Təklif və nəticələr
1. Mövcud yararlı torpaqlardan, o cümlədən, əkinə yararlı torpaqlardan
səmərəli istifadə edilməsi, dünya ölkələrinin əhalisinin ərzaq təhlükəsizliyinin
təmin edilməsində milli iqtisadiyyatın rolunun daha da artırılması və beynəlxalq
bazardan asılılığının azaldılması;
2. Dünya ölkələrinin əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və daha
da yaxşılaşdırılması, habelə fövqəladə hallarda və təbii fəlakətlər zamanı ərzaq
təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə dövlət ehtiyatlarının yaradılması
zəruri hesab edilir;
3. Ərzaq təhlükəsizliyinin düzgün qiymətləndirilməsi üçün milli fizioloji
normanın işlənib hazırlanması və təsdiq edilməsi məqsədəuyğun sayılır;
4. Əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının artırılması, tam məşğulluğun
təmin edilməsi ərzaq təhlükəsizliyinin əsas amillərindəndir;
5. Təhlükəsiz, müxtəlif çeşidli, qidalı ərzağın qeyri-adekvat mövcudluğu və
ə
ldə edilməsinə imkan yaradılmalı, təmiz su, sanitariya və səhiyyə xidmətlərinə
çıxışın çatışmazlığının qarşısının alınması, uşaqların və böyüklərin düzgün
qidalandırılması, eləcə də düzgün qidalanma seçimlərinin müəyyən edilməsinə
köməklik göstərilməsi;
6. Vahid dünya təsərrüfatı sisteminin tələbatını nəzərə alaraq, qlobal
beynəlxalq miqyasda və ayrı-ayrı region və ölkələr üzrə istehsal münasibətlərinin
planauyğun təşkili və tənzimləmə mexanizminin tətbiqi təbii ehtiyatlardan səmərəli
istifadə edilməsinin və ərzaq təhlükəsizliyi probleminin həlli üçün zəruri
vasitələrdən biri sayılır. Biz dünya əhalisinin 1/5 hissəsinin ərzaq qıtlığı şəraitində
yaşadığı və aclıq çəkdiyi, əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir
şə
raitdə, kortəbii rəqabət prinsipinə əsaslanan istehsal üsulundan imtina edilməsini
və bu sahədə tədqiqat aparan iqtisadçıların fikir və rəylərini məqsədəuyğun sayırıq.
Planauyğun və tənzimlənən istehsal münasibətlərini ərzaq təhlükəsizliyi üzrə
qlobal problemin həllinin əsas şərti hesab etmək olar;
7. Əsas ərzaq növü olan taxılçılığın əkin sahəsinin azalması məsələsinin ön
plana çəkilməsi, torpağın böyük bir qismi əkin dövriyyəsindən çıxarılaraq sənaye
96
məqsədlərinə, infrastrukturanın inkişafına cəlb edilməsi, 60-80-ci illərdə kənd
təsərrüfatının intensiv inkişafının nəticəsi olaraq torpaqların eroziyasının artması
nəticəsində bir çox ərazilərdə yeni meşə zolaqlarının salınması və çəmənliklər
yaradılması zərurətinin meydana çıxması, dünya üzrə əhalinin sayının artması
şə
hərlərin, qəsəbələrin, bağ təsərrüfatlarının, müvafiq infrastrukturanın
genişlənməsini tələb etməsi nəticəsində meydana gəlmişdir;
8. Ətraf mühitin çirklənməsi problemi də kənd təsərrüfatına, ərzaq təminatına
böyük zərər vurur. Bir çox tullantıların, qaz və digər maddələrin ətraf mühitə
atılması iqlimin istiləşməsi səbəblərindən biri olmuşdur. qlimin gələcəkdə də
istiləşməsi, buzlaqların əriməsi Dünya okeanının 6-7 metr qalxmasına səbəb ola
bilər ki, bu da yüzlərlə şəhər və kəndlərin, torpaqların su altında qalması deməkdir;
9. Biçənəklərdə, çəmənliklərdə mal-qaranın otarılması heyvandarlıq məhsul-
larının artmasına zəmin yaradır. Lakin nəzərə almaq lazımdır ki, bunun da
müəyyən həddi olmalıdır. Mal-qaranın və qoyunların sayının çoxalması həmin
çətinliklərin üst qatının korlanmasına səbəb olur. Bu isə öz növbəsində gələcəkdə
mal əti və qoyun ətinin artırılması ehtimalını azaldır;
10. Dünya əhalisinin 1.4 milyard nəfəri, o cümlədən 43 milyon uşaq artıq
çəkidən əziyyət çəkir. Bunların üçdə biri piylənməyə düçar olmuş və ürək-damar
xəstəlikləri, şəkərli diabet və digər sağlamlıq problemləri ilə üzləşməkdədir.
Hesablamalara görə kifayət qədər qidalanmamanın əmək məhsuldarlığının aşağı
düşməsi və birbaşa səhiyyə xərcləri baxımından dünya iqtisadiyyatına vurduğu
zərər nə az, nə çox qlobal gəlirin 5 faizi həcmində ölçülür. Dünya üzrə kifayət
qədər qidalanmamanın kökünün tam kəsilməsi çətin məsələdir, lakin qoyulacaq
investisiya özünü yüksək səviyyədə doğrultmaq gücündədir. Məsələn, ƏKTT-nin
hesablamalarına görə əgər dünya cəmiyyəti mikro qida çatışmazlığının
azaldılmasına beş il müddətinə 1.2 milyard ABŞ dolları həcmində investisiya
qoyarsa, bunun nəticəsi daha yaxşı sağlamlıq, uşaq ölümü səviyyəsinin azalması və
gələcək üçün yüksək mənfəət olacaqdır.
|