5. Müddətli və müddətsiz mülki hüquq münasibətləri
Müddət kimi meyara və əlamətə görə mülki hüquq münasibətləri iki cür olur:
●
müddətli mülki hüquq münasibətləri;
●
müddətsiz (qeyri-müəyyən müddətli) mülki hüquq münasibətləri.
Müddətli mülki hüquq münasibətləri odur ki, onlar müəyyən müddətə qüvvədə olur. Bu hüquq münasi-
bətlərinin qüvvədə olması müəyyən vaxtla məhdudlaşır. Həmin müddət ötüb keçdikdən sonra tərəflərin hüquq
və vəzifələri ləğv edilir. Məsələn, müəlliflik hüquq münasibətləri əsərin yaradılması ilə yaranır, müəllifin bütün
həyatı boyu, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 50 il müddətində qüvvədə
olur. Superfitsi hüquq münasibətlərinin (tikiliyə vərəsəlik hüquq münasibətlərinin) qüvvədə olma müddəti dox-
san doqquz ildən çox ola bilməz (MM-in 250-ci maddəsinin 3-cü bəndi). Patent hüquq münasibətləri ixtira üçün
20 il, faydalı model və sənaye nümanəsi üçün isə 10 il müddətində qüvvədə olur.
Dostları ilə paylaş: |