2.3. Dünyanın ərzaq bazarının inkişaf istiqamətləri.
Müasir dövrdə əhalinin ərzaqla təminatı bəşəriyyətin ən qlobal problemlə-
rindən biridir. Problemin həllində taxılçılıq təsərrüfatı əsas yerlərdən birini tutur.
Bu təsərrüfat aqrar-sənaye kompleksinin digər sektorları üçün sistem yaradan,
ə
laqələndirici rolunu oynayır.
Taxıl istehsalının vəziyyəti və taxıl bazarında mövqeyi dünya təcrübəsində
beynəlxalq miqyasda ayrı - ayrı ölkələrin ərzaq təhlükəsizliyinin əsas göstəricisi
kimi qəbul edilir.
Taxıl istehsalının ölkə üçün sosial - iqtisadi əhəmiyyəti nöqteyi-nəzərindən,
ə
halinin çörək və çörək məmulatı ilə etibarlı təminatı, gündəlik istehlak məhsu-
lunda əvəzolunmayan məhsul kimi əhəmiyyət kəsb etməsi, ərzaq məhsulu olan
taxılı bir daha ön plana çəkir. Taxıl və onun emal məhsulları mənşə etibarı ilə
insanın həyat fəaliyyətinin əsasını təşkil edir.
Taxıl istehsalı bütün dövrlərdə diqqət mərkəzində olmuş və dövlətlərin iqtisa-
di siyasətinin ana xəttini təşkil etmişdir.
Bununla yanaşı, bitkiçilik məhsulları olan tərəvəzin, meyvənin, kartof və
bostan bitkilərinin, heyvandarlıq məhsullarından - ət, süd və ət - süd məhsullarının
rolu xüsusi əhəmiyyət kəsb edir və insanların yaşayış kalorisinin forma-
laşdırılmasında iştirak edir, onların həyat fəaliyyətini təmin edir.
nsanların ərzaq məhsullarına olan tələbatı onların yaşı, peşəsi, əmək şəraiti,
milli xüsusiyyətləri, yaşadığı məkan və digər şərtləndirici amillər nəzərə alınmaqla
müəyyənləşdirilir.
nsanların varlığını kənd təsərrüfatı, onun ayrılmaz sahəsi olan bitkiçilik,
heyvandarlıq və emal məhsulları olmadan təsəvvür etmək mümkün deyildir. Hər
üç sahə ərzaq təhlükəsizliyinin özülü, məhək daşıdır. Bu sahələr insanları aclıq və
59
səfalətdən qoruyur, ölümdən xilas edir.
Təkmilləşdirilmiş metodika və rəqəmlər bazası üzərində iki onillik araşdır-
malar nəticəsində aclıqdan xroniki əziyyət çəkən insanların sayı BMT - nin Ərzaq
və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Kənd Təsərrüfatının nkişafı üzrə Bey-
nəlxalq Fond ( FAD) və Beynəlxalq Ərzaq Proqramı (BƏP) tərəfindən dəqiq-
ləşdirilərək müəyyən edilmişdir ki, hazırda dünyada bu insanların sayı təxminən
870 milyondur.
Aclıqdan xroniki əziyyət çəkən insanların əksəriyyəti, yəni 852 milyon nəfəri,
orta hesabla bu ölkələrdə yaşayan insanların 15 faizi əsasən inkişaf etməkdə olan
ölkələrin, 18 milyon nəfəri isə inkişaf etmiş ölkələrin payına düşür. [1]
1990 - 2012 - ci illər ərzində aclıqdan əziyyət çəkən insanların sayı 132 milyon
nəfər, eyni zamanda dünya əhalisinin 18,6 faizindən 12,5 faizinədək, inkişafda
olan ölkələrdə isə 23,2 faizdən 14,9 faiz miqdarında azalmışdır ki, bu da əgər
effektiv tədbir görülərsə Minilliyin inkişaf məqsədlərinə çatmağa imkan verər. [1]
1990 - 2007 - ci illər ərzində aclıqdan əziyyət çəkən insanların sayının azalma
ehtimalı gözlənildiyindən daha aşağı olmuşdur. Lakin 2007 - 2008 - ci illərdə aclı-
ğ
ın azalmama prosesinin tempi aşağı düşmüşdür. [1]
Müasir dünyanın texniki və iqtisadi göstəriciləri deməyə əsas verir ki, 100
milyondan artıq 5 yaşına qədər uşaqların çəkisinin qeyri-normal olması və bununla
öz insani və iqtisadi potensialını yerinə yetirmək iqtidarında olmaması və bu
xroniki aclığın nəticəsi olaraq ildə 2,5 milyon uşağın həyatını dəyişməsi
yolverilməzdir.
Bir az əvvəlki dünya maliyyə böhranının aradan qaldırılmasına imkan verə
biləcək dünya iqtisadiyyatının tarazlığı qeyri-stabildir. nsanların əsas hüququ olan
layiqli qidalanma hüququnun həyata keçirilməsi üçün əlavə tədbirlər həyata
keçiriməlidir. Dünyada aclıq və doymamazlıq kimi fəsadların aradan qaldırılması
üçün kifayət qədər bilik, təcrübə və vəsait mövcuddur. Kənd təsərrüfatı da daxil
olmaqla, sosial müdafıə sistemini tətbiq etməklə ümumi iqtisadi artıma əsaslanan
"ikili yanaşma" vacibdir. Yeni qiymətləndirməyə əsasən 2007 - ci ildən 2010 - cu
ilədək aclığın artması nəzərdə tutulduğundan bir qədər az olmuşdur. 2008 – 2009 -
60
cu illərin iqtisadi böhranı əksər inkişaf etmiş ölkələrdə, əvvəlcədən
proqnozlaşdırılmasına baxmayaraq iqtisadiyyatın surətlə aşağı düşməsinə səbəb
olmamışdır. Lakin daxili bazarda ərzaq məhsullarının qiymətlərinə bir qədər təsir
göstərmiş, bu isə əksər ölkələrin hökumətləri tərəfindən əhalinin qiymət artımından
ə
ziyyət çəkməməsi üçün iqtisadi təsir minimuma endirilmiş və müvafiq tədbirlər
görülmüşdür.
Bu gün aclıqdan əziyyət çəkənlər haqqında məlumatın verilməsinə hələ 1990 -
cı ildən başlanılmışdır. Yeni metodika üzrə hesablamada əhalinin əsaslandırılmış
sayı, lazım olan yaşayış kalorisinin qəbul edilməsi, təklif edilən ərzaq və s.
göstərilmişdir. Yeni hesablamada rasionun enerji tutumu nəzərə alınmaqla ərzağın
bölüşdürülməsi aparılmışdır.
Ə
KTT tərəfindən qida rasionunun qiymətləndirilməsi və ərzaq təhlükəsizliyi-
nin digər aspektləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır.
Ümumi nəzəriyyə sistemi müddəaları nöqteyi - nəzərindən ümummilli iqti-
sadiyyat sistem kimi bir sıra alt sistemlərdən ibarətdir. Aqro - ərzaq iqtisadiyyatı
bunlardan biridir, bura iki alt sistem daxildir: kənd təsərrüfatı məhsullarının
istehsalı (kənd təsərrüfatı) və emalı (qida və emal sənayesi). Öz fəaliyyət sfera-
sında o digər alt sistemlərlə (maliyyə, maşınqayırma, kimya, nəqliyyat, energetika)
inteqrasiya vasitəsilə onların elementlərinin (məhsullar və xidmətlər) bir hissəsi ilə
bağlıdır.
Aqro-ərzaq iqtisadiyyatının əsas məqsədi əhalinin, onun keyfiyyətinə və
strukturuna görə müxtəlif qruplarının tələbatına müvafiq olan təbii ərzaq məh-
sulları ilə təmin edilməsidir. qtisadiyyatın izah edilməsilə əlaqədar olaraq bu
proses yeni bazar münasibətləri əsasında həyata keçirilir.
Qeyd etmək lazımdır ki, istehsalın sürətli inkişafından irəli gələn planlı-
paylaşdırıcı sistemdən fərqli olaraq iqtisadi münasibətlərin tənzimləyicisi kimi
bazar istehsalçı-istehlakçı münasibətlərində istehlakçıların maraqları əhəmiyyətli
dərəcədə nəzərə alınır.
Bazar - ümummilli iqtisadiyyatda iqtisadi münasibətlərin formasıdır, onun
ə
sas fərqləndirici əlaməti məhsulların alınması və satışı məqsədilə məhsulların
61
(xidmətlərin) alıcıları ilə satıcılar arasındakı əlaqədir.
Ə
dəbiyyatda məlum bazar anlayışını ümumiləşdirərək, ona aşağıdakı tərifi
vermək olar: aqro - ərzaq bazarı - aqro - ərzaq iqtisadiyyatında iqtisadi münasi-
bətlərin formasıdır, bu formalar çərçivəsində tələbat, təklif əmtəə və xidmətlərə
qiymətlər formalaşdırır. Aqro - ərzaq bazarının əsas məhsulu xammal, yem və qida
məhsulları kimi kənd təsərrüfatı məhsullarının istehsalıdır.
Bazar münasibətlərinin tənzimləmə mexanizminə aşağıdakı məqamlar təsir
göstərir:
-
kənd təsərrüfatı məhsullarının və ərzağın orta qiymətlərinin, vəsait və əmək
xərclərinin formalaşmasını müəyyənləşdirən dəyər qanunu;
-
bazar subyektləri arasında mübadilənin effektliyini, pul və məhsul axınının
nisbətini müəyyənləşdirən tələbat və təklif qanunu;
-
konyunktura - tələbat və təklifin, qiymətlərin səviyyəsi, əmtəə ehtiyatları və
s. nisbətilə səciyyələnən bazarda iqtisadi vəziyyət;
-
rəqabət - ayrı-ayrı məhsul istehsalçıları və ya əmtəələrin (xidmətlərin)
təchizatçıları arasında satışın, kapitalın daha gəlirli bazar seqmentlərinə axını
vasitəsilə istehsal proseslərinin təbii nizamlanması mexanizmi. Daha əlverişli
şə
rait uğrunda iqtisadi rəqabət, nəticədə borcunu ödəyə bilməyən müəssisələri
müflisləşdirir və bankrota düçar edirlər.
