Nizaminin etiqadı Çox nadir şair, yazıçı hətta mütəfəkkir filosof ola bilər ki, səhv etməmiş olsun. Belə
böyük işləri görən Nizami də istisna deyil. Belədirsə onda aşağıdakıları nəzərə almaq
lazımdır:
1.
Nizami bütün tarixi faktları tam olduğu kimi verməmişdir. Bu, onunla əlaqədardır
ki, şair onu öz təxəyyülü ilə açıqlamışdır. İskəndər, Azərbaycana gəlməmişdir. Şair isə
onu Nüşabə ilə qarşılaşdırır.
2.
İslamda olan bəzi dini ayinlər Xristianlıqda yoxdur. Ancaq Nizami İskəndərin
müsəlman qaydalarına əməl etməsini göstərir. Halbuki, İskəndərə bu iş yaddır. Məsələn,
kənizin İskəndərin əlinə su tökməsi ki, o, əlini yusun. Məsihidə (xristianlıqda) belə adət
yoxdur.
3.
Nizamidə həyatla din arasında bəzi anlaşılmazlıqlar mövcuddur.
4.
Nizami xürafata etiqat etməsə də bəzi hekayələrində bu hal görünməkdədir.
5.
etməsə, əsəri bitirməməsindən qorxmuşdur. Ancaq cəsarətlə demək lazımdır ki, Nizami
əsərləri sözün əsl və həqiqi mənasında daim bəşəriyyəti düşündürən hikmət və əxlaq
dəryasıdır. Hər kəsin bundan faydalanması vacibdir.