107
Məhəmmədə verdiyi 7 yaşındakı nəsihət, 14 yaşındakı öyüdündən fərqlənir. Çünki, o,
hər yaş xüsusiyyətinin özünə görə nəsihəti olduğunu dərk etmişdir.
Nizamiyə görə valideyn nə qədər elmli, bilikli, savadlı adam olsa da onun övladına
verdiyi nəsihətin hesabına qiymətini almalıdır. Övlad da öz növbəsində valideynin adını
yüksəltməlidir. Əsərlərində övlad-valideyn münasibətləri mühüm yer tutan şairin əxlaq
tərbiyəsi önəmli olaraq qalır. Bu üzdən də Nizami övlad tərbiyəsinin əsasını belə təsvir
edir:
Allahdan qorxma, xalqla ədəblə davranma, özünü tanıma, elm əxz etmə, dost
seçiminə diqqət və həmsöhbət, ayıq olmaq, dünya işlərinə maraq, dünyanı dərk etmə,
nikbinlik, peşə seçimi və mərifət, ağılla yaşayıb seçdiyin peşəni sevmək.
Uşaq elə bilər ki, onun atasından güclüsü yoxdur. Böyüyəndə də bunu desə, onda
həqiqətən atasını kəsb etmişdir.
Nizami insan yüksəlişini var-dövlət, zorda görmür, ancaq elmdə təsəvvür edir.
Buna görə də Nizami öz dastanlarında Qeys, Bəhram, Xosrov və İskəndəri ağıl və
elmlə məşğul olmağa çağırır. Lakin zamanında müsəlmanların hamısı mənzilində
bundan istifadə edə bilməmişlər. Demək, bir Nizaminin təsiri bütün Yaxın və Orta
Şərqə, Avropaya yayılaraq qiymətləndirilmişdir. Nizami tərbiyəni təlimlə bir yerdə zikr
etmişdir. Elmsiz adamı alaq otuna bənzətmişdir. Özünün hərtərəfli elm alması, yazılarını
cilalamış, şeriyyatına xüsusi yaraşıq vermişdir.
Dostları ilə paylaş: