1.3. Dünyanın ərzaq istehsalı və əhali artımının qarşılıqlı
əlaqələndirilməsi.
Hər il 16 oktyabr bütün dünyada “Ümumdünya Ərzaq Günü” kimi qeyd
edilir. “Ümumdünya Ərzaq Günü” 1979 - cu ildə BMT - nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) konfransında elan edilmişdir. Günün elan
edilməsində əsas məqsəd əhalinin dünya ərzaq problemləri barədə
məlumatlandırılması,
aclıq
və
yoxsulluqla
mübarizədə
həmrəyliyin
gücləndirilməsidir.
16 oktyabr tarixi həm də BMT - nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
yaranma günüdür. BMT - nin Baş Assambleyası 1980 - ci ildə qəbul etdiyi xüsusi
qətnamə ilə (№ A/RES/35/70) Ümumdünya Ərzaq Gününün hər il keçirilməsini
alqışlamışdır. [33]
Hər il fərqli mövzulara və problemlərə toxunan “Ümumdünya Ərzaq
Günü”nün bu ilki mövzusu “Ərzaq təhlükəsizliyi və qidalanma üçün davamlı ərzaq
sistemləri” seçilmişdir. Ərzağın istehsalı və istehlakı prosesinə cəlb olunmuş
istənilən proses ərzaq sisteminin bir hissəsi hesab olunur. Bura bitkinin əkilməsi,
yığılması, emalı, qablaşdırılması, nəqli, marketinqi, alınması, saxlanması və
istehlakı daxildir. Məşğuliyyət, maliyyə, elektrik enerjisi və qidalanma da bu
sistemin hissələridir.
Dünya əhalisinin sayının 2050 - ci ildə 9,0 milyarda çatması gözlənilir. Hər
kəs üçün kifayət qədər qidanın olmasına əmin olmaq üçün ərzaq sistemlərinin
vəziyyəti barədə düşünülməsinə ehtiyac vardır. Belə ki, ərzaq sistemlərinin ətraf
mühitə təsirinin azaldılması zərurəti yaranmışdır, çünki bu gün ərzaq məhsullarının
istehsalı nəticəsində atmosferə çoxlu miqdarda istixana qazları buraxılır, su
25
ehtiyatları sahəsində gərginlik yaradılır. Ərzaq alışı seçimlərinin dünyanın başqa
bölgələrində yoxsul fermerlərə necə təsir etdiyi daha dərindən dərk edilməlidir.
Zəncirboyu - ərzağın nəqli, saxlanması, super - marketlərdə və evdə ərzaq itkisinin
qarşısının alınması yolları öyrənilməlidir. BMT hesablamalarına görə bu gün
dünyada milyonlarla insan aclıqdan əziyyət çəkir. Kifayət qədər qidalanmama
cəmiyyətə çox baha başa gəlir və müxtəlif formalarda təzahür edir. Dünyada beş
yaşından aşağı hər dörd uşaqdan biri aclıqdan əziyyət çəkir. Bu o deməkdir ki,
kifayət qədər qidalanmayan 165 milyon uşaq həyat boyu tam fiziki və əqli
inkişafdan geri qalacaqdır. Təxminən 2 milyard əhali sağlam həyat üçün zəruri
olan vitamin və mineral maddələrin çatışmazlığı ilə üzləşmişdir. [33]
Dünya əhalisinin 1,4 milyard nəfəri, o cümlədən, 43 milyon uşaq artıq
çəkidən əziyyət çəkir. Bunların üçdə biri piylənməyə düçar olmuş və ürək-damar
xəstəlikləri, şəkərli diabet və digər sağlamlıq problemləri ilə üzləşmək riskindədir.
