Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#2059
1   ...   17   18   19   20   21   22   23   24   25
 


79 

 

3.3. Dünyanın ərzaq təhlükəsizliyi  və onun möhkəmləndirilməsi 



yolları. 

 

Müasir dövrdə ərzaq təhlükəsizliyi qlobal səciyyə daşımaqla, müxtəlif sosial, 



iqtisadi,  siyasi,  texnoloji,  bioloji,  coğrafi,  tarixi,  etnik  və  həmçinin  mənəvi  kökə 

malik  olan  amillərin  təsiri  altında  formalaşır.  Bu  mənada,  onun  tam  və  hərtərəfli 

öyrənilməsi  bir  neçə  elm  sahəsinin  öhdəsinə  düşür.  Təhlillər  göstərir  ki,  nəzəri-

iqtisadi  baxımdan  ərzaq  təhlükəsizliyi  -  qida  məhsullarının  istehsalı,  daşınması, 

emalı, bölgüsü və istehlakını özündə əks etdirən münasibətlər sistemini əhatə edir. 

Bu problemin nəzəri həllində ərzağın həcmi ilə əhalinin sayı arasındakı nisbət, hər 

nəfər hesabı ilə qida məhsulları istehlakının orta norması, tərkibi, yeyinti məhsulu 

kimi qiymətləndirilməsi, yoxsulluq həddi, ərzaqla təmin olunma səviyyəsi və digər 

məsələlər müəyyən edilir. Bu əsas kriteriyalardan əlavə olaraq, ərzaq təhlükəsizliyi 

anlayışına  ərzaq  məhsullarının  kalorilik  səviyyəsi,  keyfiyyəti,  görünüşü  və  digər 

amillər də daxildir. Ərzaq probleminin bu cür sosial-iqtisadi təbiətə malik olması 

onu  göstərir  ki,  qeyd  olunan  məsələ  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının 

istehsalına  nisbətən  daha  geniş  məna  daşıyır.  Ümumiyyətlə,  ərzaq  probleminin 

qlobal  səviyyədə  həlli  –  müxtəlif  ölkələrin  qarşılaşdıqları  bir  çox  sosial-iqtisadi 

problemlər  ilə  bağlıdır.  Buraya  sənayeləşmə  və  urbanizasiya  proseslərinin 

güclənməsi,  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  istiqamətlərinin  təyinat  və 

ölçülərinin  dəyişməsi,  ekoloji  təmiz  ərzaq  məhsullarının  həcminin  azalması  və 

digər taleyüklü, həmçinin ciddi narahatlıq doğuran məsələləri aid etmək olar. Eyni 

zamanda,  qlobal  ərzaq  probleminin  yaranmasında  təbii  ehtiyatların  mövcudluğu, 

iqtisadi  inkişaf  səviyyəsi,  yığımın  artım  sürəti,  kənd  təsərrüfatının  texnika  ilə 

silahlanma  səviyyəsi,  qabaqcıl  istehsal  üsullarından  istifadə  edilməsi,  kənd 

ə

halisinin  məşğulluq  və  təhsil  səviyyəsi,  aqrar  -  ərzaq  kompleksində  dövlətin 



tənzimləyici rolu, demokratik idarəçilik formalarının mövcudluğu kimi bu və digər 

amillər həlledici rola malikdir. 




80 

 

Qloballaşan  dünyanın  müasir  vəziyyətinə  narahatlıq  gətirən  çoxsaylı  mənfi 



amillər  mövcuddur.  Məsələn,  qlobal  iqlim  dəyişikliyi,  ərzaq  ehtiyatlarının 

azalması, müxtəlif növ təhlükəli yoluxucu xəstəliklərin  meydana gəlməsi; ekoloji 

mühitin pisləşməsi  ilə  bağlı  ərzaq  məhsullarının keyfiyyətinin pisləşməsi,  onların 

qiymətinin  kəskin  artması  və  digərlərini  göstərmək  mümkündür.  Belə  bir 

vəziyyətdə hər bir ölkə bu məsələyə diqqətlə yanaşmalı və öz əhalisınin keyfiyyətli 

ə

rzaq məhsulları ilə təminatı məsələlərini həll etməlidir.  Statistik təhlillər göstərir 



ki,  bu  gün  dünya  üzrə  bütün  ərzağın  təxminən  1/3  hissəsi,  yer  kürəsi  əhalisinin 

75% - ni əhatə edən inkişaf etməkdə olan ölkələrdə istehsal edilir. Həmin ölkələrin 

dünya  ərzaq  ixracında  payı  32%  -  ə,  idxalında  payı  isə  26%  -  ə  bərabərdir. 

qtisadçılar  bu  ölkələrdə  ərzaq  istehlakının  aşağı  səviyyədə  olmasını,  onlarda 

mövcud  iqtisadi  inkişaf  və  adambaşına  gəlir  səviyyəsinin  yetərli  olmaması  ilə 

ə

laqələndirirlər.  Lakin,  iqtisadi  artım  səviyyəsi  yüksəldikcə,  həmin  ölkələrin 



beynəlxalq  ərzaq  bazarındakı  rolu  daha  da  artmağa  başlamışdır.  Bununla  yanaşı, 

iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələr  tərəfindən  həyata  keçirilən  milli  ərzaq 

siyasətinin  əsas  prioritetlərindən  birini  daha  çox  xarici  iqtisadi  maraqların  təmin 

olunması təşkil edir. [34] 

Qlobal səviyyədə ərzaq məhsullarının axın istiqamətlərini, onların məzmunu 

və dinamikasını xarakterizə edərkən, beynəlxalq ərzaq şirkətlərinin həlledici rolunu 

da  nəzərə  almaq  lazımdır.  Çünki,  emal  olunmuş  ərzağın  əsas  hissəsi,  dünya 

bazarına  çıxarılan  kənd  təsərrüfatı  məhsullarının  böyük  hissəsi  beynəlxalq  ərzaq 

ş

irkətləri  çərçivəsində  və  ya  onların  birbaşa  texnoloji,  maliyyə,  təşkilati  və  digər 



təsirlər  altında  istehsal  edilir.  Bu  qurumlar  müxtəlif  ölkələrdə  ərzaq  sistemlərinin 

səmərəli  və  məqsədyönlü  artımının  əsas  daşıyıcıları  və  stimullaşdırıcısı  olmaqla 

yanaşı, həm də virtual beynəlxalq bazar məkanının formalaşmasına da böyük təsir 

göstərirlər. 

