stifadə(istehlak) -
onun iki aspekti nəzərdə tutulur: sosial - iqtisadi və bioloji.
Ə
rzaq məhsulları kəmiyyət və keyfiyyətcə mövcud olduqda və əldə etmək
imkanına malik olduğu hallarda ailə (ev təsərrüfatını) hansı məhsullardan istifadə
edilməsinin məqsədəuyğunluğu seçimini edir.
1.2. Dünyanın ərzaq istehsalının tarixi mərhələləri və onun
müasir inkişaf istiqamətləri
Ə
rzaq təhlükəsizliyi - ərzaq çatışmazlığı təhlükəsi ilə bağlıdır. Hələ 200 il
bundan əvvəl ingilis iqtisadçı Tomas Robert Maltus (1766 - 1834) 1798 - ci ildə
“əhali qanunu haqqında təcrübə” adlı əsər yazaraq, anonim ad ilə nəşr etdirmişdir.
O göstərirdi ki, hər 25 ildən bir əhalinin sayı 2 dəfə (həndəsi silsilə üzrə) artdığı
halda əhali üçün yaşayış vasitələri ədədi silsilədə olduğundan tez arta bilməz.
Beləliklə o, ərzaq məhsullarının çatışmazlığını təbii hal hesab edirdi. Maltus əhali
artımı ilə ərzaq çatışmazlığı ilə bağlı olaraq xəstəlikləri, müəyyən nöqsanları,
müharibələri qanunauyğun hesab ediridi. Maltusun fikirləri özünü tam doğrultmasa
da, hər halda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, kənd təsərrüfatının
quruluşunda dəyişiklik aparılması, islahatlar keçirilməsi, bəzi ölkələrdə əhali artımı
barədə yeni siyasət yeridilməsi və bu kimi problemlərə olan məsuliyyəti artırmışdır.
Ərzaq probleminin vəziyyəti həmişə dünya alimlərinin, beynəlxalq
təşkilatların və dövlət orqanlarının diqqət mərkəzində olmuşdur. Ayrı - ayrı
dövrlərdə bu sahədə müzakirələr, təhlillər, geniş araşdırmalar aparılmışdır. Demək
olar ki, bütün mütərəqqi bəşəriyyət cəmiyyətin ərzaq təhlükəsizliyinin təmin
edilməsinə dair öz qüvvələrini birləşdirmişdir. Belə ki, 1996 - cı ildə Vaşinqtonda
“Dünyanın gələcəyini öyrənən cəmiyyət” yaradılmışdır. [32] Həmin illərdən ABŞ-
ın 15 institut və onların tərkibində minlərlə alim bəşəriyyətin çağdaş və gələcək
inkişaf meyllərini tədqiq edir. Vyanada (Avstriya) “Gələcəyin problemləri
15
institutu”, Niderlandda “Bəşəriyyət 2000-ci ildə” beynəlxalq fondu yaradılmışdır.
1968-ci ildə “Ümumdünya sisteminin inkişafını modelləşdirən və proqnozlaşdıran
“Roma klubu” beynəlxalq təşkilatı yaradılmışdır və bunun üçün 5 qlobal problem
və həlli nəzərdə tutmuşlar.
Bunlar aşağıdakılardır:
1.
Sürətli sənayeləşmə;
2.
Əhalinin sürətli artımı;
3.
Aclıq və ərzaq çatışmazlığının geniş yayılması;
4.
Təbii ehtiyatların tükənməsi;
5.
Məskunlaşma mühitinin pisləşməsi;
Bu problemlərin tədqiq edilməsi üçün müəlliflər 4 ümumiləşdirilmiş
göstəriciyə əsaslanmışlar:
1. Dünyanın potensial əkin sahəsi (3.2 mlrd. hektardır);
2. 1970 - ci ilə nisbətən məhsuldarlığın 3 dəfə artırılması mümkünlüyü;
3. 1970 - ci illə müqayisədə əldə edilə bilən ehtiyatların 200 dəfə artırılması
mümkünlüyü;
4. Yer üzündəki müxtəlif çirklənmələrin qarşısının alınması (əks halda, bu
1970-ci ildəkindən 25 dəfə çox ola bilər). [32]
Beləliklə, müəlliflər əhalinin sayının təqribən 33 ilə, sənaye istehsalının isə
10-15 ilə 2 dəfə artması ehtimalını qəbul etmişlər.