Dünya üzrə piylənmənin göstəricisi 1980 - ci ildən bu günədək iki dəfə artıb. Hər il
dünyada 2,8 milyon insan artıq çəki və piylənmədən dünyasını dəyişir. Kifayət
qədər qidalanmamanın məhsuldarlığın itirilməsi və birbaşa səhiyyə xərcləri
baxımından dünya iqtisadiyyatına vurduğu zərər nə az, nə çox qlobal gəlirin 5
faizi həcmində ölçülür ki, bu da illik 3,5 trilyon ABŞ dolları və ya adam başına 500
ABŞ dolları ekvivalentinə bərabərdir. [33]
Dünyadan kifayət qədər qidalanmamanın kökünün kəsilməsi çətin məsələdir,
lakin qoyulacaq investisiya özünü yüksək səviyyədə doğrultmaq gücündədir.
Məsələn, ƏKTT-nin hesablamalarına görə əgər dünya cəmiyyəti mikro qida
çatışmazlığının azaldılmasına beş il müddətinə 1,2 milyard ABŞ dolları həcmində
investisiya qoyarsa bunun nəticəsi daha yaxşı sağlamlıq, uşaq ölümü səviyyəsinin
azalması və gələcək yüksək mənfəət olacaqdır. Bu, illik qazancın 15,3 milyard
ABŞ dolları səviyyəsində olmasına - mənfəət və xərclər nisbətinin demək olar ki,
13-ün 1 nisbətində olmasına gətirib çıxarması deməkdir.
Kifayət qədər qidalanmamanın əsas səbəbləri mürəkkəb olmaqla
aşağıdakılardan ibarətdir:
26
• təhlükəsiz, müxtəlif çeşidli, qidalı ərzağın qeyri - adekvat mövcudluğu və
ə
ldə edilməsi;
• təmiz su, sanitariya və səhiyyə xidmətlərinə çıxışın çatışmazlığı;
• uşaqların düzgün qidalandırılmaması və böyüklərin qeyri - düzgün
qidalanma seçimləri.
Kifayət qədər qidalanmamanın köklü səbəbləri daha mürəkkəbdir və daha
geniş iqtisadi, sosial, siyasi, mədəni və fiziki ətraf mühiti əhatə edir. Bu baxımdan,
kifayət qədər qidalanmama probleminin ünvanlanması kənd təsərrüfatı və ərzaq
sistemində, təbii ehtiyatların idarə edilməsində, ictimai sağlamlıq və təhsildə
inteqrə edilmiş fəaliyyət və əlavə müdaxilə tələb edir. Çünki zəruri fəaliyyətlər
adətən bir neçə hökumət qurumlarını cəlb edir və koordinasiya edilmiş səyləri
həvəsləndimək üçün yüksək səviyyəli siyasi dəstək tələb olunur.
Ə
rzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT) Avropa və Mərkəzi Asiya
regionunda apardığı tədqiqat, 2030 və 2050 - ci illər üzrə proqnozlarının nəticəsinə
ə
sasən qeyd olunan regionda üç əsas uzunmüddətli problem aşkar olunmuşdur.
- qidalanma vərdişlərinin dəyişməsi. 2050 - ci ilə qədər olan proqnozlara
ə
sasən Avropa və Mərkəzi Asiya regionunda aclıq səviyyəsinin azalacağı,
həmçinin taxıl məhsullarının istehlakının azalacağı, ət və süd məhsullarının
istehlakının isə artması gözlənilir. Belə qidalanma piylənmə hallarının çoxalmasına
gətirib çıxaracaq və bu da ürək xəstəlikləri kimi xroniki və qeyri infeksion
xəstəlikləri üzrə risk faktorudur. [33]
- regionun istehsal potensialı. Regionda taxıl bitkilərinin istehsalının hazırkı
vəziyyəti və proqnoz olunan istehsalının müqayisəsi göstərir ki, taxıl bitkilərinin
hal-hazırda əsas istehsalçısı olan və növbəti illərdə də bu tendensiyanı davam
etdirəcək 3 subregionda - Şərqi Avropa (Ukrayna), Cənubi Qafqaz və Mərkəzi
Asiya və Türkiyə - istehsal səviyyəsi potensialdan xeyli aşağı olacaqdır. Region
üçün məhsuldarlığın artımı çox mühümdür, çünki məhsuldarlıqda artım fermer
gəlirlərinin artımı deməkdir. Azərbaycanın da daxil olduğu Qafqaz və Orta Asiya
regionunda kiçik fermer təsərrüfatlarında məhsuldarlığın artması müşahidə
olunmur. Qarşıda duran əsas məsələ fermer təsərrüfatlarının inkişafına və bazarlara
27
çıxışının təmin olunmasına dəstək verməkdir. Bəzi hallarda faktiki məhsuldarlıq
potensial məhsuldarlıqdan 40% aşağıdır. Bu situasiyanın yaxşılaşdırılması kənd
yoxsulluğunun qarşısını ala bilər. [33]
Ərzaq məhsullarının istehsalının artırılması vacib məsələdir, lakin tam həll
yolu deyil. Dünyada artıq kifayət qədər ərzaq vardır. Aclığın əsas səbəbi ərzaq
məhsullarına çıxışın olmamasıdır. Dünyada istehlak üçün istehsal edilən ərzağın
üçdə bir hissəsi, bu da illik əsasda təxminən 1,3 milyard ton itirilir və ya tullanılır.
Problemlərin qarşısını almaq üçün innovativ və dayanıqlı yanaşmaların tətbiqinə
ehtiyac vardır. [33]
- resurslardan davamlı istifadə. Əlbəttə ki, Avropa və Mərkəzi Asiya regionu
ölkələri üçün əsas məsələlərdən biri uzun müddətdə ətraf mühitin mühafizəsini
təmin edən davamlı kənd təsərrüfatı istehsalına nail olmaqdır. Kimyəvi və digər
gübrələrdən istifadə də narahatlıq doğuran bir faktordur. Kimyəvi gübrələrin
nəzarətsiz tətbiqi yeraltı suların çirklənməsinə, ərzaq məhsullarının istehsalı və
satışı sistemində təhlükəli tullantıların yığılmasına gətirib çıxara bilər. Baxmayaraq
ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində onların daha çox inkişaf etmiş qonşu
ölkələri ilə müqayisədə kimyəvi preparatlardan istifadə xeyli aşağı səviyyədədir,
bu ölkələr su resurslarından intensiv istifadə edirlər. Regionda olan problem su
qıtlığı deyil, suyun daşınması və istifadəsində köhnəlmiş və sıradan çıxmış
sistemlərin mövcudluğudur ki, bu da xeyli səviyyədə su itkisi və sudan səmərəsiz
istifadə ilə nəticələnir. Bu baxımdan, su itkisinin azaldılması məqsədilə bu
sistemlərin bərpası, saxlanılması və təsərrüfat səviyyəsində su idarəçiliyinin
yaxşılaşdırılması regionda su stresinin azaldılması istiqamətində ilkin addım hesab
olunur. Bu gün Şərqi Avropanın 12 ölkəsində, Qafqaz və Orta Asiya ölkələrində
200 min ton pestisid qalıqları mövcuddur və bu da bütün dünya üzrə pestisid
qalıqlarının 40 %-ni təşkil edir. [33]
Orta Asiya və Qafqaz ölkələrində kifayət qədər qidalanmamaq riski
müşahidə olunur. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq
səviyyəsi isə Dünya Bankının hesablamalarına görə 30 - 70% təşkil edir. Son beş il
ə
rzində Azərbaycan neft və təbii qaz ehtiyatlarının əldə edilməsi və ixracı
28
sayəsində misilsiz mənfəətdən bəhrələnmişdir. Demək olar ki, bütün insanların
yaşayış şəraiti yaxşılaşmış, Ünvalandırılmış Sosial Yardım isə ən yoxsul ailələri
dəstəkləmək üçün istifadə edilir. Yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə
enmişdir, lakin bir çox ailələr gəlir əldə etməkdə və uşaqlarının əsas ehtiyaclarını
təmin etməkdə hələ də çətinliklərlə üzləşirlər.
Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi
gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak
edir, xüsusən yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan
xeyli aşağıdır: “Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84
kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət
istehlak edir. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram
müəyyən olunsa da, il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma
20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd
müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir”. [33]
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarında da
Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu vurğulanır:
Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür.
Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusiyada 3007, Qazaxıstanda
3095 kilokaloridir.
Qidalanma üzrə II Beynəlxalq Konfrans 19 - 21 noyabr 2014 - cü il
tarixlərində Roma şəhərində keçirilmişdir. Konfrans 1992 - ci ildə keçirilmiş
ə
vvəlki qidalanma konfransından sonra əldə edilmiş nailiyyətləri, tərəqqini
nəzərdən keçirəcək və yeni qlobal ətraf mühitdə qidalanmanın yaxşılaşdırılması
üçün problemlərin həlli yolunun tapılması imkanlarını araşdıracaqdır. II konfrans
kifayət qədər qidalanmamanın çoxsaylı yüklərini ünvanlamaq üçün hökumətlərin
və digərlərinin bir araya gələrək və birgə çalışaraq problemlərin çözülməsi
məsələlərinə baxacaq və qidalanma nəticələrinin yaxşılaşdırılmasında praktiki
alətlərin, qaydaların və təcrübələrin bölüşməsi üçün forum təşkil edəcəkdir. ƏKTT
və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunacaq bu yüksək səviyyəli
29
nazirlərin konfransı növbəti onilliklər üçün qidalanma ilə bağlı əsas problemlərin
həlli məqsədilə çevik siyasət çərçivəsini təklif etməyi nəzərdə tutur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bu ilki Dünya Ərzaq Günündə
aşağıdakı üş əsas çağırışları edir:
- sağlam qida təhsil, sağlamlıq, sanitariya və digər faktorlarla yanaşı sağlam
ə
rzaq sistemlərinin olmasını tələb edir;
- sağlam ərzaq sistemləri düzgün siyasətlərin, stimulların və idarəetmənin
nəticəsində təmin oluna bilər;
- yaxşı qidalanma sağlam qida rasionundan asılıdır.
Qidalanma - insanın həyat fəaliyyətinin əsasıdır, onun mövcud olmasına,
uzun ömürlüyünə, əhvali - ruhiyyəsinə, infeksiyalara qarşı davamlığına və ətraf
mühitin digər əlverişsiz faktorlarına dayanıqlığının əsas şərtlərindən biridir.
Qidaya və heyvanların yem rasionuna ərzaq və yemlərin keyfiyyəti birbaşa təsir
etdiyindən onların həcmi, strukturu müəyyənləşdirilir. Bundan başqa, qida
rasionunun optimallaşdırılması bir çox xəstəliklərin profilaktikası və müalicəsi
üçün istifadə edilir.
Ə
rzaq məhsullarının müxtəlifliyi ilə yanaşı yalnız bir qrup daim bütün qida
rasionlarında mövcuddur - bu da dənli bitkilər əsasında olan məhsullardır. Çörək -
onların əsas nümayəndəsidir, onun yüksək qida dəyəri və unikal xüsusiyyəti var.
qtisadi
ə
dəbiyyatda
müxtəlif
qida
nəzəriyyələri
mövcuddur.
Balanslaşdırılmış, adekvat və optimal qida nəzəriyyələri müasir rasionların və
dietoloq məsləhətlərinin əsasıdır. Bundan əlavə, funksional, ayrılmış, vegeterian,
qan qrupuna görə və s. qida nəzəriyyələri işlənmişdir. Bunlardan hər biri müəyyən
prinsiplərə əsaslanır və onların öz tərəfdarları və əleyhdarları mövcuddur.
Rasional balanslaşdırılmış qidalanma rasionunun nəzəriyyəsi müxtəlif yaş və
ə
mək qrupları üçün tərtib edilmiş balanslaşdırılmış qidalanma düsturlarında öz
ə
ksini tapmışdır. Qidalanmanın rasional normaları akademik A.A.Pokrovski
tərəfindən 1964 - cü ildə işlənib hazırlanmışdır və sonralar bir neçə dəfə dəqiq-
ləşdirilmişdir. Balanslaşdırılmış qidalanma düsturlarında biokimyəvi mahiyyəti
insan orqanizmində baş verən və onun yaşayış şəraitindən asılı olaraq dəyişən
30
mübadilə proseslərini əks etdirir. Aşağıdakı cədvəldə fiziki fəal əhalinin çoxluq
təşkil etməsi, nisbətən sərin iqlimi, əsas müəyyən qida maddələrinin istehlak
xüsusiyyətləri nəzərə alınmaqla orta sakinin balanslaşdırılmış qidalanma düsturu
göstərilmişdir. Enerjidə ümumi istifadə 2500 kilokalori müəyyən edilmişdir.
Müqayisə üçün cədvəldə ABŞ üçün Amerika Milli Elmlər Akademiyası tərəfindən
tövsiyə edilmiş normalar göstərilmişdir, bu normalar üzrə gündəlik enerji istifadəsi
2000 kilokalori təyin edilmişdir. ABŞ-da ərzağın etiketində qida dəyəri qeyd
edilərkən, həmçinin qida maddələrinin gündəlik enerji sərfini 2500 kilokalori
hesabı ilə qeyd etmək adət halını almışdır. BMT ƏKTT "Alimentarius Məcəlləsi"
komissiyası Yer kürəsinin şərti "orta" sakini üçün gündəlik rasionun enerji
dəyərinin norması kimi 2300 kilokalori müəyyən etmişdir. Enerjinin qorunub
saxlanması qanununa müvafiq olaraq insanın həyat fəaliyyəti prosesində enerjini
sərf etdiyi qədər qidalanmalıdır. Bu tarazlığın pozulması ya piylənməyə, ya da
orqanizmin zəifləməsinə gətirib çıxarır. nsanın daxili fəaliyyətə (əsas maddələr
mübadiləsi: nəfəs alma, ürəyin işləməsi və s.) enerji sərfiyyatı əsasən onun
yaşından, cinsindən, çəkisindən asılıdır, eyni zamanda xarici fəaliyyətə enerji
sərfiyyatı (həyat fəaliyyəti) əməyin xarakteri, yaşayış yeri və həyat tərzi ilə
müəyyənləşdirilir.
Qida maddələrində və enerjidə insanın gündəlik tələbatının variantları
Qida
maddələri
SanPiN
2.3.2.560-02
Gündəlik tələbat
Amerika Milli Elmlər
Akademiyası
"Alimentarius
Məcəlləsi"
Enerji dəyəri, kkal
2500,0
2000,0
2500,0
2330,0
Zülal, q
75,0
50,0
63,0
50,0
Yağlar, q
83,0
65,0
83,0
-
31
Doymuş yağlı
turşular, q
25,0
10,0
25,0
-
Doymamış yağlı
turşular, q
11,0
-
-
-
Xolesterin, mq
300,0
300,0
300,0
-
Həzmedilən
karbohidratlar, q
365,0
300,0
375,0
-
Qida lifləri, q
30,0
25,0
30,0
-
Mineral maddələr
Natrium
2400,0
2400,0
2400,0
-
Kalium
3500,0
3500,0
3500,0
-
Kalsium
1000,0
1000,0
1000,0
800,0
Fosfor
1000,0
1000,0
1000,0
800,0
Maqnezium
400,0
400,0
400,0
300,0
Dəmir
14,0
18,0
18,0
14,0
Vitaminlər
RE (retinol
ekvivalenti), mkq
1000,0
1500,
1500,
B. (tiamin), mq
1,5
1,5
1,5
1,4
B
2
(riboflavin)
mq
1,8
1,7
1,7
1,6
NE (niasin
ekvivalenti), mq
20,0
20,0
20,0
18,0
C (askorbin
turşusu). mq
70,0
60,0
60,0
60,0
Cədvəl 1.
Mənbə: Abbasov smət Dursun oğlu. Azərbaycanın və dünya ölkələrinin kənd
təsərrüfatı. Bakı 2013
|