106
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı ulu cahanı. (71-245)
Şirinin Xosrova, Fərhadın Şirinə, Leylinin Məcnuna
və Məcnunun Leyliyə eşqi
pak, saf, təmiz və ülvi hisslərlə dolu eşqi hamıya şamil olmalıdır. Eşq də əxlaqın
içərisindədir. Eşq ilə yaşayanların həyatı uzun, özləri sağlam, mənəviyyatları pak olur.
Eşq elə bir sonsuzluqdur ki, ta insan özünü tanıyıb dərk edənə qədər danışılıb, hələ
də davam edir, nə qədər dünya şairləri eşq və məhəbbətdən yazmışlarsa da,
yenə bitmək,
tükənmək bilmir. Eşq və aşıq Nizami əsərlərində çox canlı bir şəkildə ifadə olunmuşdur.
Nizami eşqdən böyük ruh yüksəkliyi ilə yazsa da, onu əxlaqın
tərkib hissəsi kimi
görmüşdür. Elə əxlaqsız adamdan pak eşq gözləməyin özü də cahillikdir.
Şeyx və həkimin qayəsi doğru-dürüstlükdür. Özü də etiraf edir ki,
Nizami ancaq
düzlükdən ucalmışdır. Eşqə gəldikdə isə insanlar ona giriftar ola biləndən sonra başa
düşə bilərlər. Şairə görə eşqsiz insan quru bir ağacdır. Onun
yenidən göyərməsi mümkün
deyil. Nizami bu sözləri ancaq şeir, ədəbiyyat xatirinə deməmiş, öz qadını Afaqı ülvi bir
məhəbbətlə sevdiyini etiraf etmişdir.
Dostları ilə paylaş: