektorunda olan
sovxoz - kolxoz tipli qurumlara oxşar irimiqyaslı kooperativlərin, səhmdar
cəmiyyətlərin, kollektiv birliklərin təşkili isə daha məhsuldar və özünütəminatlığı
ilə fərqlənə bilər. Buna görə də dövlət aqrar kompleksdə səhmdar əməkdaşlığa
söykənən iri təsərrüfatçılığın geniş təşəkkülünə dəstək göstərməlidir. Bu sienerci
effekt görüntüsü bir qədər də iqtisad elminin klassiki A.Smitin mütləq üstünlüklər
nəzəriyyəsindəki «Bolluq daha çox kooperasiya və əmək bölgüsü əsasında
istehsalın inkişaf səviyyəsi ilə bağlıdır» tezisi ilə ahəngləşir. Bununla belə, ayrı-
ayrı qabaqcıl fermer təsərrüfatlarının da inkişafı daim stimullaşdırılmalıdır. Başlıca
olaraq ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatı üçün yeni iqtisadi və
insitusional əsaslar verən müvafiq ərzaq təhlükəsizliyi doktrinasının hazır-
lanmasına start verilməlidir.
Dostları ilə paylaş: |