Müşahidələr  göstərir  ki,  qloballaşma  şəraitində  ərzaq  problemi  təkcə  kənd 

təsərrüfatı  çərçivəsində  həll  olunan  məsələ  deyildir.  Aqrar  sahənin  ərzaq 

təminatında  payı,  ölkənin  texnoloji  baxımından  hansı  inkişaf  səviyyəsində  olma-

ğ

ından  çox  asılıdır.  Ərzaq  bazarının  vəziyyəti  isə  öz  növbəsində  aqrar  bölmənin 




81 

 

fəaliyyət  ahəngdarlığına,  mühüm  təsir  imkanlarına  malikdir.  Ərzaq  bazarının 



fəaliyyətini xarakterizə edən göstəricilər, xüsusən də qiymətlər, istehlak səbətinin 

dəyəri, fermerlərin gəlirləri kimi göstəricilər - aqrar - ərzaq kompleksinin müəyyən 

zaman  kəsiyində  hansı  prioritetlər  əsasında  həyata  keçirilməsindən  asılı  olaraq 

formalaşır. 

qtisadi  ədəbiyyatda  bəzən  ərzaq  təminatı  baxımından  aqrar  sahənin  inkişafı 

imkanlarından  danışarkən,  bir  çox  hallarda  istehlakçının  rolu  ikinci  plana  keçir. 

Zənnimizcə, aqrar sahə və ərzaq bazarı nəticə etibarı ilə, istehlakçı üçün işlədiyinə 

görə  belə  yanaşma  arzu  olunmazdır.  Əlbəttə,  müxtəlif  iqtisadi  -  texnoloji 

sistemlərdə  istehlakçıların  prioritet  kimi  qəbul  edilməsi  həmin  sistemlər  üçün 

xoşagəlməz  nəticələrə  də  səbəb  ola  bilər.  Ərzaq  bazarı  və  aqrar  bölmə  üçün  bu 

səciyyəvidir.  stehlakçının üstünlüyü ərzaq bazarında aparıcı olsa da, yeganə amil 

deyildir.  Məsələ  orasındadır  ki,  müasiri  olduğumuz  ən  sivil  səviyyədə  belə 

istehlakçı düşüncəsinin yedəyində getmək, onu qeyri-şərtsiz səmərəli hesab etmək 

zənnimizcə heç də məqsədəuyğun deyildir.  

Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  -  ərzaq  münasibətlərinin  tənzimlənməsi 

kifayət qədər çoxaspektli xarakter daşıyır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi 

aspektindən yanaşdıqda, bu münasibətlərin dövlət tənzimlənməsi ilk növbədə kənd 

təsərrüfatı  əmtəə  istehsalçılarına  dövlət  dəstəyinin  reallaşdırılması  ilə  xarakterizə 

edilir.  Bu  proses  inkişaf  etmiş  ölkələrin  təcrübəsində  özünü  daha  uğurla 

reallaşdırmaqdadır.  Məsələn,  Almaniya,  Kanada  və  Fransada  dövlət  büdcəsindən 

kənd  təsərrüfatı  məhsullarının  istehsalına  çəkilən  xərclər  təxminən  42  -  52% 

nisbətlərində dəyişir.  Skandinaviya  ölkələrində isə bu  göstərici  60  - 80%-ə qədər 

tərəddüd  edir.  Postsovet  respublikalarında  bütövlükdə  götürdükdə,  kənd 

təsərrüfatının  dövlət  tərəfindən  dəstəklənməsi  ilə  bağlı  sərf  edilən  məsrəflər 

bütövlükdə dövlət büdcəsinin təxminən 1,4% - ə qədərini təşkil edir. [34] 

Qeyd  etmək  lazımdır  ki,  Avropa  Birliyinə  daxil  olan  ölkələrdə  ərzaq 

təhlükəsizliyinin təmin edilməsi aspektindən kənd təsərrüfatı əmtəə istehsalçılarına 

göstərilən dövlət yardımları həm də dövlət tərəfindən məhsulların tədarükü sistemi 

ilə  də  kifayət  qədər  tamamlanır. (Tarixin  təcrübəsindən  göründüyü  kimi,  keçmiş 



82 

 

Sovet  ttifaqına  daxil  olan  ölkələrdə  mərkəzləşdirilmiş  iqtisadi  münasibətlər 



sisteminin  mühüm  tərkib  hissəsi  kimi  dövlət  tədarükü  sistemindən  kifayət  qədər 

geniş  şəkildə  istifadə  edilirdi  və  bütün  bunlar  ilk  növbədə  kənd  təsərrüfatı 

müəssisələrinin  məhsul  satışı  probleminin  effektiv  şəkildə  həllinə  xidmət  edirdi. 

Bundan əlavə, Qərbi Avropa ölkələrində də ərzaq məhsullarının idxal və ixracı ilə 

bağlı  proseslərin  tənzimlənməsi  həyata  keçirilir.  Eləcə  də,  əsas  növ  ərzaq 

məhsullarının  istehsalı  ilə  bağlı  kvotalar  müəyyənləşdirilir  və  təminatlı  qiymətlər 

tətbiq  edilir.  Eyni  zamanda,  ərzaq  məhsullarının  qiymətlərinin  sabitləşdirilməsi, 

eləcə də kənd təsərrüfatı məhsullarının emalı və reallaşdırılması sisteminin yenidən 

qurulması ilə bağlı tədbirlər subsidiyalaşdırılır. Təhlillər göstərir ki, inkişaf etmiş 

ölkələrdə infrastruktur sisteminə yardım göstərilməsinə istiqamətlənmiş tədbirlər - 

dövlət  yardımının  mühüm  tərkib  hissəsi  kimi  xarakterizə  edilir.  Bundan  əlavə, 

aqrar  münasibətlərin  dövlət  tənzimlənməsinin  sosial  aspektləri  də  kifayət  qədər 

geniş  şəkildə  təzahür  edir.  Belə  ki,  kənd  yerlərinin  inkişaf  etdirilməsi,  ətraf 

mühütün  qorunması,  eləcə  də  əmtəə  istehsalçılarının  gəlirlərinin  artırılması  və 

regionların  sosial  iqtisadi  inkşafı  dövlətin  sərəncamında  olan  məsələlərdən  biri 

hesab 


edilir. 

Fikrimizcə,  Azərbaycan  Respublikası  aqrar  sahəyə  dair  hüquqi-normativ  bazasını 

modernləşdirməklə, milli istehsal səviyyəsini həm keyfiyyətcə, həm də kəmiyyətcə 

yüksəldərək  dünya  bazarında  həmin  boşluğu  doldurmaq  imkanı  qazana  bilər. 

