avadanlığının istifadə müddəti avadanlığın xidmət (qulluq) müddətindən azdır. Lizinq alan avadanlığı qısa
və ya orta müddətə icarəyə götürür. Bu isə lizinq verənə imkan verir ki, o, lizinq müddəti qurtardıqdan və başa
çatdıqdan sonra həmin avadanlığı başqasının istifadəsinə versin. Belə ki, lizinq müddəti qurtardıqdan sonra ava-
danlıq lizinq verənə qaytarılır. Bu cür halda lizinq alanın ixtiyarı çatmır ki, lizinq avadanlığı üzərində mülkiy-
yət hüququnun ona keçməsini tələb etsin.
Lizinq avadanlığına texniki xidmət göstərilməsi üzrə vəzifənin kimə həvalə edilməsi əlamətinə görə li-
zinqin iki növü fərqləndirilir: təmiz lizinq; xidmətli lizinq. Təmiz lizinq odur ki, bu növ lizinq avadanlığa xid-
mət göstərilməsini lizinq alana həvalə edilməsini nəzərdə tutur. Bu lizinq növü kommersiya bankları, lizinq
ə
məliyyatları ilə məşğul olan sığorta təşkilatları üçün xarakterikdir. Bu, məlum məsələdir. Belə ki, lizinq verən
rolunda çıxış edən banklar və sığorta təşkilatları, təbii ki, lizinq əmlakına xidmət göstərə bilməz.
Dostları ilə paylaş: |