Birinji əlamətə görə, qoşulma müqaviləsi standart formalarda bağlanır; bu forma iqtisadi-sosial cəhət-
dən güjlü olan müqavilə tərəfinin maraq və mənafeyinə xidmət edir və kontragent üçün məcburidir. Biz, prakti-
kada kredit, bank əmanəti, sığorta, sərnişin daşıma və digər müqavilələrin standart formalarda bağlanmasının
ş
ahidi oluruq.
Qoşulma müqaviləsinin ikinci əlaməti ondan ibarətdir ki, bu müqavilə özündə tərkib hissəsi kimi standart
şə
rtləri birləşdirir (MM-in 417-418-ji maddələri). Bu şərtləri iqtisadi-sosial cəhətdən üstün olan müqavilə tərəfi
(banklar, sığorta təşkilatı, nəqliyyat təşkilatı və s.) hazırlayır. Bu cəhəti ilə qoşulma müqaviləsi birtipli müqavilə-
dən fərqlənir. Belə ki, birtipli müqavilələrə də standart şərtlər daxil edilir; lakin həmin şərtlər müqavilə tərəfi sa-
yılmayan və müqaviləyə bilavasitə heç bir aidiyyəti olmayan dövlət orqanı tərəfindən hazırlanır.
Üçüncü əlamətə görə, qoşulma müqaviləsinin standart şərtlərini kontragentlər müzakirə etmirlər (onlara
birtipli və ya ümumi şərtlər də deyilir); onlar həmin şərtlərdən hər hansı birini dəyişdirə bilməzlər. Belə ki, iqti-
sadi-sosial cəhətdən üstün olan müqavilə tərəfi (bank, sığorta təşkilatı, nəqliyyat təşkilatı və s.) öz peşə fəaliy-
yətini həyata keçirmək üçün çoxsaylı kontragentlərlə müqavilələr (məsələn, kredit, bank əmanəti, sərnişin daşı-
ma, sığorta və s. müqavilələr) bağlayır və bu zaman həmin müqavilələr üçün eyni, standart şərtlər hazırlayır.
Onlar hər dəfə müqavilə bağlayarkən kontragentlərə təklif edirlər ki, onlar həmin şərtlərə qoşulsunlar. Əgər
kontragentlər onlara təklif olunmuş standart şərtlərə qoşulsalar, müqavilə bağlanmış hesab olunur.
Qoşulma müqaviləsi konstruksiyasının əsas məqsədi iqtisadi-sosial cəhətdən nisbətən zəif olan çoxsaylı
kontragentlərin (istehlakçıların) hüquqlarını qorumaqdan ibarətdir. Belə ki, qoşulma müqaviləsinin standart
şə
rtləri əgər onların mənafeyi üçün zərərli olarsa, belə müqavilə etibarsız hesab edilir (MM-in 420-ji maddəsi-
nin 2-ji bəndi).
424
Qoşulma müqaviləsi bazarların inhisarlaşdırılması şəraitində iqtisadi cəhətdən bərabər olmayan tərəflər ara-
sında bağlanır. Əlbəttə, bu növ müqavilənin bağlanması müqavilə azadlığı prinsipinin məhdudlaşdırılmasına və
mümkün hüquqi risqlərə gətirib çıxarır. Lakin buna baxmayaraq müasir mülki və ticarət (kommersiya) dövriy-
yəsində qoşulma müqaviləsi geniş tətbiq olunur. Malların kütləvi surətdə satışı, eləjə də kütləvi xidmət göstəril-
məsi sahələrində istifadə olunan bu müqavilə müvafiq xərclərin azaldılmasına, danışıqların aparılma vaxtının
qısaldılmasına, sahibkarların işlərinin və maliyyə hesablaşmalarının asanlaşdırılmasına imkan verir.
Qoşulma müqaviləsi konstruksiyası Qərb ölkələrinin qanunvericiliyindən iqtibas olunmuşdur. Özü də həmin
ölkələrin qanunvericiliyi onu «standart müqavilə (ing. «standard» – nümunə, etalon, model) və ya «birtipli müqa-
vilə» adı altında nəzərdə tutur. taliya, Almaniya, srail, sveç, ABŞ, Böyük Britaniya, Hollandiya, sveçrə, Yapo-
niya və digər əjnəbi dövlətlərin mülki qanunvericiliyi bu növ müqavilənin tənzimlənməsinə xüsusi diqqət yetirir.
Məsələn, 1964-cü ildə sraildə «Standart müqavilələr haqqında» xüsusi qanun qəbul edilmişdir. ABŞ-ın Vahid
Ticarət Məcəlləsi standart müqavilə üzrə münasibətləri nizama salır.
Dostları ilə paylaş: |