Mənsur Sərvət Nizami əsərlərində hikmət xəzinəsi Mənim üçün bu mövzuya girişib baş vurmaq çox maraqlı idi. Çünki, insanı daima
eşq, əxlaq, nəsihət, hikmət və ağıl gözəlliyə aparmışdır. Hətta, əgər insan bunların hər
hansı birinə əməl etməsə belə, yenə onları eşitməkdən ləzzət almalıdır. Mən bunları
həkim şair Nizaminin dilindən eşidəndən sonra belə fikrə gəldim ki, bundan böyük
mükafat ola bilməz. Buna görə də mən iki fikrə gəldim:
Əvvələn özümdən soruşdum ki, nə üçün Nizamiyə «həkim» demişlər?
Əsərlərini oxuduqda anladım ki, bütün dastan yazan şairlərdən o, yeni eşq, fəlsəfi
fikir, ağılın gücü və hikmətinə görə bu ləqəbi almışdır.
İkincisi odur ki, Nizami fars ədəbi dilində o qədər gözəl yazmışdır ki, onu dərk
etməmək mümkün deyil. Çünki, onun çox asan şivəsi və rəvan, anlaşıqlı, cazibədar dili
vardır. Bu da onu böyük və qüdrətli şairlər Sədi, Hafiz, Mövlana, Firdovsi, Xəyyam və
başqalarından fərqləndirmişdir. Maraqlı burasıdır ki, indiyə qədər Nizami yazdıqlarının
heç birinə düzəliş verib dəyişmək mümkün olmamışdır. Nizami dünyanın qədim xalqları
fars və yunanlardan söhbət açaraq onların həyat tərzi ilə oxucularını tanış etmişdir.
Şairin xəmsəsindəki beş əsər vasitəsi ilə oxucu xeyli məlumat toplayır. Diqqəti çəkən
odur ki, heç bir şair indiyə qədər ona tənqidlə yanaşa bilmir, ona irad tuta bilmir. Bu
günə kimi bütün yazıçı, ədəbiyyatçı və şərqşünaslar Nizamidən ağızdolusu danışmış,
ondan bəhrələnmiş və ona minnətdarlıq hissi ilə yanaşmışdır.