mənəvi (qeyri-əmlak) ziyanın ödənilməsi barədə qayda müəyyən edir. Satıcı qanunla istehlakçılara verilmiş
hüquqları pozarsa, istehlakçıya dəyən mənəvi ziyanı ödəməyə borcludur. Satıcının ödəməli olduğu ziyanın də-
yərini məhkəmə müəyyən edir. Məhkəmə yalnız satıcının təqsiri olduqda mənəvi zərərin ödənilməsi barədə qə-
rar qəbul edir. Beləliklə, istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mə-
nəvi (qeyri-əmlak) zərərin də ödənməsini həll edir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qa-
nununun 26-jı maddəsi).
« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun digər xüsusiyyəti ondan ibarətdir ki, bu
qanun (11-ci maddə) həm də əmlak məsuliyyətini nəzərdə tutur. Belə ki, satıcının alıcıya verdiyi lazımi keyfiy-
yəti olmayan mal istehlakçının həyatına, sağlamlığına və ya əmlakına ziyan vurarsa, dəymiş zərər satıcı tərəfin-
dən tam ödənilməlidir. Bu cür halda müqavilədənkənar (delikt) öhdəlik əmələ gəlir. Malın istehsalçısı da eyni
qaydada məsuliyyət daşıyır. Həm istehsalçı, həm də satıcı vurulan zərəri yalnız təqsirləri olduqda ödəyirlər.
Ə
gər onların təqsiri yoxdursa, vurulan ziyanın ödənilməsindən söhbət gedə bilməz. stehlakçının həyatına, sağ-
lamlığına və ya əmlakına zərər lazımi keyfiyyəti olmayan malın konstruksiya, istehsal, resept və başqa qüsurları
nəticəsində dəyə bilər.
« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun xüsusiyyətlərindən biri odur ki, qanun
bəzi hallarda tələb edilən qaydaları pozmaqla satılmış mallardan əldə edilən gəlirin dövlət büdjəsinə köçürül-
Dostları ilə paylaş: |