3. Əşyanı sığortalamaq vəzifəsi
Alıcının əlavə vəzifələrindən biri alqı-satqı müqaviləsinin predmeti olan əşyanı sığortalamaqdan ibarət-
dir. Bu vəzifə həm də tərəflərin razılığı ilə satıcıya həvalə edilə bilər. Alqı-satqı müqaviləsində satıcının və ya
alıcının əşyanı sığorta etdirmək vəzifəsi nəzərdə tutula bilər (MM-in 602.1-ci maddəsi).
Satılan əşya itmək, xarab olmaq və ya zədələnmək riskinə görə sığortalana bilər. Müqavilədə əşyanı konkret
olaraq kimin – alıcının və ya satıcının sığortalaması göstərilməlidir. Əgər əşyanı sığortalamaq vəzifəsi alıcıya
həvalə edilərsə, o, sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlayır. Satıcı belə halda alıcıya müqavilə bağlamaq
üçün mal haqqında gərəkli və zəruri olan bütün məlumatları verməyə borcludur.
Müqavilənin predmeti olan malın sığortalanması sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla əmlakın sı-
ğ
ortalanması qaydaları əsasında həyata keçirilir. Sığorta müqaviləsi bağlanarkən «Sığorta haqqında» AR Qanunu-
nun, MM-in və Dövlət Sığorta Şirkətinin müvafiq təlimatlarının göstərişləri əsas tutulur.
Alıcının (və ya satıcının) əşyanı sığortalamaması müəyyən hüquqi nəticələrə səbəb olur. Əgər alıcı (və ya
satıcı) sığortanı həyata keçirməsə, satıcı (və ya alıcı) əşyanı sığorta etdirə bilər. Belə olduqda satıcının (və ya
alıcının) ixtiyarı var ki, iki alternativdən birini seçsin:
●
sığortaya çəkdiyi xərclərin əvəzini ödəməyi alıcıdan (və ya satıcıdan) tələb etməyi;
●
müqavilənin icrasından imtina etməyi.
Dostları ilə paylaş: |