ddia müddətinin bərpası dedikdə, məhkəmənin elə bir hərəkəti başa düşülür ki, bu hərəkət nəticəsində id-
dia müddətinin ötürülməsi səbəbi üzrlü sayılır və fiziki şəxsin pozulmuş hüququ müdafiə edilir. Belə halda mü-
bahisəyə baxan məhkəmə ötürülmüş iddia müddətini bərpa edir. ddia müddətini bərpa etmək, əgər bunun üçün
zəruri şərtlər mövcud olarsa, məhkəmənin vəzifəsidir. Belə ki, mülki qanunvericilikdə məhkəmənin ötürülmüş
iddia müddətini bərpa edib, pozulmuş hüququ müdafiə etməyə borclu olması barədə birbaşa konkret göstəriş
nəzərdə tutulmuşdur (MM-in 382-ci maddəsi). Özü də məhkəmənin vəzifəsidir ki, müddətin bərpa edilməsi
haqqında normaları həm ümumi, həm də xüsusi iddia müddətlərinə tətbiq etsin.
Lakin məhkəmə yalnız müəyyən şərtlər (tələblər) əsasında ötürülmüş iddia müddətini bərpa edə bilər. Bu
şə
rtlərə əməl edilməməsi iddia müddətinin bərpası kimi müstəsna xarakterli tədbirin hüquqi əhəmiyyətinin ol-
mamasına dəlalət edir.
Dostları ilə paylaş: |