miş və ötmüş əşya istifadə üçün yararsız olur, bu cür əşyanı satmaq olmaz. Qarantiya müddəti ötmüş əşya
isə istifadə üçün yararlıdır, onun satılması istisna edilmir, mümkündür. kincisi, yararlılıq müddətinin mü-
ə
yyən edilməsi barədə qanunun göstərişləri (MM-in 584-cü maddəsi) imperativ xarakterə malikdir. Bu gös-
tərişləri tərəflər dəyişə bilməz. Qarantiya müddəti isə alqı-satqı müqaviləsi ilə, satıcının mülahizələri əsasında
təyin edilir.
Üçüncüsü, qarantiya müddəti alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın satıldığı
gündən, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır.
Nəhayət, qarantiya müddəti istehlak olunmayan mallar üçün təyin edilir. Yararlılıq müddətinə gəldikdə isə
bu müddət tez xarab olan, texniki cəhətdən qeyri-mürəkkəb (sadə), uzun müddətə istifadə üçün nəzərdə tutul-
mayan, istehlak edilən əşyalar üçün müəyyənləşdirilir.
Beləliklə, yararlılıq müddəti normativ aktla müəyyən edilən elə bir müddətdir ki, bu müddətin ötüb keçməsi
ilə istehlak olunan mal təyinatına görə istifadə üçün yararsız olur və bu cür malın satışı qadağan edilir. Yararlı-
Dostları ilə paylaş: |