Müasir dünya artıq ekoloji təmiz ərzaq, kənd təsərrüfatı məhsullarının vacibliyini 

yəqin  etmişdir  və  belə  məhsulların  istehlakına  üstünlüyü  davamlı  olaraq 

artırmaqdadır.  Bu  baxımdan,  ölkəmizdə  də  milli  istehsal  beynəlxalq  standartların 

tələblərinə  uyğunlaşdırılaraq  qlobal  bazarın  bu  seqmentində  geniş  yer  ala  bilər. 

Hüquqi-normativ  bazanın  modernləşdirilməsi  həm  də  mövcud  xammal 

potensialından  daha  səmərəli  istifadəni  şərtləndirir  ki,  bu  da  öz  növbəsində  aqrar 

sahənin  ümumi  inkişafı  üçün  geniş  imkanlar  yaradır.  Qanunvericilik  bazasının 

inkişaf  etmiş  dünya  ölkələrinin  təcrübəsinə  uyğunlaşdırılması  kimi  məsələlər 

ölkəmizin ərzaq təhlükəsizliyi məsələsinin etibarlı həlli üçün də olduqca önəmlidir. 

[34] 



83 

 

Yuxarıda  vurğulandığı  kimi,  ərzaq  təhlükəsizliyinin  əsas  məqsədi  -  ölkə 



ə

halisini  kənd  təsərrüfatı  məhsulları,  xammal  və  ərzaqla  davamlı  olaraq  etibarlı 

təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün daxili istehlak bazarında həyat 

və  sağlamlıq  üçün  təhlükəsiz  ərzaq  məhsullarının  yetərincə  fiziki  mövcudluğu 

təmin  edilməlidir.  Əhali  isə  həmin  ərzağı  əldə  etmək  imkanına  malik  olmalıdır.  

Ə

rzaq  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  qısa  və  orta  müddətli  keçici 



tədbirlərin səmərəli tətbiqi də çox zəruridir. Bu isə fikrimizcə əsasən özəl sektorun 

və  sahibkarlığın  inkişafı  ilə  təmin  olunmalı  və  aşağıdakı  istiqamətləri  əhatə 

etməlidir: 

- ərzaq məhsulları istehsalçılarının, anoloji məhsulların idxalından müdafiəsi; 

- müəssisələr arasında qarşılıqlı borcların restruktrizasiyası; 

- istehlakçıların müdafiəsinin gücləndirilməsi; 

- ərzaq təhlükəsizliyi sahəsində müvafiq məlumat sisteminin yaradılması yolu 

ilə fövqəladə vəziyyətə hazırlıqla bağlı əlavə tədbirlərin həyata keçirilməsi və s. 

Fikrimizcə,  ərzaq  təhlükəsizliyi  sahəsində  uzunmüddətli  tədbirlərin  başlıca 

məqsədi  Azərbaycanın  kənd  təsərrüfatının  gəlirliyini  və  rəqabət  qabiliyyətinin 

artırılmasını,  eləcə  də  onun  beynəlxalq  iqtisadi  sistemə  inteqrasiya  olunmasını 

nəzərdə tutmalıdır. Ərzaq təhlükəsizliyi əsasən ölkədə kənd təsərrüfatının inkişafı 

və  ərzaq  istehsalı  vəziyyətinin  yaxşılaşdırılması  hesabına  təmin  edilməlidir. 

Məlumdur  ki,  hər  bir  ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  olunması  -  çoxsaylı 

təbii  -  texnogen,  texnoloji,  aqroekoloji,  sosial  -  iqtisadi,  siyasi  və  digər  risklərlə 

bağlıdır. Bu baxımdan, müasir şəraitdə aqrar sahənin mövcud potensialı keyfiyyətli 

və  ekoloji  təmiz  məhsul  sahəsində  məhsuldarlığın  yüksəldilməsinə,  əkinə  yararlı 

istifadəsiz torpaqların bərpasına, heyvandarlığın və onun yem bazasının inkişafına, 

lazımi  dövlət  dəstəyinin  göstərilməsinə,  kənddə  sosial  proqramların  həyata 

keçirilməsinə və digər anoloji tədbirlərin aparılmasına yönəldilməlidir. [34] 

Hazırda qloballaşan dünyanın ərzaq bazarında ekoloji təmiz, keyfiyyətli kənd 

təsərrüfatı  və  ərzaq  məhsullarına  ciddi  ehtiyac  duyulur.  Ümumiyyətlə,  ekoloji 

təmiz  kənd  təsərrüfatı  dedikdə,  təkcə  təbii  yolla  alınmış,  təmiz  məhsulların 

istehsalı başa düşülməməlidir. Bu zaman ətraf mühitin, torpağın münbitliyinin təbii 




84 

 

yolla  qorunması,  təbiətdəki  xeyirli  mikroorqanizmlərin,  flora  və  faunanın 



mühafizəsi  kimi  məsələlərin  də  diqqətdə  olması  çox  vacibdir.  Kimyəvi-sintetik 

maddələr  tətbiq  etmədən  bitkiçilik  məhsulları  istehsal  etmək,  yaxud  safqanlı 

heyvanlar  yetişdirməklə  yanaşı,  həm  də  insanların  təbiətə  ögey  münasibətinin 

dəyişməsi  də  mühümdür.  Bununla  yanaşı,  məhsulların  təhlükəsizliyinin 

təminatında  bütün  mərhələlər  istehsal,  saxlanılma,  nəql  olunma,  emal,  realizə  və 

idxal  əməliyyatları  üzrə  də  texniki  reqlamentin  tələblərinə  uyğun  tədbirlərin 

görülməsi vacibdir. 

Ekoloji təmiz məhsullar- tərkibində zərərli maddələrin miqdarı adi məhsullara 

nisbətən  dəfələrlə  az  olan,  normativlərə  uyğun  məhsullar  hesab  olunur.  Ekoloji 

təmiz məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı 

təmiz sahələrdən alınır. Təbii xammaldan minimal kənar qatqıların təsiri ilə alınan 

məhsulları  da  ekoloji  təmiz  hesab  etmək  olar.  Eko,  bio,  orqanik  terminləri  eyni 

prosesi ifadə edən müxtəlif anlayışlardır. Məsələn, Avropada qəbul edilmiş ekoloji 

(bioloji  və  ya  üzvi)  kənd  təsərrüfatı  dedikdə,  istehsal  standartları  əsasında  yetiş-

dirilmiş, yığılmış, emal edilmiş və qablaşdırılmış məhsullar nəzərdə tutulur.  ngi-

lislər  bunu  organic,  almanlar  və  fransızlar  bio,  hollandlar  isə  eco  adlandırırlar. 

Orqanik  məhsullar  dedikdə  -  Avropa  komissiyasının  bu  tipli  məhsullara  olan 

tələbləri  əsasında  sertifikatlaşdırılmış,  təbii  saxlama  müddətinə  malik,  geni 

modifikasiya  edilmiş  komponentlərin,  pestisidlərin,  mineral  gübrələrin, 

antibiotiklərin,  boy  hormonlarının,  müxtəlif  konservantların,  antioksidantların, 

aromatizatorların, stabilizatorların, rənglərin, tamvericilərin və süni mənşəyə malik 

digər  qatqıların  tamamilə  olmadığı  təbii,  ekoloji  təmiz  qida  məhsulları  başa 

düşülür. Malların ekoloji təmiz olması onların etiketlərinə vurulan nişanlar ilə qeyd 

edilir. Müşahidələr  göstərir  ki,  bu  gün  dünyada  ekoloji  təmiz  qida  məhsulları 

istehsalı  imkanları  baxımından  bir  sıra  ölkələr  daha  böyük  potensiala  malikdir. 

Ekoloji  təmiz  qida  məhsulları  istehsal  edən  təsərrüfatların  sayı  Avropa,  Asiya, 

Afrika  və  Latın  Amerikası  ölkələrində  böyük  sürətlə  artır.  Məsələn,  dünya  üzrə 

ekoloji təmiz qida məhsulları istehlakının 70 faizi isə Şimali Amerika və Avropa 

ölkələrinin payına düşür. 



85 

 

Qeyd etmək lazımdır ki, sağlamlığın təmin olunması üçün insanların istifadə 



etdiyi  ərzaq  məhsulları  standartlara  cavab  verməli  və  həyat  üçün  təhlükəsiz 

olmalıdır. Məsələn, " stehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan 

Respublikasının  Qanununa  görə  hər  bir  istehlakçı  istifadə  etdiyi  məhsulların 

keyfiyyət  tərkibi  haqqında  məlumat  almaq  hüququna  malikdir.  Lakin  təəssüflər 

olsun ki, ərzaq bazarında məhsulların keyfiyyət xüsusiyyətləri haqqında onlar tam 

lazımi  məlumat  verilmir.  Ekoloji  təmiz  ərzaq  məhsullarının  istehsalı  və  əhalinin 

onlarla  təmin  edilməsi  baxımindan  ölkəmizin  mövcud  imkanları  və  potensial 

ehtiyatları böyükdür. Onlardan daha səmərəli və məqsədyönlü istifadə edilməsi isə 

dövrümüzün tələbidir. Son illərdə bu istiqamətdə normativ-hüquqi baza yaradılmış, 

müəyyən  tədbirlər  görülməyə  başlanmışdır.  Məsələn,  ölkə  Prezidentinin  13  iyun 

2008  -  ci  il  tarixli  Sərəncamı  ilə  “Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilmişdir.  Bu  qanun  ölkəmizdə 

ə

halinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini 



təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və 

dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Eyni zamanda, bu qanunda nəzərdə 

tutulmuş  ekoloji  təmiz  kənd  təsərrüfatı,  ərzaq  məhsullarının  istehsal  qaydaları, 

ekoloji  təmiz  kənd  təsərrüfatında  istifadəsinə  icazə  verilən  təbii  və  qeyri-təbii 

vasitələrin siyahısı, bu subyektlərə verilən sənədin formasını və verilməsi qaydası 

nəzərdə  tutulmuş  ekoloji  müşahidə  və  sertifikatlaşdırma  qaydaları,  akkreditasiya 

orqanlarının funksiyaları, beynəlxalq standartların tələbləri nəzərə alınmaqla bu tip 

məhsulların  sertifikatlaşdırılması  qaydaları,  sertifikatların  nümunəvi  formaları, 

ekoloji  təmiz  kənd  təsərrüfatı,  ərzaq  məhsullarının  dövriyyəsi,  markalanması, 

saxlanması  və  daşınması  qaydalarının  müəyyən  edilərək  lazımi  tədbirlərin 

görülməsi  isə  ölkə  hökumətinə  tapşırılmışdır.  Digər  qanunvericilik  aktlarına  da 

onunla  bağlı  müəyyən  dəyişikliklər  edilmiş,  yaranan  problemlərin  aradan 

qaldırılması  yolları  aydın  şəkildə  göstərilmişdir.  Məsələn,  Azərbaycan 

Respublikasının  nzibati Xətalar Məcəlləsində qeyd olunduğu kimi, “ekoloji təmiz 

kənd  təsərrüfatının  tələblərinə  cavab  verməyən  kənd  təsərrüfatı  və  ərzaq 

məhsullarına,  ekoloji  təmiz  kənd  təsərrüfatı,  ərzaq  məhsullarının  milli  əmtəə 




86 

 

nişanının  vurulmasına,  ekoloji  təmiz  kənd  təsərrüfatı,  ərzaq  məhsullarının 



dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla 

istehsal  edilmiş  məhsullarla  qarışdırılmasına  və  spesifikliyinin  qorunmamasına, 

etiketi üzərində istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların 

törəmələrindən  istifadə  haqqında  məlumatlar  göstərilməyən  ekoloji  təmiz  kənd 

təsərrüfatı və ərzaq məhsullarının Azərbaycan Respublikasında satışa çıxarılmasına 

görə - fiziki şəxslər əlli manat, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi 

şə

xslər  iki  min  manat  miqdarında  cərimə  olunurlar”.  Yaxud,  hələ  1997  -  ci 



ildə qəbul edilmiş “Toxumçuluq haqqında” Qanunun “Toxumların idxalı və ixracı” 

adlanan  27  -  ci  maddəsində  qeyd  edilmişdir  ki,  “...gen  mühəndisliyi  əsasında 

alınmış  bitki  toxumlarının  (genetik  dəyişdirilmiş  və  ya  genetik  modifikasiya 

edilmiş  orqanizmlərin)  Azərbaycan  Respublikasına  idxalına  icazə  verilmir”. 

Göründüyü  kimi,  qanunvericiliklə  transgen  bitkilərdən  və  məhsullardan  istifadə 

qadağan olunur. Ümumdünya Ticarət Təşkilatına üzv olmaq niyyətimizlə əlaqədar 

bu  təşkilatın  tələbi  nəzərə  alınaraq  ölkəmizə  idxal  olunan  ərzaq  məhsullarının 

etiketi  üzərində  transgen  və  ya  genetik  modifikasiya  olunmuş  orqanizmlərdən 

(GMO) istifadə olunub olunmaması barədə məlumatlar olması tələb olunur. Lakin 

bugünkü  reallıq  ondan  ibarətdir  ki,  bu  tələb  tam  yerinə  yetirilmir.  Belə  ki,  uzun 

müddət keçməsinə baxmayaraq genetik modifikasiya olunmuş orqanizmləri aşkar 

etmək  üçün  müvafiq  laboratoriyalar  hələ  də  səmərəli  fəaliyyət  göstərmirlər. 

Bununla yanaşı, xarici ölkələrdən geni dəyişdirilmiş qarğıdalı, kartof və digər bitki 

sortlarının  toxumları  gətirilərək  əkilir  və  transgen  məhsullar  idxal  olunur. 

Fikrimizcə,  insan  sağlamlığını,  torpağın  münbitliyinin  yaxşılaşmasını,  ətraf 

mühitin mühafizəsini, bioloji müxtəlifliyin qorunmasını təmin edən və istehsalına 

tələbatın  getdikcə  artdığı  ekoloji  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  bu 

günümüzün  və  gələcəyimizin  tələbidir.  Bu  məsələnin  həllində  kənd  təsərrüfatı 

məhsulları  istehsalçılarının  üzərinə  böyük  məsuliyyət  düşür  və  hesab  edirik  ki, 

onlar  ətraf  mühitə  zərər  vurmadan  kənd  təsərrüfatı  istehsalını  artırmaq 

gücündədirlər, bu işdə onlara dövlət tərəfindən lazımi köməklik göstərilməlidir. Bu 

məsələ ilə bağlı biz aşağıdakı tədbirlərin də görülməsini təklif edirik: [34] 




87 

 

-  ekoloji  təmiz  məhsulların  istehsal  həcmini  artırmaq  üçün  kənd  təsərrüfatı 



məhsullarının  istehsalı  ilə  məşğul  olan  təsərrüfatlara,  ölkə  vətəndaşlarını  zərərsiz 

ə

rzaqla  təmin  etdiklərinə  görə,  dövlət  tərəfindən  xüsusi  güzəştlərin  edilməsi 



(məsələn, bir sıra Avropa ölkələrində (Almaniya, Hollandiya və s.) olduğu kimi); 

-  ekoloji  təmiz  məhsulların  emal  şəraitinin  yüksək  səviyyəli  sanitariya-

gigiyena qaydalarına uyğun olması, gigiyena standartlarının norma və tələblərinin 

yerinə yetirilməsi; 

-  buraxılan  məhsulun  ekoloji  standartlara  uyğunluğuna  nəzarət  üçün,  ərzaq 

məhsullarının  istehsalı  ilə  məşğul  olan  kənd  təsərrüfatı  qurumlarına  ekoloji 

sertifikatın təqdim edilməsi; 

- kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna olmaqla sintetik 

mineral  gübrələrdən,  pestisidlərdən,  boy  hormonlarından  (stimulyatorlardan), 

yeyinti  məhsulları  istehsalı  prosesində  istifadə  edilən  sintetik  qida  əlavələrindən, 

anbarların və mal - qaranın saxlandığı binaların dezinfeksiyasında ekoloji təhlükə 

mənbəyi yaradan kimyəvi vasitələrdən imtina edilməsi; 

-  ekoloji  təmiz  məhsulun  mənbəyi  kimi  sertifikatlaşdırılmış  toxumlardan  və 

ə

kin materiallarından ekoloji təmiz torpaqlarda istifadə olunması; 



-  ekoloji  təmiz  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  istehsalı  prosesində 

genetik  modifikasiya  olunmuş  orqanizmlər  və  onların  törəmələrindən  istifadə 

edilməsinə sərt qadağaların qoyulması; 

-  ekoloji  cəhətdən  təmiz  ərzaq  məhsullarının  sağlamlıq  üçün  zəruri  olduğu 

barədə  ictimaiyyət  içərisində  geniş  təbliğai  işlərinin  aparılması  və  əhalinin  bu 

sahədə savadsızlığının aradan qaldırılması;  

-  təhlükəsiz  və  ekoloji  təmiz  ərzaq  məhsullarının  yaradılması  istiqamətində 

sağlam  məhsullar  istehsalının  yeni  elmtutumlu  texnologiyasının  işlənib 

hazırlanması və bu yöndə aşağıdakılara xüsusi diqqətin göstərilməsi. Belə ki: 

a)  funksional  profilaktiki,  müalicəvi  ərzaq  məhsullarının  texnologiyasının 

işlənib hazırlanması; 

b) yüksək keyfiyyətli və ekoloji təhlükəsiz ərzaq xammalı istehsalının təmin 

olunması istiqamətində işlərin sürətləndirilməsi; 



88 

 

c) keyfiyyətli ərzaq xammalı və qida məhsullarının müasir saxlanılma və nəql 



olunma texnologiyasının formalaşdırılması; 

ç)  ekoloji  təhlükəsiz  ərzaq  məhsullarının,  qalıqsız  emal  texnologiyası  və 

keyfiyyətinə nəzarət metodlarının işlənməsi; 

d)  dövlət  səviyyəsində  ekoloji  təmiz  ərzaq  məhsullarından  ibarət  geniş 

istehsal - ticarət şəbəkəsinin fəaliyyətinin təmin edilməsi; 

e)  ekoloji  təmiz  ərzaq  məhsulları  üçün  yeni  və  mütərəqqi  qablaşdırma 

növlərinin hazırlanaraq tətbiq edilməsi; 

ə

) müasir avadanlıq və cihazları əldə etməklə (hazırlamaqla), həm yerli, həm 



də  ölkəmizə  idxal  olunan  ərzaq  məhsullarının  keyfiyyəti  və  təhlükəsizliyinin 

monitorinqinin  təmin  edilməsi,  bu  istiqamətdə  yüksək  ixtisaslı  mütəxəssislərin 

hazırlanması və s. [34] 

 Cari  yüzilliyin  birinci  yarısında  dünya  əhalisinin  sayının  çoxalaraq  təqribən 

9,0  milyard  nəfərə  çatacağı  təqdirdə  ərzaq  məhsullarına,  yemlərə  və  lifə  qlobal 

tələbat iki dəfə artacaq və kənd təsərrüfatı bitkiləri, yəqin ki daha yüksək dərəcədə 

bioenerji  və  digər  sənaye  məqsədləri  üçün  istifadə  ediləcək.  Beləliklə,  kənd 

təsərrüfatı məhsullarına yeni və ənənəvi tələbat onsuz da zəif olan kənd təsərrüfatı 

ehtiyatlarına  getdikcə  artan  təsirini  göstərir.  Bununla  bərabər,  kənd  təsərrüfatı 

sahəsi torpaq və su uğrunda sürətlə böyüyən şəhərlərlə rəqabət aparması ilə yanaşı, 

iqlim  dəyişikliyinə  adaptasiyası  və  onun  nəticələrinin  yumşalmasına  təsiri,  təbii 

ə

razilərin qorunması, təhlükə altında olan növlərin mühafizəsi kimi istiqamətlərdə 



fəaliyyət  göstərməli  olacaq.  Qeyd  olunanlara  əlavə  olaraq,  ETT-nin  təsiri 

nəticəsində dünyanın  bir  çox  regionlarında  kənd  yerlərində  yaşayan  əhalinin sayı 

tədricən azalacaq və buna görə də kənd təsərrüfatı ilə məşğul olanların sayında da 

ciddi  dəyişiklik  olacaqdır.  Bu  da  öz  növbəsində  insanların  az  torpaq  və  işçi 

qüvvəsindən  istifadə  etməklə  daha  çox  kənd  təsərrüfatı  məhsullarının  əldə 

olunması üçün yeni texnologiyalara olan təlabatı yüksəldəcək.  

Belə olan təqdirdə dövlət investisiyalarının prioritet sahələrini aşağıdakılar 

təşkil edəcəkdir:  

- kənd təsərrüfatında elmi tədqiqatlar və yeniliklər;  



89 

 

- irimiqyaslı infrastrukturun yaradılmasına, məsələn yollar, limanlar və elek-  



trik  stansiyalarının  tikintisinə,  kənd  təsərrüfatı  institutlarına  və  elmin  yayılması 

üzrə xidmətlərə qoyuluşlar;  

- təhsil (əsasən qadınların təhsil alması), sanitariya, təmiz su ilə təmin edilmə, 

səhiyyə və s. [34] 

Lakin, 2000 - ci ildə elmi tədqiqatlara və yeniliklərə dövlət investisiyalarının 

dünya həcmi cəmi 23 milyard ABŞ dolları təşkil etmişdir və qeyri - bərabər pay-

laşdırılmışdır. Kənd təsərrüfatına yönəldilmiş rəsmi yardım ( RY) 1980 - ci ildən 

2005 - ci ilədək real olaraq 58 faiz azalmışdır, həmin dövrdə 17 faiz  RY payı 3,8 

faizədək aşağı düşmüşdür. Hal - hazırda o, təxminən 5 faiz təşkil edir. [1] 

Kənd  təsərrüfatına  yönəldilmiş  29  milyard  ABŞ  dollarını  Hindistan  və  Çin 

kimi ən çox əhalisi olan iki ölkəyə istiqamətləndirilməsi ehtimal olunur. Region-

lara  gəldikdə,  Saxaradan  cənubda  olan  Afrikaya  təxminən  11  milyard,  Latın 

Amerikasına və Karib hövzəsinə - 20 milyard, Yaxın Şərq və Şimali Afrikaya - 10 

milyard, Cənubi Asiyaya - 20 milyard və Şərqi Asiyaya - 24 milyard ABŞ dolları 

investisiya cəlb etmək zəruridir. [1] 

Proqnozların  tərtib  edilməsində  əhalinin  bir  nəfərinə  düşən  yeni  investisiya-

ların  həcminin  regional  fərqlərinə  təsiri  də  nəzərə  alınmalıdır.  Əhalinin  sayının 

müxtəlif  artım  templərini  nəzərə  alaraq,  məsələn,  Latın  Amerikasında,  kənd 

təsərrüfatında  işçi  qüvvəsi  praktiki  olaraq  iki  dəfə  azalsa  da,  Saxaradan  cənubda 

olan Afrika ölkələrində bu göstəricilərin iki dəfə artması gözlənilir. Bu göstərir ki, 

2050-ci  ilə  Latın  Amerika  kəndlisinin  əsas  kapitalının  həcmi  onun  Saxaradan 

cənubda Afrikadakı həmkarından 28 dəfə artıq gözlənilir. [1] 

nkişaf edən ölkələrdə kənd təsərrüfatına birbaşa xarici investisiyalar investi-

siya boşluqlarını doldura biləcək. [1] 

Lakin yoxsul və ərzaqla təmin olunmamış ölkələrin torpaqlarını zəbt etmək 

məqsədilə belə investisiyalar üzrə artıq siyasi və iqtisadi gedişlərin edilməsi 

ehtimal olunur. Ona görə də belə sövdələşmələr elə həyata keçirilməlidir ki, 

investisiyaları qəbul edən ölkələrin əhalisinin bundan faydalanmasını maksimuma 

çatdırmaqla, onların ərzaq təhlükəsizliyinin səviyyəsini yüksəltməklə yoxsulluğun 



90 

 

səviyyəsi aşağı salınsın.  



Kənd  Təsərrüfatının  və  ərzaq  təhlükəsizliyinin  gələcəyi  iqlim  dəyişikliyi  ilə 

sıx  bağlıdır.  Gələcəkdə  iqlim  dəyişikliyi  ərzaq  təhlükəsizliyinə  ciddi  təsir 

göstərəcək.  

Xroniki  aclığın  səviyyəsi  yüksək  olan  yoxsul  ölkələr  iqlim  dəyişikliyi  pro-

seslərinə  daha  meyillidir.  nkişaf  etmiş  ölkələrin  əksəriyyəti  Afrikanın  ərzaq 

idxalından xeyli asılı ola bilər.  

Ə

KTT - nin məlumatına görə, iqlim dəyişikliyinin ərzaq istehsalına təsirinin 



az  olması  illərində,  xüsusən  2050  -  ci  ilədək  ərzaq  məhsullarının  paylaşdırılması 

ə

rzaq  təhlükəsizliyinə  ciddi  təsir  göstərəcək:  qlobal  istiləşmə  nəticəsində  inkişaf 



edən  ölkələrdə  kənd  təsərrüfatı  istehsalının  9  faizdən  21  faizə  enməsi  müşahidə 

ediləcək.  

Hazırda  iqlim  dəyişikliyi  proqnozlarına  görə  2050-ci  ilə  9,1  milyard  dünya 

ə

halisini doyurmaq məsələsinin həlli dünya kənd təsərrüfatının üzləşdiyi ən ciddi 



problemlər sırasına daxildir.  

Bununla  yanaşı,  ərzaq  təhlükəsizliyinə  müsbət  təsir  göstərə  biləcək  iqlim 

dəyişikliyinin  neqativ  nəticələrindən  müdafiə  vasitələri  mövcuddur.  Məsələn, 

aqromeşəmeliorasiyanın  köməyi  ilə  torpaqdan  karbon  qazının  çıxarılmasının, 

həmçinin  torpağın  becərilməsinin  və  deqradasiya  olunmuş  torpaqların  bərpa 

edilməsinin neqativ nəticələrlə mübarizədə böyük potensialı var.  

Tədqiqatçılar  belə  hesab  edir  ki,  iqlim  dəyişikliyi  temperaturun  yüksəlməsi, 

karbon qazının çoxalması, alaq otlarının artması, parazit və xəstəliklərin yayılması 

nəticəsində  onların  kənd  və  meşə  təsərrüfatına  təsiri  artır.  Qısamüddətli 

perspektivdə  quraqlıq,  anomal  istilik,  daşqınlar  və  güclü  qasırğalar  kimi  təbii 

fəlakətlərin çoxalması gözlənilir.  

Adaptasiya  prosesində  və  iqlim  dəyişikliyinin  neqativ  nəticələrinin  aradan 

qaldırılmasında kənd təsərrüfatının nəzərə çarpacaq rolu etiraf edilməlidir.  

qlim  dəyişikliyi  ərzaq  təhlükəsizliyinin  hər  dörd  tərkib  hissəsinə  (möv-

cudluq, mümkünlük, utilizasiya və sabitlik) təsir göstərəcək.  

Mövcudluğun  nəzəri  cəhətindən,  havada  karbon  qazının  yüksək  tərkibi  bəzi 




91 

 

bitkilərin  məhsuldarlığına  müsbət  təsir  göstərsə  də,  qida  maddələrinin  tərkibi 



artmaya da bilər.  

qlim  dəyişikliyi  dünyada  kənd  təsərrüfatı  istehsalının  qeyri-sabitliyini  güc-

ləndirəcək və təbii fəlakətlərin tezliyini artıracaq.  

Proqnozlara  görə  2050  -  ci  ilədək  temperaturun  yüksəlməsi  ərzaq  məhsul-

larının  qiymətlərinə  təsir  göstərərək  artacaq.  2050-ci  ildən  sonra  temperaturun 

gələcəkdə  ola  biləcək  yüksəlməsi  ilə  inkişaf  edən  ölkələrdə  kənd  təsərrüfatı 

istehsalının aşağı düşməsi və qiymətlərin yüksək sıçrayışı gözlənilir.  

Ehtimal  edilə  bilər  ki,  iqlim  dəyişikliyi  qida  məhsullarının  təhlükəsizliyinə 

təsir  göstərir,  çünki  o,  yoluxucu  xəstəlik  daşıyıcılarının,  təzyiqin  yüksəlməsinin, 

qida  və  su  mənşəli  xəstəliklərin  yayılmasına  şərait  yaradacaq.  Nəticədə  kənd 

təsərrüfatı  məhsuldarlığının,  eyni  zamanda  yoxsulluğun  və  ölüm  səviyyəsinin 

artmasına gətirib çıxaran əmək məhsuldarlığının xeyli aşağı düşməsi gözlənilir.  

Ehtimal edilir ki, bəzi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı və ərzaq məh-

sullarının istehsalı neqativ təsirlərə çox meyilli olacaq, xüsusilə də bu hal əhalinin 

aşağı gəlirli,  aclıq və yoxsulluğun yüksək səviyyəsində olan təbəqəsinin yaşadığı 

quraqlıq, daşqın və iqlim küləklərindən əziyyət çəkən ölkələrinə şamil edilə bilər.  

Bütün  bu  faktorlar  Afrikada  ərzaq  məhsullarının  idxalından  yüksək  asılılığa 

gətirib çıxara bilər. Qiymətləndirmələrə görə, iqlim dəyişikliyi Afrikada XXI əsrin 

sonlarına doğru kənd təsərrüfatı məhsullarının potensial istehsalını 15-30 faiz aşağı 

sala bilər.  

Tədqiqatçılar  belə  hesab  edir  ki,  iqlim  dəyişikliyi  səbəbindən  kənd 

təsərrüfatına güclü neqativ təsir daha çox Afrikada Saxaradan cənubda gözlənilir.  

qlim  dəyişikliyinə  adaptasiya  prosesi  güclü  maliyyə  qoyuluşu  da  tələb 

edəcəkdir,  lakin  bu  ərzaq  təhlükəsizliyinin  qorunması,  yoxsulluq  səviyyəsinin 

aşağı  düşməsi  və  ekosistemin  qorunması  üçün  zəruridir.  Ərzaq  təhlükəsizliyinin 

məqsədlərinə və eyni dərəcədə də enerji məqsədlərinə nail olunması üçün müasir 

kənd  təsərrüfatı  metodikalarına,  institutlarına  və  texnologiyalara  investisiyaların 

yatırılmasına ehtiyac var.  

Son  zamanlaradək  iqlim  dəyişikliyi  üzrə  müzakirələrdə  kənd  təsərrüfatı, 



92 

 

meşələrin  deqradasiyası  və  qırılmasının  qarşısının  alınması  üzrə  fəaliyyətlərə  aid 



olan  bəzi  hallar  istisna  olmaqla,  bu  məsələ  ikinci  dərəcəli  məsələ  kimi  qalırdı. 

Ə

KTT  torpaqdan  karbon  iki-oksidin  çıxarılması  kimi  bəzi  kənd  təsərrüfatı 



layihələrinin  maliyyələşdirilməsinin  mövcud  mexanizmlərindən  çıxarılmasının 

adını çəkir.  

Ə

KTT-nin yeni sənədinə uyğun olaraq, dünyanın artan əhalisini ərzaqla təmin 



etmək üçün zəruri olan kənd təsərrüfatı istehsalının lazımi səviyyəyədək artırılması 

tədqiqatlara  və  ixtiralara  dövlət  vəsaiti  qoyuluşlarının  yüksəldilməsini,  yeni 

texnologiyaların tətbiq edilməsini, o  cümlədən fermer təsərrüfatlarının metodolo-

giyasının aparılmasını və yeni kənd təsərrüfatı bitkiləri növlərinin alınmasını tələb 

edəcək.  

Proqnozlar  göstərir  ki,  ən  böyük  həcmdə  məhsullar  əkin  sahələrinin  artırıl-

ması  hesabına  deyil,  məhsuldarlığın  yüksəldilməsi  və  istifadə  edilən  əkin  sahə-

lərinin intensiv becərilməsi yolu ilə əldə ediləcək. Dünyada zəruri olan istehsalın 

artırılmasının 90 faizi məhsuldarlığın yüksəlməsi və intensiv becərilməsi hesabına, 

yalnız  10  faizi  isə  əkin  sahələrinin  genişləndirilməsi  hesabına  gözlənilir.  nkişaf 

edən  ölkələr  üçün  ƏKTT  bunu  80/20

  nisbətində  qiymətləndirir.  Lakin  aztorpaqlı 

ölkələrdə  praktiki  olaraq  bütün  artım  məhsuldarlığın  artırılması  hesabına  əldə 

edilməlidir.  

Məhsuldarlığın artırılması problemi iqlim dəyişikliyinin təsiri ilə özünü daha 

çox büruzə verir.  

Temperaturun  normadan  artıq  aşağı  düşməsi  ərzaq  məhsullarının  dünya 

istehsalı  potensialına  ciddi  təsir  göstərir  və  qarğıdalı  kimi  əsas  bitkilərin  məh-

suldarlığının kəskin azalmasına gətirib çıxarır. Temperaturun aşağı düşməsi daha 

çox cənub enliklərdə - Afrikada, Asiyada və Latın Amerikasında nəzərə çarpır və 

lazımi tədbirlər görülməzsə, məhsuldarlıq 20-40 faiz aşağı düşə bilər.  

Yeni texnologiyalar və onların tətbiq edilmə  metodlarının təkmilləşdirilməsi 

iqlim  dəyişikliyi  və  su  ehtiyatlarının  həcminin  aşağı  düşməsi  ilə  mübarizədə 

ə

həmiyyət kəsb edəcək.  



Məhsul  yığımından  sonra  məhsul  itkisinə  yol  verilməməsi  hesabına  kənd 


93 

 

təsərrüfatı  istehsalının  artırılması  innovasiyalar  tələb  edən  daha  bir  problemli 



sahədir.  

stehsalın artırılması üçün yeni fermer metodlarının və texnologiyalarının tət-

biq edilməsi üzrə bir sıra sahələr mövcuddur:  

Fermerlər  tərəfindən  kənd  təsərrüfatı  istehsalı  vasitələrinin  istifadəsinin 

effektliyinin  yaxşılaşdırılması.  Təbii  ehtiyatların  azalması,  təbii  yanacaq,  azot  və 

fosfor  kimi  ehtiyatlara  qiymətlərin  artması  zamanı  zərurət  yaranacaq.  Kənd 

təsərrüfatının  müdafiəsi  münasibətində  böyük  ümidlərin  bağlandığı  metodlardan 

biri  torpağın  sıfır  dərəcədə  işlənməsi  (torpaq  qatının  çevrilməməsi)  -  bu  metodu 

istifadə  edən  fermerlər  yanacağın  sərfini  təxminən  2/3  hissəsi  qədər  aşağı  salır, 

eyni zamanda torpağı karbon 4 - oksidindən təmizləyirlər.  

Bununla  yanaşı,  gübrələrdən  istifadəni  kənd  təsərrüfatında  azotun  istifadə 

miqyaslarının  artrılması  və  bioloji  -  bağlı  azotun  təchiz  olunma  miqyasının 

artırılması  yolu  ilə  daha  effektiv  istifadə  yolu  ilə  əldə  etmək  olar.  Su  daha  bir 

resursdur, o  üst axınların yığımı və torpaqda rütubətin saxlanılması metodikasının 

yardımı ilə effektiv istifadə edilməlidir.  

Kənd  təsərrüfatı  bitkilərinin  yeni  növlərinin  işlənib-hazırlanması.  Bitkilərin 

düzgün  becərilməsi  metodikası  yüksək  məhsuldarlıqlı  yeni  bitki  sortlarının 

becərilməsinə  gətirib  çıxara  bilər  ki,  bu  da  itkilərin  azalmasına  və  kənd  təsər-

rüfatını  iqlim  dəyişikliyinin  nəticələrinə,  su  resurslarının  çatışmazlığına  daha 

dayanıqlı etməyə yardım edər. Lakin ƏKTT sənədində ətraf mühitə və insan sağ-

lamlığına  mümkün  təsir  edə  biləcək  neqativ  təsirdən  qorumaq  məqsədilə  yeni 

texnologiyaların diqqətli təhlilinin vacibliyi qeyd edilmişdir.  

Kənd  təsərrüfatına  aid  elmi-tədqiqat  işlərinə  investisiyaların  artırılması.  Bu 

faktı nəzərə alsaq ki, elmi-tədqiqat işlərinə investisiya qoyuluşu kənd təsərrüfatına 

dəstəyin  ən  effektiv  üsuludur,  elmi-tədqiqat  işlərinə  böyük  məbləğdə  dövlət  və 

fərdi  kapital  qoyuluşları  vacibdir,  çünki  kənd  təsərrüfatında  müasir 

texnologiyalardan və metodlardan istifadə yüksək gəlir əldə etməyə imkan yaradır. 

Eyni  zamanda  iqlim  dəyişikliyi  və  su  ehtiyatlarının  sürətlə  azalması  kənd 

təsərrüfatında  tədqiqatlara  və  yeniliklərə  daha  böyük  həcmdə  investisiyaların 



94 

 

qoyuluşunu tələb edir.  



Bu gün bir çox fermerlər istehsal gücündən daha az ərzaq istehsal edir, çünki 

onlar  təkmilləşdirilmiş  toxumların  üstünlüyündən  və  hazırda  bitkilərin  mümkün 

olan  becərilməsi  metodikasından  istifadə  etmirlər.  Bu  hal  maliyyə  çatışmazlığı, 

məlumatların  məhdudluğu,  məlumatların  yayılması  üzrə  xidmətlərin  yetərincə 

inkişaf  etməməsi,  lazım  olan  texniki  səriştənin  əldə  edilməsi  üçün  imkanların 

yetərincə olmaması səbəbindən irəli gəlir.  

 

 

 



 

 

 



 

 



95 

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin