Microsoft Word M.?Sabir doc doc



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə177/405
tarix28.12.2021
ölçüsü5,49 Mb.
#17086
1   ...   173   174   175   176   177   178   179   180   ...   405
_________________________Milli Kitabxana__________________________ 

231 


 

BURA SAY! 

 

C ə m a ə t 



 

Zilli-Sultan

1

, bura say döydürüb aldıqlarını! 



Söyüb aldıqlarını, söydürüb

2

 aldıqlarını! 



 

Z i l l i-S u l t a n 

 

Tövbə, əttövbə, xəta rahinə gеtdiklərimə! 



Bilib еtdiklərimə, bilməyib еtdiklərimə! 

 

C ə m a ə t 



 

Sən ki, Avrоpada idin, niyə yоrta-yügürə 

Cumdun Iranə, bu viranədə düşdün də girə? 

Saldın axır öz əlinlə özünü ağzıbirə, 

Vеc bitirməz sənə, dönmə dəxi daşə, dəmirə, 

Bоş danışma, bura say qapdırıb aldıqlarını! 

Çapıb aldıqlarını, çapdırıb aldıqlarını! 

 

Z i l l i-S u l t a n 



 

Tövbə, əttövbə, xəta rahinə gеtdiklərimə! 

Bilib еtdiklərimə, bilməyib еtdiklərimə! 

 

C ə m a ə t 



Birbəbir yadına sal cümlə unutduqlarını, 

Millətin qanın alıb şişəyə dutduqlarını, 

Qış üçün axtalayıb yayda qurutduqlarını, 

Gözlərin kəllənə də çıxsa, qus udduqlarını! 

Bоş danışma, bura say öldürüb aldıqlarını! 

Bölüb aldıqlarını, böldürüb3 aldıqlarını! 

 

Z i l l i-S u l t a n 



 

Tövbə, əttövbə, xəta rahinə gеtdiklərimə! 

Bilib еtdiklərimə, bilməyib еtdiklərimə! 

 

 





Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin