§ 2. Broker müqaviləsinin elementləri
1. Tərəflər
Broker müqaviləsinin bağlanmasında iki tərəf iştirak edir:
●
broker;
●
sifarişçi.
Broker brokerlik fəaliyyətini yerinə yetirən, vasitəçilik funksiyasını həyata keçirən şəxsdir. Brokerlərin
müxtəlif kateqoriyaları mövcuddur: birja brokeri; sığorta brokeri; qiymətli kağızlar bazarının brokeri və s. Kon-
tinental Avropa ölkələrinin qanunvericiliyi brokeri makler adlandırır. Məsələn, Almaniya Ticarət Qanunnamə-
sinə görə makler dedikdə malların və qiymətli kağızların alqı-satqı müqaviləsi, habelə sığorta, daşıma, gəmilə-
rin və ticarət dövriyyəsinin digər predmetlərinin kirayəsi müqaviləsi bağlamaqda professional əsaslarla müqavi-
lə vasitəsi ilə başqa şəxslərin mənafeyinə vasitəçilik xidməti göstərən şəxs başa düşülür. taliya MM-nə görə
makler (ital. «mediatore») iki və daha çox şəxs arasında müqavilə bağlamaq məqsədi ilə onlar arasında əlaqə
yaradan və həmin şəxslərlə hər hansı münasibətdə olmayan şəxsdir. ngiltərə və ABŞ hüququnda broker anlayı-
ş
ından ticarət agentini müəyyən etmək üçün istifadə edilir. Brokerin əsas funksiyası haqq əsasında iki tərəf
arasında müqavilə bağlamaq üçün vasitəçilik xidməti göstərməkdən ibarətdir. Adətən broker müqavilə bağla-
maqda öz prinsipalına (tapşırana) köməklik göstərir. O, prinsipal tərəfindən satış üçün təklif olunan malları
müştərilərə göstərir, müqavilə bağlamaq üçün daşışıqlar aparır.
Ə
Dostları ilə paylaş: |