Klinik ölüm halına gəldikdə isə qeyd etmək lazımdır ki, bu halda insan orqanizminin ayrı-ayrı orqanlarının
— beyin, ürək və böyrəyin işi dayanır, amma orqanizmin yaşamaq qabiliyyətinin bərpa olunmaq imkanı tama-
milə itmir. Bu cür ölüm halında toxumalarda və mərkəzi sinir sistemində bərpaolunmaz dəyişikliklər baş ver-
mir. Ona görə də göstərilən vəziyyətdə tənəffüsü və ürək döyüntüsünü bərpa etmək və insan həyatını geri qay-
tarmaq mümkün olur. Odur ki, klinik ölüm halını fiziki şəxsin mülki hüquq qabiliyyətinə xitam verilməsinə
dəlalət edən hadisə hesab etmək olmaz. Odur ki, mülki hüquq qabiliyyəti bir dəfə yarandığı kimi, bir dəfə də
xitam olunur. Klinik ölüm halında isə insanı həyata qaytarmaq mümkündür. Mülki hüquq qabiliyyəti fiziki şəx-
sin özündən ayrılmazdır. Fiziki şəxs əgər yaşayırsa, o, mülki hüquq qabiliyyətli sayılır.
Dostları ilə paylaş: |