dətli əqddir; o, istənilən müddətə verilə bilər. Verilmə müddəti (bağlandığı tarix) göstərilməyən etibarnamə
etibarsız sayılır. Bu sözləri tapşırıq müqaviləsi haqqında demək olmaz. Bu müqavilədə müddət nəzərdə tutul-
maya da bilər. Etibarnamə yalnız yazılı formada tərtib olunur. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı
formada bağlana bilər. Tapşırıq müqaviləsinin funksiyası nümayəndəliyin daxili münasibətlərini, yəni və-
kalət verənlə vəkalət alan arasında yaranan münasibətləri qaydaya salmaqdan, etibarnamənin funksiyası isə
nümayəndəliyin xariji münasibətlərini, yəni vəkalət alanla üçüncü şəxslər arasında əmələ gələn münasibətləri
tənzimləməkdən ibarətdir. Məsələn, vətəndaş öz bağ evini satmağı qonşusuna tapşırır. Qonşu bağı başqa bir və-
təndaşa (üçüncü şəxsə) satır. Bu misalda vətəndaşla (vəkalət verənlə) qonşu (vəkalət alan) arasındakı münasibətlər
nümayəndəliyin daxili münasibətləri hesab edilməklə tapşırıq müqaviləsi ilə tənzimlənir. Qonşu (vəkalət alan) ilə
üçüncü şəxs arasındakı münasibətlər nümayəndəliyin xariji münasibətləri sayılmaqla etibarnamə ilə qaydaya salı-
nır. Deməli, tapşırıq müqaviləsi vəkalət alana, etibarnamə isə üçüncü şəxsə ünvanlanır.
Beləliklə, söylədiklərimizdən biz belə bir nətijə çıxara bilərik ki, təkjə tapşırıq müqaviləsi və ya təkjə etibar-
namə ilə nümayəndəlik üzrə münasibətləri nizama salmaq olmaz. Ən düzgün variant bu münasibətlərin tapşırıq
Dostları ilə paylaş: |