323
məlidir.
Ə
qdin məzmunu iyerarxiya prinsipi üzərində qurulan mülki qanunvericilik sisteminə daxil olan bütün normativ
aktların müəyyənləşdirdiyi tələblərə cavab verməlidir. Söhbət Konstitusiyadan, Mülki Məcəllədən, ölkə qanunla-
rından, qanunqüvvəli normativ aktlardan — prezident fərmanlarından və hökumət qərarlarından, habelə mərkəzi
icra hakimiyyəti orqanlarının normativ aktlarından gedir.
Ə
qdin məzmununun qanuniliyi onun hüququn həm ümumi prinsiplərinə, həm də mülki hüququn xüsusi (sa-
həvi) prinsiplərinə uyğun gəlməsini də tələb edir. Əgər müvafiq əqd öz məzmununa görə bu prinsiplərə, həmçi-
nin mülki qanunvericilik aktlarına zidd olarsa, o, hüquqi nəticə doğurmur. Məsələn, sığorta təşkilatının bağladı-
ğ
ı bank əqdləri (bank əmanəti, bank hesabı, kredit və s. müqavilələr), ticarət fəaliyyətinə aid əqdlər hüquqi
nəticəyə səbəb ola bilməz. Çünki qanun sığorta təşkilatının bank və ticarət fəaliyyəti ilə məşğul olmasını qada-
ğ
an edir.
Dostları ilə paylaş: