Fəsil 1.
Ərzaq təhlükəsizliyinin nəzəri-konseptual əsasları və dünya
ərzaq istehsalı
1.1. Dünyanın ərzaq təhlükəsizliyinin nəzəri-konseptual əsasları.
Milli təhlükəsizlik sosial təhlükəsizlik növləri içərisində xüsusi yer tutur.
Milli təhlükəsizlik dedikdə milli dəyərlərə və həyat tərzinə təhlükə yaradan daxili
və xarici səbəblərin qismən və ya tamamilə aradan qaldırılması, eləcə də dövlətin
vacib maraqlarının həyata keçirilməsinin təminatı başa düşülür. Başqa sözlə, milli
təhlükəsizlik cəmiyyətin, dövlətin, vətəndaşların həyatı üçün vacib maraqların,
eləcə də milli dəyərlərin və həyat tərzinin müxtəlif təbiətli (siyasi, iqtisadi, hərbi,
ekoloji və s.) daxili və xarici təhlükələrdən müdafiəsidir. XX əsrin ikinci yarısında
milli təhlükəsizlik siyasətinin istiqamətləri müəyyənləşdirilərkən, iqtisadi və
ekoloji təhlükəsizlik ön plana çəkildi. İqtisadi təhlükəsizlik dedikdə ölkədə siyasi-
iqtisadi stabillik şəraitində əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən
davamlı inkişaf və bu inkişafa mane olan təhlükələrin tamamilə aradan qaldırılması
başa düşülür. Bununla yanaşı, stabil iqtisadi artım və yüksək həyat səviyyəsi
dünyada və istənilən bir ölkədə cəmiyyətdəki sosial gərginliyin və konfliktlərin
azalmasına gətirib çıxarır. Bu da prinsip etibarilə milli təhlükəsizliyin
möhkəmlənməsinə gətirib çıxarır.
İqtisadi təhlükəsizlik milli təhlükəsizlik sisteminin tərkib hissəsi, bazası
rolunu oynayır. Milli təhlükəsizliyin digər alt sistemləri ilə qarşılıqlı əlaqədə
olmaqla iqtisadi təhlükəsizlik, özündə onların təsirini toplayır. İqtisadi
təhlükəsizlik özündə əsas iqtisadi - siyasi problemləri həll etmək, cəmiyyətin,
dövlətin və əhalinin tələbatını lazımi dərəcədə ödəmək, xarici, iqtisadi və maliyyə
təzyiqlərinin, daxili destruktiv qüvvələrin təsirini azaltmaq kimi xüsusiyyətləri
özündə ehtiva edir.
İ
qtisadi
təhlükəsizliyin
maddi
baxımdan
daxili
ə
sasını
istehsal
münasibətlərinin və məhsuldar qüvvələrin inkişaf səviyyəsi, ümumdaxili məhsulun
7
geniş təkrar istehsalını təmin edən, ölkənin təbii resurslarının zənginlik səviyyəsi
və infrastrukturunun inkişafı, daxili sosial - siyasi təhlükəsizliyin əsasını isə sosial
və iqtisadi inkişaf zəminində uzunmüddətli milli məqsədlərə nail olmaq üçün
cəmiyyətdə kifayət qədər yüksək səviyyəli razılaşmanı təmin edir.
İqtisadi təhlükəsizliyin maddi baxımdan xarici əsasını isə hər bir ölkə üçün
xarici, iqtisadi və siyasi təzyiqlər və digər dövlətlərin müdaxiləsi olmadan qarşılıqlı
qəbul olunan və sərfəli əməkdaşlıq əsasında sosial və iqtisadi inkişafın
strategiyasını azad seçməyə və həyata keçirməyə imkan yaradan kompleks
beynəlxalq razılaşmalar və institusional strukturlar təşkil edir. Qarşılıqlı iqtisadi
təhlükəsizliyin təminatının mexanizmi beynəlxalq valyuta, ticarət və kredit
sistemləridir.
İ
qtisadi təhlükəsizliyin indikatorlar-göstəriciləri sisteminə əhalinin həyat
səviyyəsi, inflyasiyanın tempi, işsizlik norması, iqtisadi artım, büdcə kəsirləri,
dövlət borcları, dünya iqtisadiyyatına inteqrasiyanın səviyyəsi, qızıl - valyuta
rezervləri, kölgə iqtisadiyyatının miqyası daxildir.
Dövlətin iqtisadi təhlükəsizliyinin prioritetləri dövlətin tarixi inkişaf
dövründən və dünyada baş verən dəyişikliklərdən asılı olaraq dəyişir. Müasir
dövrdə bu prioritetləri valyuta - kredit, enerji və ərzaq təhlükəsizliyi təşkil edir.
Belə ki, valyuta - kredit təhlükəsizliyinin ölkənin beynəlxalq əmək bölgüsü
sisteminə daxil olması bu sistemdə tutduğu mövqe ilə müəyyənləşir. Ölkənin digər
ölkələrlə valyuta - kredit münasibətləri həmin ölkənin ümumi iqtisadi mühitinin
sağlamlaşmasına müsbət təsir göstərir və nəticə etibarilə ümummilli və xarici
iqtisadi maraqların qorunmasında mühüm rol oynayır.
Enerji təhlükəsizliyi dedikdə - ölkənin enerji sisteminin normal və fövqəladə
vəziyyətlərdə istehlakçıların məqbul keyfiyyətə malik istilik - enerji resursları ilə
təminatında defisit təhlükəsindən qorunması başa düşülür. Onun vacibliyi ölkənin
təbii - iqlim şəraitinin sərtliyi ilə müəyyənləşir.
Ərzaq təhlükəsizliyinin rolu insanın varlığının baza göstəricisidir. Çünki,
ə
rzağın yoxluğu aclıq və ölümün əsasını qoyur. Hər bir insan üçün gündəlik
yüksək keyfiyyətli və müxtəlif növlü ərzaqların qəbulu vacibdir. Əhalinin
8
qidalanma səviyyəsi ölkənin ümumi iqtisadi inkişafının səviyyəsini xarakterizə
edir. Belə ki, ərzaq məhsullarının istehsalı istənilən istehsal növünün ilkin şərti
olub, var və olacaqdır. Əhalinin ərzaq məhsulları ilə təminatı sosial həyatın iqtisadi
strukturun həyat qabilyyətliliyinin səviyyəsinin vacib faktoru və müəyyənləşdirici
kriteriyasıdır.
Ə
rzaq problemi insanın yarandığı gündən mövcud olmuş və insanın inkişafı
ilə öz xüsusiyyət və miqyaslarını dəyişmişdir. Artıq XX əsrin ikinci yarısından
başlayaraq ümumbəşəri problemə çevrilmişdir. Ərzaq məhsulları lazımi həcmdə
istehsal olunmadıqda bu cəmiyyətdə o, nəzərə çarpan bir fakta-ərzaq
çatışmamazlığına, bu isə öz növbəsində ciddi sosial–siyasi problemə çevrilir. Təbii
fəlakətlər, müharibələr, ölkədə iqtisadi böhranlar, ictimai quruluşda radikal
dəyişikliklər, əhalinin və ərzaq istehsalı obyektlərinin əraziyə görə qeyri-
proporsional yerləşməsi və s. ərzaq çatışmazlığı problemini yaradan
səbəblərdəndir. Bununla əlaqədar olaraq, dövlət və eləcə də bütün bəşəriyyət üçün
ə
rzaq və ərzaq təhlükəsizliyinin stabil təminatı ən vacib problemlərdəndir.
XX əsrdə dövlətlərarası ticarətin inkişafı ilə əlaqədar olaraq ərzaq problemi
bir qrup dövlətlərin digərləri üzərində siyasi təzyiq vasitəsinə çevrilmişdir. Belə
ölkələr digər ölkələrdəki ərzaq problemini mütəmadi öyrənirlər. Eyni zamanda öz
ölkələrində ərzaqla təminatı yüksək səviyyədə saxlayaraq digər ölkələrin
bazarlarında öz paylarını genişləndirməyə çalışırlar. Bu isə ixracatçı ölkələrə
idxalçı ölkələrlə qarşılıqlı münasibətlərdə yumşaq təsir vasitələri (gömrük
baryerləri, qiymət siyasəti, ixrac subsidiyaları və s.) ilə yanaşı, sərt tədbirlərin
(embarqo, idxala qoyulan qadağalar, iqtisadi sabotaj və s.) tətbiqinə şərait yaradır.
Eyni zamanda, ərzaq idxal edən ölkələr xarici iqtisadi siyasəti daxili ərzaq
bazarının, daxili istehsalçı və ixracatçıların xarici rəqabətdən müdafiəsinə, eləcə də
ə
rzaqla özünü təminatını yüksəldərək daxili bazarların idxal üçün tamamilə
bağlanması istiqamətinə yönəldirlər. Göründüyü kimi, ərzaq təhlükəsizliyi bütün
dünya ölkələri üçün dövlətin suverinitetinin, onun daxili siyasətinin və eyni
zamanda, beynəlxalq əlaqələr müstəvisində suverenliyinin əsas şərtidir.
9
Beləliklə, ərzaq təhlükəsizliyi nəinki dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə
də siyasi və ekoloji təhlükəsizliyinin əsas elementidir. Bu isə ərzaq
təhlükəsizliyinin milli təhlükəsizliyin tərkibində aparıcı rol oynadığını
müəyyənləşdirir. Ərzaq təhlükəsizliyinin mahiyyəti “ərzaq təhlükəsizliyi”
anlayışının daha dəqiq tərifində ifadə olunmalıdır. Qeyd etmək lazımdır ki, ilk dəfə
“ərzaq təhlükəsizliyi” bir termin kimi 1974 - cü ildə Romada taxılın qiymətinin
kəskin artması ilə bağlı ƏKTT (FAO) - nin təşkil etdiyi Ərzaq problemləri ilə bağlı
Ümumdünya Konfransında qəbul edilmişdir. Bu anlayışın mahiyyəti 20 il sonra
analoji olaraq konfransda aydınlaşdırılmışdır. ƏKTT - yə görə “ərzaq
təhlükəsizliyi - bütün insanların aktiv öz sağlam həyatını təmin etmək üçün lazımı
həcmdə təhlükəsiz və qidalı ərzaq məhsullarına fiziki və iqtisadi əlçatanlığının
mümkünlüyüdür”. Keçən əsrin 90 - cı illərinin II yarısından başlayaraq “ərzaq
təhlükəsizliyi” termini nəinki sənədlərdə, həm də elmi ədəbiyyatda geniş istifadə
olunmağa başlandı. Bu ədəbiyyatı nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki,
bu kateqoriyanın mahiyyəti haqqında hələ də yeganə və dəqiq tərif yoxdur.
Düzgün strategiya və taktikanın seçilməsi bu kateqoriyaya verilən mənadan asılıdır.
[31]
Ə
rzaq təhlükəsizliyi iqtisadiyyatın elə bir vəziyyətini özündə əks etdirir ki,
mövcud imkanlar hesabına əhalinin fəal sağlam həyat tərzi keçirməsi üçün zəruri
həcmdə ərzaq məhsullarına olan tələbatını təmin etmək mümkün olsun. Ərzaq
təhlükəsizliyi hər bir vətəndaşın ərzaq istehlakı səviyyəsindən bilavasitə asılı
olmaqla həm mikro, makro, həm də qlobal səciyyə daşıyır. Ərzaq təhlükəsizliyinin
mikro aspekti hər bir fərdin yaşamaq imkanları ilə xarakterizə olunur. Makro
aspektlər ölkənin ümumi inkişaf səviyyəsi, qlobal aspektlər isə beynəlxalq
münasibətlər və dünyada baş verən geosiyasi dəyişikliklərlə bilavasitə bağlıdır.
Ümumiyyətlə, ərzaq təhlükəsizliyi həm xroniki, həm də müvəqqəti - dövri olaraq
özünün kəskin mərhələsini yaşayır. Ərzaq təhlükəsizliyinin xroniki xarakter
daşıması adətən inkişaf etməkdə olan ölkələr üçün səciyyəvi hal hesab edilir. Bu
proses həmin ölkələrdə iqtisadi inkişaf səviyyəsinin aşağı olması, eyni zamanda
büdcə imkanlarının məhdudluğu, kənd təsərrüfatında və onunla bağlı digər
10
sahələrdə intensiv texnologiyaların tətbiqinin aşağı səviyyədə olması,
infrastrukturun zəif inkişafı, əhalinin alıcılıq qabiliyyətinin yerli ərzaq istehsalının
rəqabətə davamlılığının keyfiyyətinin aşağı olması və s. çoxsaylı faktorlarla
bağlıdır.
Ə
rzaq təhlükəsizliyi ilk növbədə hər bir ölkənin milli ərzaq müstəqilliyinə
ə
saslanır. Hər hansı bir dövlətin siyasi suverenlyi hələ onun ərzaq suverenliyinin
təmin edilməsi demək deyildir. Ölkənin milli ərzaq suverenliyi o deməkdir ki, baş
verə biləcək hər hansı ekstremal fövqəladə vəziyyətlər zamanı dövlət əhalini ərzaq
və qida məhsulları ilə təmin etmək məqsədi ilə xarici ölkəyə üz tutmur. Yaranmış
tələbatı xüsusi mənbələr hesabına ödəmək iqtidarında olur və ölkənin ərzaq
böhranı yaşamasına imkan vermir.
Ə
rzaq təhlükəsizliyinin, eyni zamanda ölkənin milli ərzaq müstəqilliyinin
təmin edilməsini şərtləndirən amillər mövcuddur ki, bunlara da aşağıdakılar aid
edilir:
- ölkədə ərzaq və yeyinti məhsullarının istehsal səviyyəsi;
- qida məhsullarının istehsalının iqtisadi cəhətdən sərfəliliyi;
- qida məhsullarının qiymətliliyinin səviyyəsi;
- ölkə əhalisinin alıcılıq qabiliyyəti;
- əhalinin gəlirləri və əməkhaqqının orta aylıq səviyyəsi;
- dövlət tərəfindən aztəminatlı əhali təbəqələrinə verilən güzəştlər və
müavinətlər;
- dövlətin ərzaq resursları.
Ə
rzaq təhlükəsizliyi probleminin beynəlxalq miqyas alması xüsusilə
qloballaşma fonunda daha qabarıq təzahür edir. Belə ki, ərzaq təhlükəsizliyinin
təmin edilməsi istehsalın artırılması və əhalinin alıcılıq qabiliyyəti ilə bilavasitə
bağlı olduğundan bu proses ölkənin maliyyə imkanlarından, dövlət büdcəsinin
vəziyyətindən də bilavasitə asılı olur. Odur ki, son zamanlar bu aktual problemin
həllində beynəlxalq qurumlar - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
(BEİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta
Fondu (BVF) və s., təşkilatlar da aktiv rol oynamağa başlamışdır.
11
Beynəlxalq ərzaq təhlükəsizliyi sistemi, həmçinin özündə ərzaq
çatışmamazlığıdan əziyyət çəkən ölkələrə yardım göstərilməsini və inkişaf
etməkdə olan ölkələrə öz milli ərzaq təhlükəsizliyi sisteminin yaradılmasına
təşkilati, texniki və iqtisadi köməkliklər göstərilməsini özündə əks etdirir. Bu
sistemin mühüm tərkib elementi olan taxıl ehtiyatlarının yaradılması mümkün ola
biləcək ərzaq çatışmamazlığının aradan qaldırılması məqsədinə xidmət etməklə
yanaş, həmçinin bazarlarda taxıl məhsullarının qiymətlərinin sabit saxlanılması
üçün önəmli vasitə rolunu da oynayır.
Təbiidir ki, bu zaman taxıla olan tələbat tələb və təklifin səviyyəsindən asılı
olaraq formalaşan beynəlxalq bazar qiymətləri əsas götürülür və konyuktur
dalğalanmaları nəzərə alınmaqla onun səviyyəsinə dövrü olaraq yenidən baxılır.
Bu baxımdan bazarda qiymətlərin aşağı səviyyəsi ehtiyatların toplanmasının
indikatoru, qiymətlərin yüksək səviyyəsi isə ehtiyatlardan istifadənin indikatoru
funksiyasını yerinə yetirir. Beləliklə, beynəlxalq ərzaq ehtiyatının yaradılması
hesabına ərzaq bazarının sabitləşdirilməsi həm idxalçılar, həm də ixracçılar üçün
iqtisadi cəhətdən sərfəli ola bilər.
Son zamanlara qədər özünün kənd təsərrüfatı istehsalçılarına yüksək səviyyəli
himayədar dəstəyinin klassik nümunəsi Yaponiyanın aqrar siyasəti idi. Lakin 80 -
ci illərin ilk yarısından Yaponiyada da əhəmiyyətli dəyişikliklər baş verdi.
Xüsusilə də dünya ölkələrinə görə rəqabət qabiliyyətli aqrar bölmənin yaradılması
və ərzaqla özünü təminetmə problemini həll etməyə aztorpaqlılıq və kiçik kəndli
təsərrüfatı şəraitində imkanı olmayan ölkə, daxildə sabit tələbatdan istifadə edən,
ə
rzaq mallarının istehsalının beynəlxalq diversifikasiya modelinə keçdi.
Ölkə birgə müəssisələrin yardılması bir sıra xarici ölkələrin (ən çox keçmiş
“üçüncü dünya ölkələrinin”) aqrar bölməsinə iri miqsaylı investisiyaların və yeni
texnologiyaların tətbiqi yolu ilə dünya bazarının dəyişən konyukturu özünün ərzaq
həssaslığını bir sıra göstəricilərə görə əhəmiyyətli dərəcədə azaldıb, zəmanətli
ə
rzaq özünütəminetmə səviyyəsinə çatdı. Qərbi Avropada, ABŞ-da, Kanadada,
Yaponiyada və Çində kənd təsərrüfatının uğurlu inkişafına bazar münasibətlərinin
tətbiqi ilə yanaşı, həm də geniş təkrar istehsal prosesinə xarici təsir vasitələrinin
12
güclənməsi hesabına bazar özünütənzimləmə mexanizminin fəaliyyətinin
məhdudlaşması yolu ilə nail olunmuşdur. Kənd təsərrüfatına dotasiyalar, qiymət,
kvotalar, kredit-vergi siyasəti vasitəsi ilə dövlət yardım proqramları aqrar sahənin
inkişafında mühüm rol oynayır. Bu zaman kənddə dövlət yardımları da mühüm
ə
həmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, müasir dövrdə beynəlxalq iqtisadi
münasibətlər sisteminin qloballaşması nəticəsində artıq ərzaq problemi ayrı - ayrı
ölkələrin sərhədlərini aşaraq bütövlükdə beynəlxalq aləmin aktual probleminə
çevrilmişdir. Bu baxımdan BMT yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO) çoxsaylı dövlətlərin iqtisadi təcrübəsində ərzaq təhlükəsizliyi və onun
hədlərini təhlil edərək, beynəlxalq ümumiləşdirmələr aparmışdır.
Beynəlxalq Ərzaq Təşkilatı ekspertlərinin qənaətinə görə dövlətin ərzaq
təhlükəsizliyinin əsas ölçüləri ölkədə taxıl ehtiyatlarının ümumi həcmi, növbəti
məhsul yığımına qədər onun saxlanması və əhalinin hər nəfərinə düşən taxıl
istehsalı hesab edilir. Dünya təcrübəsində o ölkənin ehtiyatı təhlükəsiz hesab edilir
ki, ölkə əhalisinin illik istehlakının 17 - 20% -i həcmində taxıl ehtiyatı mövcud
olsun. Başqa sözlə taxıl resursu illik istehlakdan əlavə ölkə əhalisinin daha 2 ay
müddətinə taxıla olan tələbatını təmin etmək imkanı versin.[1]
Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin əsas təminat məsələləri
daxili və xarici amillərdən asılı olmayaraq aşağıdakılardan ibarətdir:
- ölkənin hər bir vətəndaşının müəyyən edilmiş rasional istehlak normasına
ə
sasən fəal, sağlam həyat tərzi üçün lazımi təhlükəsiz və keyfiyyətli yeyinti
məhsulları ilə fiziki və iqtisadi cəhətcə təmin edilməsinə nail olunması və onun
yüksək səviyyədə saxlanılmasının təmin edilməsi;
- ölkənin ərzaq məhsulları ilə təmin edilməsinə əsas daxili ərzaq növlərinin
dayanıqlı istehsalının inkişaf etdirilməsi ilə nail olunması;
- istehlak edilən yeyinti məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nail
olunması;
- təbii fəlakətlər və digər fövqəladə hallarda vətəndaşların yeyinti məhsulları
ilə müntəzəm təmin edilməsi hesabına, yarana biləcək neqativ halların
13
minimuma endirilməsi və təhlükəsiz yeyinti məhsullarının istehsalının və ərzaq
təhlükəsizliyində daxili və xarici amillərin aradan qaldırılmasının təmin edilməsi.
Aqrar sənaye kompleksində inkişaf XX əsrin 90 - cı illərin sonlarından və
XXI əsrin ilk illərindən başlayaraq sabit xarakter daşıyır. Yeyintı məhsullarının
sənaye istehsalı da yüksək templə inkişaf edir. Bir çox kənd təsərrüfatı
məhsulları istehsal edən təşkilatların iqtisadiyyatı möhkəmlənir. Bu prosesdə,
xüsusi olaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən 11 fevral 2004 -
cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası
regionlarının sosial - iqtisadi inkişafı Dövlət Proqramı (2004 - 2008-ci illər)”nın,
25 avqust 2008-ci il tarixli 3004 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2008 -
2015 - ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı 80 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası
regionlarının 2009 - 2013 - cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
və digər normativ - hüquqi sənədlərin hərəkətverici qüvvə olmasıdır.
Bununla yanaşı, aqro - sənaye kompleksinin potensialından tam və rasional
istifadə edilmir, ayrı-ayrı sahələrin istehsal həcmi əhalinin daxili istehsal
hesabına istehlakını qismən təmin edir, bu hal isə ərzaq təhlükəsizliyinin təmin
edilməsində öz mənfi təsirini göstərməyə bilməz. Buna görə də bəzi yeyintı
məhsulları üzrə istehlak təlabatı idxal hesabına ödənilir.
Ərzaq təhlükəsizliyi və tam qidalanmanı xarakterizə edən məsələlər
aşağıdakı aspektdə təsnifləşdirilir:
Dostları ilə paylaş: |