Nizaminin məsləyi Nizaminin müsəlman olması və sünni məsləkliyi aydın görünür. Nizaminin allaha,
qurana, Məhəmməd Peyğəmbərə inamı bütün əsərlərində tərənnüm edilmişdir. Amma
bəzi alimlər o cümlədən Dövlətşah Səmərqəndi onu Sufi təriqətinə inamını təsdiq edir.
Ehtimal edilir ki, Nizami «əxi» qardaşları cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur.
Lakin Nizami əsərlərində bunlar çox cüzi bir şey təşkil edir. Şairin dünyəvi olduğu onun
92
yazdığı real hadisələrlə ölçülür. Nizamidə guşəneşinlik olmayıb, ona görə elə onu sırf
sufi adlandırmaq da doğru olmaz. Bu üzdəndir ki, Nizamiyə «Arif», «Həkim» deyilmiş,
nəinki Sufi.