Ə
rzaq təhlükəsizliyi ilə bağlı olaraq 1974 - cü ildə Romada BMT
“Ümumdünya ərzaq konfransı” keçirilmişdir. Bu konfransda ərzaq qıtlığına və
aclığa qarşı birgə mübarizə üçün ümumbəşəri bəyannamə qəbul edilmişdir.
Bəyannamədə belə halların yaranma səbəblərinin öyrənilməsi, xəbərdarlıq edilməsi,
qarşısının alınması üçün tədbirlər görülməsi məsələlərinə diqqətin artırılması
tövsiyə edilmişdir. Elə bu məqsədlə də 1974 - cü ildə “Ümumdünya Ərzaq Şurası”
yaradılıbdır. Bu şura ümumdünya ərzaq proqramı təşkilatı kimi fəaliyyət göstərir.
Təməli 1963-cü ildən qoyulmuşdur. Belə beynəlxalq tədbirlərdən biri də 1992 - ci
ildə keçirilmişdir. Dünyanın ən qabaqcıl 1600 alimi (o cümlədən, 102 Nobel
laureatçısı) beynəlxalq yığıncaqlar keçirərək elmi təhlillər, hesablamalar aparmış,
16
ə
rzaq probleminin güclü sosial - siyasi mahiyyətə malik olmasını göstəriblər.
Beləliklə, bu alimlərin hazırladıqları sənədlərdə aşağıdakı problemlərə diqqətin
artırılması ön plana çəkilmişdir:
1) Əsas ərzaq növü olan taxılçılığın əkin sahəsinin azalması məsələsi. 1980 -
ci illərdə taxıl əkini sahələri 735 mln. hektar olduğu halda, 2003 - cü ildə 666 mln.
hektar təşkil etmişdir (69 mln. hektar azalaraq 1960 - cı illərin səviyyəsinə
enmişdir).
Bu vəziyyəti 3 əsas səbəblə əlaqələndirmək olar:
-
torpağın böyük bir qismi əkin dövriyyəsindən çıxarılaraq sənaye
məqsədlərinə, infrastrukturanın inkişafına cəlb edilmişdir;
-
60-80-ci illdərdə kənd təsərrüfatının intensiv inkişafının nəticəsi olaraq
torpaqların eroziyası artmışdır. Ona görə də bir çox ərazilərdə yeni meşə salınması
və çəmənliklər yaradılması zərurəti meydana çıxmışdır;
-
Dünya üzrə əhalinin sayının artması, şəhərlərin, qəsəbələrin, bağ
təsərrüfatlarının, müvafiq infrastrukturanın genişlənməsini tələb edir.
2) İçməli su qıtlığı problemi. Etiraf etməliyik ki, hazırda dünya əhalisinin
50 %-ə qədəri içməli su ilə qeyri qənaətbəxş təmin olunur.
Bir çox hallarda sudan qənaətlə istifadə olunmur. Sənaye məqsədləri üçün
sudan istifadə artır, bu isə su mənbələrini çirkləndirir. Bəzi regionlarda suvarılan
torpaqların artması da içməli suların azalmasına səbəb olur. Məsələn, XX əsrin
ə
vvəllərində süni suvarılan əkin sahələri 40 mln. hektar olduğu halda 50 - 60 - cı
illərdə bu göstərici 99 mln. hektar, 2003 - cü ildə 273 mln. hektar təşkil etmişdir.
[32]
Dünya okeanının qlobal problemi də ərzaq problemini çətinləşdirir.
Okeanlarda (Atlantik və Sakit okeanda) balıqçılıq hövzələrindən həddindən artıq
balıq tutulması, dəniz məhsullarının mənimsənilməsi bir çox balıq növlərinin yox
olmasına gətirib çıxarmışdır. Balıq ehtiyatlarının belə vəziyyətə düşməsi üzündən
Avropa İttifaqı 2003-2004-cü illərdən balıq tutulmasına 40 % qadağa qoymuşdur.
3) Ətraf mühitin çirklənməsi problemi də kənd təsərrüfatı və ərzaq təminatına
böyük zərər vurur.
17
Bir çox tullantıların - qaz və digər maddələrin ətraf mühitə atılması iqlimin
istiləşməsinə səbəb olmuşdur. Eyni zamanda qasırğa və tufanlar, quraqlıqlar,
daşqınlar və digər fəlakətlərin də sayı artmışdır.
İ
qlimin gələcəkdə daha da istiləşməsi, buzlaqların əriməsi Dünya okeanın 6-7
metr qalxmasına səbəb ola bilər ki, bu da yüzlərlə şəhər və kəndlərin, torpaqların
su altında qalması gətirib çıxara bilər.
4) Məhsuldarlıq səviyyəsinin aşağı düşməsi problemi.
Hazırda dünya üzrə taxılın məhsuldarlığı 31 sentnerdir. (Fransa və İngiltərədə
buğdanın məhsuldarlığı 70 sentnerdir). Geridə qalmış aqrar ölkələrdə bu göstərici
Afrikada - 13, Rusiyada - 20 sentner təşkil edir. Məhsuldarlığın artırılması üçün
çoxlu kapital qoyuluşu tələb olunur. [32]
5) Biçənəklərdə otarılan mal - qaranın qədəri. Biçənəklərdə, çəmənliklərdə
mal-qaranın otarılması heyvandarlıq məhsullarının artmasına zəmin yaradır. Lakin
nəzərə almaq lazımdır ki, bunun da müəyyən həddi var. Mal - qaranın və
qoyunların sayının çoxalması həmin torpaqların üst qatının korlanmasına səbəb
olur. Ona görə də gələcəkdə mal əti və qoyun ətinin artırılması ehtimalı daha da
azalır.
Son illərin məlumatına görə inkişaf etməkdə olan 113 ölkənin 24 - ü daha
aşağı səviyyədə ərzaq təhlükəsizliyinə nail olmuşdur ki, bunun da 22 - i Afrika
ölkələridir.
2000 - ci ilin iyun ayında Azərbaycan hökuməti Avropa komissiyasının ərzaq
təhlükəsizliyi proqramına qoşulmaq üçün memorandum imzalamışdır. Beləliklə,
ölkədə Ərzaq Təhlükəsizliyi Proqramı hazırlanmış və ölkə prezidenti tərəfindən
2001 - ci il 2 mart tarixli sərəncamla təsdiq edilmişdir.
Ə
KTT - nin hesablamalarına görə əhalini ərzaq məhsulları ilə təmin etmək
üçün (müvafiq normalarla) 2025 - ci il istehsalının həcmi 2 dəfə artırılmalıdır. Bu
isə o qədər də real deyildir. Müəyyən iqtisadi hesablamalara görə 2030 - cu ilədək
ə
rzaq məhsulları istehsalı zəif də olsa artan istiqamətdə dəyişəcəkdir. Lakin hazırkı
qida normaları və əhalinin artımı müqabilində dünya bazarında 500 mln. ton taxıl,
18
40 mln. ton ət, 70 mln. ton balıq və balıq məhsulları və bir sıra digər məhsullar
çatışmayacaqdır. [32]
Beləliklə, ərzaq probleminin həllində üç cəhətə xüsusi fikir verilir:
1.
İstehsalın 2 dəfə artırılması;
2.
Təbii artımın məhdudlaşdırılması; [32]
3.
Əsas ərzaq növləri üzrə qida normalarının azaldılması mümkünlüyü. [32]
Belə bir cəhəti də qeyd edək ki, “İstehsal” iqtisadiyyatı Neolit inqilabından
tutmuş 1960-cı illərə qədər uzun bir tarixi dövr ərzində mövcud olmuşdur.
Bazar təsərrüfatının qərarlaşması prosesi (marksist anlamda kapitalizm
ictimai-iqtisadi formasiyasının genezisi) Avropada XIV - XV əsrlərdə başlamış və
ingilis burjua inqilabı ilə (XVII əsr) orta əsrlərdə başa çatmışdır. Asiya istehsal
üsulu şəraitində kapitalist transformasiyası Avropanın kütləvi müstəmləkələşdirmə
və qərbləşmə siyasətinin güclü təsiri altında XIX əsrin ortalarından start
götürmüşdür.
Erkən orta əsrlər (V - XI) → klassik orta əsrlər (XI - XV) →son orta əsrlər
(XV-XVIII) - qeyd edilən dövrlənmə, həmçinin “istehsal” iqtisadiyyatının inkişaf
spesifikasına tam şəkildə uyğun gəlir. Başqa sözlə, Avropada bazar təsərrüfatının
qərarlaşması iqtisadiyyatda (onun “istehsal” xarakterində) mahiyyət dəyişiklikləri
ilə müşayiət olunmamışdır.
Erkən və klassik orta əsrlərin “istehsal” iqtisadiyyatı iqtisadi həyatın sabitliyi
ilə səciyyələnirdi. Aqrar cəmiyyətdən əxz edilmiş “ənənəviçilik” yalnız yaşayış
minimumu səviyyəsində (sadə təkrar istehsal çərçivəsində) nemətlərin əldə
olunmasını, ənənəvi istehlak tipinin davam etməsini saxlayırdı. Natural təsərrüfat
çərçivəsində istehlaka yönəlik tələbin həcmi kifayət qədər aşağı idi.
Sənayeləşməyə qədərki dövrdə əhalinin böyük hissəsi gəlirlərinin yarıdan çoxunu
qida məhsullarının əldə olunmasına yönəldirdi. Qida rasionunun strukturu həm
ayrı-ayrı təbəqələr, həm də regionlar üzrə dəyişirdi.
Yeni ticarət yollarının axtarışı böyük coğrafi kəşflərə gətirib çıxardı. Yeni
bazarlara çıxış, öz növbəsində orta əsr Avropa iqtisadiyyatının güclü inkişafına
təkan vermiş oldu.
19
Feodalizmin qərarlaşdığı dövr “istehsal” iqtisadiyyatının bazara qədərki
genezisinin birinci dövrüdür. Bu dövrün əsas xarakterik xüsusiyyətləri ondan ibarət
idi ki, natural təsərrüfat (“qapalı”) - istehsal edilmiş məhsul istehsal yerində də
istehlak olunur. Yəni istehsalçı öz tələbatını ödəmək üçün məhsul istehsal edir.
İ
stehsal və istehlak həmin təsərrüfatın çərçivəsindən kənara çıxmır, mübadilə -
“mənimsəmə” iqtisadiyyatına xas olan mahiyyətdə həyata keçirilir, əmtəə istehsalı
yoxdur, bazar yoxdur.
Təbiidir ki, “yoxdur” ifadəsi mütləq məna daşımır. Həm mübadilə, bazar, həm
də əmtəə istehsalı mövcuddur və öz ehtiyacları üçün istehsalla müqayisədə bunlar
çox cüzi əhəmiyyət kəsb edirlər. Bir sözlə, onların təsərrüfata təsiri ifrat səthi
xarakter daşıyır. Sonrakı - bazar mərhələsindən fərqli olaraq, qeyd olunanlar həmin
dövrün əlamətləri sırasına daxil deyildir və ona görə də, sözügedən epoxanı - yəni
“istehsal iqtisadiyyatının” erkən formasını natural təsərrüfat kimi səciyyələndirilir.
Klassik orta əsrlər “istehsal” iqtisadiyyatının bazaraqədərki ikinci
mərhələsidir. Bu dövr sadə əmtəə təsərrüfatı, yaxud şəhər təsərrüfatı dövrü kimi də
səciyyələnə bilər. Dövrün əsas xarakterik cəhətlərindən biri ondan ibarətdir ki,
ölkədaxili iqtisadi subyektlərin ayrıca bir təsərrüfat kimi (“qapalı”) bölgüsü daha
iri miqyasa – bütöv rayonlar, ərazilər (mərkəz-şəhərlər olmaq etibarilə) - transfer
edir. Belə geniş miqyasda formalaşan təsərrüfat həyatı rəngarəngliyi ilə nəzər-
diqqəti cəlb edir. Müvafiq surətdə əmək bölgüsünün də miqyası genişlənir.
Dəyişən şərait, yəni təsərrüfat həyatının miqyas genişlənməsi mübadiləni zəruri
proses halına gətirmişdir ki, bu da şəhər əhalisinin ayrı-ayrı qrupları arasında
ə
laqəni ayrıca təsərrüfat daxilində (erkən orta əsrlərdə) mövcud olan əlaqələrdən
kəskin surətdə fərqləndirmişdir.
Başqa sözlə, mübadilə - özünün real məzmununu kəsb etməyə başlamışdır.
Şə
hər bazarlarındakı birbaşa mübadilə bu dövrün əsas fərqləndirici
xüsusiyyəti hesab olunurdu. Belə ki, bu halda təkcə şəhərdə fəaliyyət göstərən
sənətkarlar deyil, həmçinin kəndlilər də bazar üçün istehsal etməyə başlamışdılar
ki, bu da təsərrüfatın əvvəlki natural xarakterinin itirilməsi, əmtəə təsərrüfatına
keçməsi anlamında qəbul edilirdi.
20
Bununla yanaşı, söhbət heç də mütləq anlamda əmtəə təsərrüfatının
qərarlaşmasından getmir. Yenə də istehsalın böyük bir hissəsi daxili istehlaka
yönəlirdi. Sadəcə olaraq müxtəlif növ vergilərin (rüsumların və s.) pulla
ödənilməsi zərurəti kəndlilərə məhsulun bir hissəsini satışa çıxarmaq məcburiyyəti
yaradırdı. Eyni zamanda, açıq şəkildə müşahidə etmək mümkün idi ki, sözügedən
mübadilə təsərrüfatı pul təsərrüfatı kimi də təzahür edirdi. Şəhərdaxili və ətraf
kəndlərlə mübadilə üstün xarakter daşımaqla şəhərlər, eləcə də tədricən
ölkələrarası müstəviyə keçirdi.
Bu əlaqələrin mühümlüyü heç də əksər ərazilərdə (şəhərlərdə) bərabər
səviyyəli olmamışdır. Belə ki, bəzi şəhərlər böyük ticarət mərkəzlərinə çevrildiyi
halda, digərləri üçün ticarət o qədər də əhəmiyyətli rol oynamamışdı.
Həmçinin, qeyd edilməlidir ki, ticarətin obyekti kimi yalnız müəyyən mal
qrupu çıxış edirdi. Digər məmulatlar bu sferaya daxil edilmirdi. Yerli mübadilə
birbaşa (istehsalçı→istehlakçı) formulası üzrə aparılırdısa, şəhərlər və ölkələrarası
mübadilə vasitəçilər tərəfindən həyata keçirilirdi ki, bu da ticarət kapitalının, eyni
zamanda ilkin formada borc kapitalının meydana gəlməsini şərtləndirirdi. Ticarət
və borc kapitalının meydana çıxması yalnız bir sıra şəhərlərdə müşahidə edilirdi.
Ə
ksər ərazilərdə isə sadə əmtəə təsərrüfatı hökmran mövqedə qalmaqda idi.
Həmçinin, kapitalın hər iki formasının meydana çıxdığı ərazilərdə də, ticarət və
kredit istisna olmaqla, istehsalın əvvəlki forması saxlanılırdı. Son orta əsrlərdə
formalaşmış iqtisadi situasiyanın birmənalı qiymətləndirilməsi problemi bu gün də
öz aktuallığını saxlamaqdadır. Kapitalizm yalnız XVI əsrdən formalaşmağa
başlamışdır. Eyni zamanda, orta əsrlərdə yaranan ticarət və borc kapitalının sənaye
kapitalına çevrilməsini əngəlləyən başlıca maneə feodal quruluşu olmuşdur.
Səlib yürüşləri - böyük coğrafi kəşflərə qədərki dövrdə Qərbi Avropada bazar
münasibətlərinin inkişafında müəyyən rol oynamışdır. Avropalılar onlar üçün yeni
olan əkinçilik məhsulları ilə tanış oldular (düyü, qarpız, limon, ipək və s.). Parça
istehsalı və metal emalının daha yüksək səviyyədə olan texnologiyalarını
mənimsədilər.
21
“İstehsal iqtisadiyyatı” - son orta əsrlər (dünya iqtisadiyyatının genezesi
dövrü-XVI-XVIII əsrlər). Bu dövr klassik bazarın formalaşmağa başladığı dövr
kimi ilkin olaraq şəhərlərin (ətraf kəndlərlə birlikdə) birləşərək daha iri ərazi
vahidlərinin yaranması ilə səciyyələnir. Bununla əlaqədar olaraq daxili ticarətin
obyekti kimi təkcə bəzi xammal növləri deyil, həmçinin müxtəlif sənaye
məhsulları çıxış edirdi. Eyni zamanda, şəhərlərarası ticarət əlaqələri daha intensiv
surətdə inkişaf etməyə başlamışdı. Yenicə yaranmaqda olan sənaye sferasının
istehsal etdiyi məhsullar lokal bazarlardan ölkənin sərhədləri çərçivəsində
formalaşmış ümumi bazara çıxarılırdı. Milli sənaye istehsalını təşkil etməklə,
həmçinin daxili ticarəti dəstəkləməklə bahəm dövlət siyasəti bütün iqtisadi
proseslərin ölkənin sərhədləri çərçivəsində “qapanmasına”, xarici məhsulların
ölkəyə gətirilməsinə maneəçilik törədilməsinə yönəlmişdir. Eyni zamanda, dövlət
xarici ticarətin inkişafında, müstəmləkələrin ələ keçirilməsi və digər ölkələrlə
müstəsna ticarət hüququna sahiblənmədə əsl “inhisarçı” kimi çıxış etməyə cəhd
göstərirdi ki, bununla da digər ölkələrin həm ticarət, həm də gəmiçilik sferasında
müəyyən irəliləyişlərə nail olmasını əngəlləməyə çalışırdı. Əslində, son orta
ə
srlərin başlanğıcında həyata keçirilən siyasət - öz mahiyyəti etibarilə şəhərlərin
ə
vvəlki dövrlərdə tutduqları mövqe ilə üst-üstə düşürdü. Sadəcə olaraq, bu halda
söhbət siyasi fəaliyyət sferasının genişlənməsindən (şəhər miqyasından bütövlükdə
ölkə miqyasına transfer olunma) gedir. Digər bir fərqli nüans ondan ibarət
olmuşdur ki, erkən və klassik orta əsrlərdə şəhərlərin yalnız bir qismi - ticarət
mərkəzləri kimi çıxış edənlər qeyd olunan siyasətin tətbiqində maraqlı idilər.
(Digər şəhərlər ticarətin inkişafına xüsusi olaraq can atmırdılar). Son orta əsrlərdə
isə ticarət üstünlüklərinə canatma, ticarəti inhisara alma istəyi ən ümumi xarakter
kəsb etməyə başladı. Əksər ölkələrdə artıq sənaye ilə yanaşı ticarət siyasəti də yer
tutmağa başlayır. Tamamilə məntiqi olaraq kənd təsərrüfatı sferası da ölkənin
prioritetləri sırasına daxil edilir. Kənd təsərrüfatı üzərində himayəçilik - əkin
sahələrinin genişləndirilməsi, təsərrüfatçılığın rasional metodlarının tətbiqi və s. -
dövlət siyasətində mühüm yerlərdən birini tuturdu.
22
Terminoloji ifadə baxımından diqqət çəkən məqam “milli təsərrüfat” və “milli
siyasət” anlayışlarının meydana çıxması olmuşdur.
Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasətin əsas cəhətlərindən biri də
iqtisadiyyatın əsas sferalarını (kənd təsərrüfatı, sənaye, ticarət və s.) əhatə edən
tədbirlər kompleksi formasında həyata keçirilirdi.
Böyük coğrafi kəşflərin sosial-iqtisadi nəticələri: Qərbin iqtisadi inkişaf
tarixində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yüksəliş, yaxud qiymət “inqilabı”
ə
sasən ticarətin əhəmiyyətli dərəcədə genişlənməsi, tədavüldə olan pul kütləsinin
surətli artımı (qiymətli metalların Avropaya axını ilə əlaqədar olaraq), kənd
təsərrüfatı məhsullarına olan tələbin yüksəlməsi, həyat şəraitinin daha da
yaxşılaşması, eləcə də Avropanın şımalında sənaye istehsalının yüksəlməsi ilə izah
oluna bilər. Təbiidir ki, ticarətdən əldə edilən gəlirlər iqtisadiyyatın inkişafında
ə
sas amil kimi çıxış edən kapital qoyuluşunun həcmini də adekvat şəkildə artırırdı.
Müstəmləkə sistemi: ilkin kapital yığımının mühüm mənbəyi, böyük tutuma
malik satış bazarı və ən əsası - qərbdə sənayeləşmənin ən başlıca şərti kimi çıxış
edirdi. Müstəmləkə təsərrüfatının 3 tipi mövcud olmuşdur: plantasiya: Müxtəlif
məhsullar (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixraca yönəlik ixtisaslaşma,
fermer (köçürmə tipi) təsərrüfatı: Avropadan Şimali Amerikaya, Avstraliyaya,
Yeni Zellandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların
sıxışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat
təşkil edilir və fəaliyyət göstərirdi, feodal müstəmləkə təsərrüfatı: Metropoliya bir
sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. İlkin kapital
yığımı - işçinin (kəndlinin) mülkiyyətindən məhrum edilməsi, istehsal vasitələrinin
kapitala çevrilməsini özündə ehtiva edən tarixi prosesdir.
Sadə əmək kooperasiyasının genezisi üçüncü böyük ictimai əmək
bölgüsündən başlayır. İqtisadi əhəmiyyəti əsasən onunla izah olunur ki, əmək
məhsuldarlığının artması yekun olaraq ticarət və pul kapitalının ilkin tiplərinin
meydana gəlməsini şərtləndirir.
Manufaktura - mürəkkəb əmək kooperasiyası olmaqla genezisi feodal
münasibətlər kompleksinin dağıldığı dövrdən (XVIII əsr) başlayaraq yeni -
23
təsərrüfatın kapitalist ukladının əsası kimi çıxış edirdi. Genezis nöqteyi -
nəzərindən bir - biri ilə sıx bağlılıqda olan iki prosesin vəhdətinə söykənirdi:
-
istehsal prosesinin (sadə əmək kooperasiyası çərçivəsində) ayrı - ayrı əmək
ə
məliyyatlarına parçalanması;
-
müxtəlif sənət və peşələr üzrə ixtisaslaşmış işçilərin emalatxana
çərçivəsində bir araya gətirilməsi.
Sənaye çevrilişi mahiyyət etibarilə elmi - texniki inqilab xarakteri daşımışdır.
Elmi-texniki tərəqqinin sürətlənməsi (XVII - XVIII əsrlər) sənayedə
manufakturadan fabrikə - iri maşınlı sənayeyə keçidin əsas hərəkətverici qüvvəsi
kimi çıxış etmişdir. Sənaye çevrilişi ilk dəfə İngiltərədə (XVIII əsrin sonu) baş
vermişdir.
Sənaye çevrilişi real məzmunlu bazar iqtisadiyyatının formalaşması prosesini
başa çatdırdı. Sənaye inqilabı “istehsal” iqtisadiyyatının inkişaf prosesində çox
güclü təkan oldu. Bütövlükdə, Qərbi Avropada sənayeləşmə prosesi ilkin olaraq
yüngül sənayenin iri maşınlı bazaya keçirilməsindən başlanmışdır. Belə ki, yüngül
sənaye üçün daha az avans olunmuş kapitala ehtiyac duyulur. Digər tərəfdən,
kapitalın dövriyyəsi sürətlənir.
XX əsrin 70 - ci illərindən etibarən “istehsal” iqtisadiyyatından “yeni
iqtisadiyyatın-xidmət iqtisadiyyatı”na keçid formalaşma təmayülləri açıq - aydın
şə
kildə müşahidə edilirdi. “Köhnə industrial qaydalar” informasiya texnologiyaları
ilə cücərməyə başlayan “yeni iqtisadiyyatla” əvəz olunurdu.
Xidmət sferası, elm, təhsil real sektoru (kənd təsərrüfatı, sənaye) üstələməyə
başlayır, istehsal prosesində elmi biliklərdən istifadə intensiv xarakter alırdı.
Artıq 1970 - ci illərin əvvəllərindən bəşəriyyətin yeni dövrə qədəm qoyduğu
açıq-aydın şəkildə dərk edilməyə başlamışdı. Cəmiyyətin istehsalla bağlı
(maddiyyat anlamında) problemləri öz aktuallığını itirmiş, biliklərin toplanması,
sistemləşdirilməsi və yayılması ilə bağlı olan müxtəlif xidmətlər ön plana çıxmışdı.
Eyni zamanda, elmi - exniki inqilabın məntiqi nəticəsi kimi elm əsas məhsuldar
qüvvəyə, inkişafın və təhlükəsizliyin başlıca amilinə çevrilmişdi.
24
İ
nformasiya və elmi biliklər istehsal resursuna çevrilir. Elmi araşdırmalar
iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi kimi çıxış etməyə başlayır. Əsas dəyərlər
sırasında təhsil səviyyəsi, peşəkarlıq və kreativlik ön mövqelərə sahiblənir.
Dostları ilə paylaş: |