Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə275/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   271   272   273   274   275   276   277   278   ...   1820
Hüquqi  əməllər  elə  hüquqauyüun  hərəkətlərdir  ki,  şəxslər  bu  hərəkətləri  xüsusi  olaraq  müəyyən  hüquqi 

nəticə yaratmaq məqsədi olmadan etsələr də, həmin hərəkətlər hüquqi nəticəyə səbəb olur. Daha doürusu, əgər 

hər hansı bir şəxs özü üçün hüquqi nəticə yaratmaüı (mülki hüquq münasibətinin əmələ gəlməsini, dəyişdiril-

məsini və ya xitam olunmasını) xüsusi olaraq qarşısına məqsəd kimi qoymadan hərəkət edərsə, lakin bu hərəkət 

hüquqi nəticəyə səbəb olarsa (yəni mülki hüquq münasibəti yaradarsa, dəyişərsə və ya xitam edərsə), onda hə-

min hərəkət hüquqi əməl hesab ediləcəkdir. Deməli, xüsusi olaraq hüquqi nəticəyə — mülki hüquq münasibət-

lərinin yaranmasına, dəyişməsinə və ya xitam olunmasına yönəlməsə də, hüquqi nəticəyə səbəb olan hüquqauy-

üun hərəkətlərə hüquqi əməllər deyilir. Misala müraciət edək. Traktorçu yaz aylarında kəndli (fermer) təsərrü-




 

89 


fatına məxsus torpaq sahəsini şumlayarkən dəfinə aşkar edir. Torpaüa basdırılmış qızıl-zinət məmulatları onun-

la kəndli (fermer) təsərrüfatı arasında yarı bölünür. Traktorçu dəfinənin yarı hissəsinə mülkiyyət hüququ əldə 

edir. Lakin o, torpaüı şumlayarkən bu cür hüquqi nəticənin yaranmasını qarşısına xüsusi olaraq məqsəd kimi 

qoymamışdı. Deməli, onun həmin hərəkəti hüquqi əməldir. 

Başqa bir misalda kimyaçı alim laboratoriyada kimyəvi reaksiya aparır və təsadüfən elmə məlum olmayan 

yeni bir kimyəvi element kəşf edir. Bununla kəşf hüquq münasibəti əmələ gəlir. Deməli, alimin hərəkəti hüquqi 

ə

məldir. Ona görə ki, o, reaksiya apararkən yeni element kəşf etməyi öz qarşısına məqsəd kimi qoymamışdı. 



Daha başqa bir misalda gənc bir oülan öz nakam məhəbbəti barədə rayon qəzetlərində silsilə şerlər dərc etdi-

rir. Həmin oülanın şerlər yazması müəlliflik hüquq münasibətinin əmələ gəlməsinə səbəb olur. Belə ki, onun 

həmin şerlərə müəlliflik hüququ  yaranır. Amma öz nakam məhəbbəti barədə şer  yazan zaman gənc oülan öz 

qarşısına bu cür məqsəd qoymamışdı. Ona görə də onun şer yazmaq kimi hərəkəti hüquqi əməl hesab edilir.  

Subyektlərin xüsusi olaraq müəyyən hüquqi nəticəyə — mülki hüquq münasibətlərinin yaranmasına, dəyiş-

məsinə və  ya xitam olunmasına  yönələn hüquqauyüun hərəkətlərinə hüquqi aktlar (latınja actus — hərəkət) 

deyilir. Hüquqi aktların əhatə dairəsi həddən ziyadə genişdir. Hüquqi əməllərə münasibətdə onların xüsusi çəki-

si müqayisəedilməz dərəcədə çoxdur. Sivilistika elmi və mülki qanunvericilik hüquqi aktların üç növünü fərq-

ləndirir: 

 əqdlər; 



 inzibati aktlar; 

 məhkəmə aktları. 



Ə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin