Renta alanın renta ödənilməsi üçün verilmiş torpaq sahəsinə və digər daşınmaz əşyaya ipoteka hüququ tərəf-
lərin razılığı ilə müəyyən edilmir. Buna görə də onlar arasında ipoteka müqaviləsi bağlanması tələb olunmur.
poteka hüququ qanununun göstərişi əsasında, renta müqaviləsinin bağlanması faktı nəticəsində əmələ gə-
lir. Odur ki, ona qanuni ipoteka deyilir. Renta ödənişini vermək üzrə öhdəliyi renta ödəyicisi yerinə yetirmədi-
559
yi halda, renta alanın tələbləri həmin əşyanın dəyəri hesabına ödənilir.
Renta ödənilməsi üçün daşınar əşya (o cümlədən pul) verildiyi halda, renta ödənilməsinin təmin edilməsi üsul-
larını müqaviləni bağlayan tərəflərin özləri müəyyən edirlər. Onlar mümkün olan iki alternativdən birini seçmək
ixtiyarına malikdirlər. Başqa sözlə, tərəflər iki alternativ təminat üsulundan birini seçə bilərlər:
●
onlar ya qanunda və ya müqavilədə nəzərdə tutulan öhdəliyin icrasının təmini üsullarından (girov, beh,
zaminlik, dəbbə pulu, bank qarantiyası və b.) istifadə edirlər;
●
ya bunun əvəzinə öhdəliklərin icra olunmaması, ya da lazımınca icra olunmaması üçün məsuliyyət riskini
Dostları ilə paylaş: