Preklyuziv müddətlər dedikdə, öz subyektiv hüquqlarını həyata keçirmədiyi və ya lazımınja həyata keçir-
mədiyi halda bu hüquqların xitam olunması hədəsi altında səlahiyyətli şəxsə ciddi olaraq verilən elə müəyyən
vaxt başa düşülür ki, bu vaxt həmin şəxsə subyektiv hüquqları həyata keçirməyə imkan verir. Bunlar mülki hü-
quqların həyata keçirilməsinin xüsusi kateqoriya müddətləri hesab olunur. Onlara mülki hüquq elmində xəbər-
daredici müddətlər və ya subyektiv hüquqların ləğv edilməsi müddətləri də deyilir.
Hüquq ədəbiyyatı səhifələrində biz bəzi müəlliflərin subyektiv hüquqların mövcud olma müddətlərini prekl-
yuziv müddətlərlə eyniləşdirməsinin şahidi oluruq. Bu cür mövqe, zənn edirik ki, həqiqətdən uzaqdır. Həmin
müddət növləri, hər şeydən əvvəl, öz təyinatlarına görə bir-birindən fərqlənir. Yuxarıda qeyd etdiyimiz kimi,
subyektiv hüquqların mövcud olma müddətlərinin əsas təyinatı öz hüquqlarını həyata keçirmək üçün səlahiy-
yətli şəxsi vaxt imkanı ilə təmin etməkdən ibarətdir. Preklyuziv müddətlərin təyinatı isə subyektiv mülki hü-
quqlar həyata keçirilmədiyi halda və ya lazımınja həyata keçirilmədiyi halda, bu hüquqları vaxtından əvvəl xi-
tam etməkdən ibarətdir. kinci tərəfdən, preklyuziv müddətlərin pozulması və onlara əməl edilməməsi səlahiy-
yətli şəxsin malik olduğu subyektiv hüquqlara xitam verilməsinə səbəb olur. Belə ki, həmin müddətin ötürülmə-
si subyektiv hüququn xitam olunması üçün əsas olur və bu hüququ həyata keçirmək mümkün olmur. Subyektiv
mülki hüquqların mövcud olma müddətinin ötürülməsi isə həmin hüquqların ləğv olunmasına və itirilməsinə
səbəb olmur.
Preklyuziv müddətlər subyektiv hüquqlar həyata keçirilmədiyi və ya lazımınja həyata keçirilmədiyi halda bu
hüquqların itirilməsi hədəsi ilə bağlıdır. Subyektiv hüquqların mövcud olma müddətləri isə bu cür hədə ilə əla-
qədar deyildir.
Bununla belə, preklyuziv müddət, bir qayda olaraq, eyni zamanda subyektiv hüquqların mövcud olma müd-
dəti deməkdir, bir şərtlə ki, həmin müddət ərzində subyektiv hüquq həyata keçirilsin.
Preklyuziv müddətlərin dairəsi bir o qədər də geniş deyildir. Mülki qanunvericilik onların bəzi hallarını nə-
zərdə tutur. Məsələn, miras vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay müddətin-
də qəbul edilə bilər (MM-in 1246-cı maddəsi). Əgər vərəsə həmin müddəti ötürərsə, mirası qəbul etmək hüqu-
qunu həyata keçirməzsə, onda o, bu hüququ itirir. Digər bir misalda zaminlik münasibəti üzrə bir il müddətində
kreditor zaminə qarşı iddia irəli sürə bilər (MM-in 477-ci maddəsinin 4-cü bəndi). Bu müddət ərzində kreditor
zaminə qarşı iddia irəli sürməzsə, onun bu hüququna xitam verilir. Deməli, bu da preklyuziv müddətdir.
Preklyuziv müddətlər, mahiyyətjə, subyektiv hüquqların həyata keçirilməməsi və ya lazımınja həyata keçiril-
məməsi üçün müəyyənləşdirilən sanksiyadır. Bu sanksiyaya görə səlahiyyətli şəxs öz subyektiv mülki hüququ-
nu vaxtından əvvəl itirir.
Dostları ilə paylaş: |