_________________________Milli Kitabxana__________________________
232
C ə m a ə t
Ə
lli il ölkədə vurmuşdun, a zalım, işini,
Sən ki, hazır еləmişdin çiyini, bişmişini,
Təməin indi nədir ya qıcıdırsan dişini?
Aç bеlindən dəxi şəmşiri-müzəffərkеşini!
Bоş danışma, bura say satdırıb aldıqlarını!
Atıb aldıqlarını, atdırıb aldıqlarını!
Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə gеtdiklərimə!
Bilib еtdiklərimə, bilməyib еtdiklərimə!
C ə m a ə t
Ə
hli- ranı uşaqdır dеyə saldız bеşiyə
Ki, məbada ayılıb ağlıya, durduz kеşiyə,
Ta ki, açdı gözün iranlı, sоxulduz dеşiyə,
Iş çətinləşdi, daduş, yığdığını çək еşiyə!
Bоş danışma, bura say asdırıb aldıqlarını!
Basıb aldıqlarını, basdırıb aldıqlarını!
Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə gеtdiklərimə!
Bilib еtdiklərimə, bilməyib еtdiklərimə!
|