subyektlər hüquq bərabərliyinə malikdirlər. Bu subyektlər arasında hakimiyyət-tabeçilik, inzibati-asılılıq
münasibətləri yoxdur. Onlar həm əmlak, həm də təşkilati cəhətdən bir-birindən ayrılmışdırlar. Bu hal mülki hü-
quq münasibəti iştirakçılarının müstəqil olmalarına, bir-birindən asılı olmamalarına dəlalət edir. Məsələn, alqı-
satqı, podrat, daşıma, sığorta, borc, kredit, icarə, kirayə və digər hüquq münasibətlərində iştirak edən subyektlər
hüquq bərabərliyinə malik olub, müstəqildirlər, bir-birindən asılı deyillər, iradə sərbəstliyinə malikdirlər. Onlar
arasında subordinasiya (tabeçilik) münasibətləri müvcud deyil.
Özü də mülki hüquq münasibəti iştirakçılarından birinin vəzifə daşıması onun digər tərəfə tabe olmasını ifa-
də etmir. Bu vəzifə digər tərəfin malik olduüu konkret hüquqa (müəyyən hərəkətin edilməsini tələb etmək hü-
ququna) uyüun gəlir. Məsələn, alqı-satqı hüquq münasibətində alıcının vəzifəsi aldığı əşyanın qiymətini ödə-
məkdən ibarətdir. Bu vəzifə satıcının əşyanın pulunun ödənilməsini tələb etmək hüququna uyüundur. Deməli,
vəzifə daşımaq tabeçiliyi ifadə etmir. O, hüquqla birlikdə mülki hüquq münasibətlərinə girən subyektləri bir-bi-
ri ilə əlaqələndirir, bağlayır.
Mülki hüquq münasibətlərinin ikinci xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlərdə iştirak edən sub-
Dostları ilə paylaş: |