Bazar münasibətlərinin tənzimlənməsinin effektliyinə aşağıdakı amillər neqa-
tiv təsir göstərə bilər:
• inhisar (monopoliya) - bir və ya bir sıra müəssisələr tərəfindən nəzarət edilən
bazar formasıdır; adətən, iri firmalar, şirkətlər və onların birlikləri öz əllərində
məhsulun satışını və istehsalını cəmləşdirirlər, bu da onlara inhisar qiymətlərini
müəyyənləşdirməyə və daha çox gəlir əldə etməyə imkan verir;
• kölgə iqtisadiyyatı - dövlət tərəfindən tənzimlənməyən məhsulların (kənd
təsərrüfatı məhsullarının, ərzağın, maddi-texniki ehtiyatların və s.) istehsalı,
paylaşdırılması və istehlakı.
ngilis iqtisadçısı A. Smit hesab edirdi ki, bazar iqtisadiyyatı bir sistem kimi
obyektiv inkişaf qanunlarına tab edir və təsərrüfatçılıq subyektlərinin müxtəlif
62
maraqlarının yüksək dərəcəli özünütənzimləmə və özününizamlanmaya qadirdir
("görünməyən əl" prinsipi). Bir çox iqtisadçılar bu konsepsiyanın tərəfdarıdır və o,
XX əsrin 30 - cu illərinədək üstünlük təşkil etmişdir. 20 - ci illərin sonlarından 30 -
cu illərin əvvəllərinədək dünya iqtisadiyyatını bürümüş tənəzzül iqtisadiyyatın
özününizamlama nəzəriyyəsini məhv etmişdir. Bu nəzəriyyəyə zidd olaraq bazar
iqtisadiyyatı təkcə "özünü tənzimləmirdi", əksinə, məhvedici meylləri daha da
gücləndirirdi.
XX əsrin 30-cu illərində C.M.Keynsin bazar mexanizminə dövlətin müdaxilə
etməsinin zəruriliyini və tələbatın tənzimlənməsində, investisiya proseslərində,
kredit siyasətinin həyata keçirilməsində və əhalinin məşğulluğunda əhəmiyyətini
ə
saslandıran nəzəriyyəsi yaranmışdır. Bu nəzəriyyənin praktiki olaraq həyata
keçirilməsi prosesində müxtəlif ölkələrdə iqtisadiyyatın dövlət tərəfindən
tənzimlənməsinin iki üsulu (mərkəzləşdirilmiş (qanunverici) - hamı üçün mütləq
və mərkəzləşdirilməmiş (vasitəli) - qiymətlərə, ticarət qaydalarına, gəlirlərin,
vergilərin və s. təsiri) yaranmışdır.
Bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi üsulları sabitdir, lakin
bazarda yaranan vəziyyətdən asılı olaraq dəyişə bilər. Bununla yanaşı, həyata
keçirilən tədbirlər aqro - ərzaq iqtisadiyyatının optimal inkişafını təmin etməlidir.
Real şəraitdə aqro-ərzaq iqtisadiyyatının optimallaşdırılması üzrə qərarlar qəbul
edən şəxslər bazar subyektləri arasında mövcud olan bütün əlaqələri izləyib və
həyata keçirmək iqtidarında deyillər. Buna görə də idarə edənlərin sayını artırmaq
lazımdır, bu da rasional deyil, ya da subyektlər arasında idarəedilən əlaqələrin
sayını azaltmaq mümkündür, bu da nəticədə idarəedilən sistemi xaosa gətirib
çıxaracaq (sırf liberal iqtisadiyyat). Ona görə də optimallaşdırma prosesində bir
tərəfdən bazar qanunlarının daha effektiv təsiri təmin edilməli, digər tərəfdən onun
inkişafına neqativ faktorların təsirini minimuma endirə biləcək əlaqələr seçilib
tənzimlənməlidir.
Aqro - ərzaq iqtisadiyyatının əsas dayağı kənd təsərrüfatıdır. Keçən əsrin 90-cı
illəri ərzində ÜDM - də onun payının aşağı düşməsinə, qida və emal sənayesi
sahələrində daha sürətli templərlə azalmasına baxmayaraq o, ölkə iqtisadiyyatının
63
ə
n iri sahəsi olaraq qalmışdır.
Kənd təsərrüfatı məhsullarının (xammalın) və ərzaq məhsullarının istehsalı çox
mürəkkəb sistemdir, onun vəziyyəti və inkişafı bir çox xarici və daxili xarakterli
faktorların kompleks təsirindən asılıdır. Hal-hazırda o, ölkə əhalisini yetərincə tam
dəyərli qida məhsulları ilə təmin edilməsi kimi öz əsas funksiyalarını istənilən
səviyyədə yerinə yetirmir. Bu məqsədə nail olunması birbaşa dövlətin aqrar
siyasətinin əsasını təşkil edir.
Dostları ilə paylaş: |