dərəcədən, xüsusən Vyana konvensiyasının müddəalarından istifadə edilmişdir.
Vyana konvensiyası beynəlxalq mal alqı-satqı müqaviləsində tərəf kimi iştirak edənlərin aralarında əmələ
gələn münasibətləri tənzim edir. Konvensiya əmlakı alıcıya verməyi satıcının əsas vəzifəsi kimi müəyyənləşdi-
rir. O, əmlakı bütün sənədləri ilə birlikdə, tələb olunan miqdarda və keyfiyyətdə verməyə borcludur. Konvensi-
yaya görə alıcının əsas vəzifəsi əmlakı qəbul edib, haqqını ödəməkdən ibarətdir. Konvensiyanın müəyyən etdiyi
həmin qaydalar, demək olar ki, yeni MM-də öz əksini tapmışdır.
Vyana konvensiyasının 67-ci və 68-ci maddələri əmlakın təsadüfən məhv olması riskinin keçməsi qaydasını
müəyyən edir. Riskin keçməsini müəyyən edən MM-in 571-ci maddəsi bu barədə Vyana konvensiyasının müd-
dəalarına çox yaxındır. Konvensiyanın 31-ci maddəsi mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsini şərtlən-
dirən məqamı, yəni satıcının əşyanı vermək vəzifəsinin icrası vaxtını və anını müəyyən edir. MM-in bu məsələ-
yə aid olan 570-ci maddəsi satıcının əmlakı vermək vəzifəsinin icrası məqamının müəyyən edilməsini Vyana
konvensiyası ilə analoji qaydada həll edir.
Konvensiyanın qaydaları bəzi alqı-satqı münasibətlərinə şamil edilmir: şəxsi, ailə və ya məişət (ev) ehtiyaj-
ları üçün mal alınması halına; hərrajda keçirilən satışa; fond kağızlarının, səhmlərin, dövriyyə sənədlərinin satı-
ş
ına; su və hava nəqliyyatının alqı-satqısına; elektrik enercisinin satışına. Konvensiyanın bu göstərişləri yeni
MM-də (605-ci maddə) əsasən öz əksini tapmışdır.
Dostları ilə paylaş: |