91
adlı qardaşı olmuş ki, o da həmin dövrdə Qivami Mütrəzi təxəllüsü ilə yazmış
şairlərdəndir. Elə Nizaminin Mütərzi ləqəbi götürməsi də bununla əlaqələndirilir. Lakin
mərhum V. Dəstgerdi bunu rədd edir.
Nizami üç dəfə evlənsə də, onun ancaq bir Məhəmməd adlı oğlu
var idi ki, ona
nəsihəti bunu sübut edir. «Sirlər xəzinəsi» əsərindən başqa qalan dastanlarında
Məhəmmədin 7,14,20 yaşında olduğu vaxt şeirlər yazıb ona vəsf etmişdir. Nizaminin
«Xosrov və Şirin», «Leyli və Məcnun» və «İqbalnamə» yazarkən qadınları ömürlərini
qeyb etmişlər.
Nizaminin döğum tarixi ayrı-ayrı ədəbiyyatşünas və şərqşünaslar tərəfindən
müxtəlif illərlə göstərilir. Şairin təvəllüd tarixini Ripka və Bertels 535, Şəbli, Moin və
Vəhid 533, Nəfisi 540 qəbul edir. Müxtəlif məcmuələrdə 533 lə 544 arasında verilir.
Sovetlər məzar daşında 535 tarixini həkk etmişlər. Ölüm tarixində də biz 576-614
arasında qalırıq. Sovetlər həmin qəbir daşında 599 yazmışlar.
Doğulduğu
yer Gəncədir, vəfat etdiyi yer də oradır. Gəncədən kənara demək olar
ki, çıxmamışdır. Nizaminin daimi iqamətgahı elə Gəncədir.
Bir dəfə Qızıl Arslanın xahişi ilə o, qısa səfərə çıxmışdır. O da «Xosrov və Şirin»
dastanını Məhəmməd Cahan Pəhləvana həsr etdiyindən padşahın
da əcəl ölümü buna
imkan vermədiyi üçün onun qardaşı ilə görüşür. Bu görüşü Qızıl Arslanla Nizami
əsərində qeyd edir.
Nizami Gəncədə doğulub boya-başa çatsa da, onun hərdən ata yurdu İraq
düşündürmüş və bu barədə «Sirlər xəzinəsi» dastanında qeyd etmişdir.
Dostları ilə paylaş: