Mülki hüquq münasibətinin subyekt tərkibi dedikdə, bu münasibətlərdə iştirak edən şəxslərin məcmusu ba-
ş
a düşülür. Onlar subyektiv hüquqlara malik olub, hüquqi vəzifələr daşıyırlar. Hər bir mülki hüquq münasibətində
ə
n azı iki şəxs (subyekt) iştirak edir. Bu münasibət də məhz onlar arasında əmələ gəlir. Əgər əlaqə ən azı iki şəxs
(subyekt) arasında yaranmazsa, onda ictimai münasibətin, həmçinin bununla da hüquq münasibətinin əmələ gəl-
məsindən söhbət gedə bilməz. Məsələn, alqı-satqı hüquq münasibətində alıcı-satıcı, daşıma hüquq münasibətində
daşıyıcı - yük göndərən, kirayə hüquq münasibətində kirayə verən - kirayəçi və s. həmin münasibətlərdə iştirak
edən subyektlərdir.
Mülki hüquq münasibətinin məzmunu çoxcəhətli anlayışdır. O, üç mənada işlədilir:
●
mülki hüquq münasibətinin maddi məzmunu;
●
mülki hüquq münasibətinin ideoloæi məzmunu;
60
●
mülki hüquq münasibətinin hüquqi məzmunu.
Dostları ilə paylaş: |