Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə387/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   383   384   385   386   387   388   389   390   ...   1820
yerinə yetirməsində həmin şəxslərə kömək edirlər. Belə təsəvvür yaranır ki, qəyyumluq və himayəçilik ara-

sında əsas fərq qanunun qəyyumun və himayəçinin özərinə qoyduüu mülki-hüquqi vəzifələrin həcmindən iba-

rətdir.  

2. Qəyyumluq və himayəçilik orqanları  

Qəyyumluq və himayəçiliklə bağlı olan münasibətlərdə qəyyumluq və himayəçilik orqanları fəal surətdə işti-

rak edirlər. Müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları qəyyumluq və himayəçilik orqanları hesab 

edilir. Bu orqanların vasitəsi ilə dövlət özünün  mülki fəaliyyət qabiliyyəti olmayan, habelə natamam (nisbi), 

qismən və ya məhdud fəaliyyət qabiliyyətli vətəndaşlarının hüquq və mənafelərini müdafiə edir, onlara qayüı 

göstərir. Onların həyata keçirdikləri fəaliyyətdə şəxsiyyətin dövlət müdafiə formalarından biri ifadə olunur.  

Rayon (şəhər) icra hakimiyyəti orqanları qəyyumluq və himayəçilik orqanları kimi qəyyumluq və himayəçi-

liklə bağlı olan ən vacib və mühüm məsələləri həll edir. Bu orqanlar məhkəmə qətnaməsi əsasında fiziki şəxs 

özərində qəyyumluq və himayəçilik təyin edilməsi barədə qərar çıxarır. Belə ki, məhkəmə fiziki şəxsin fəa-

liyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması (spirtli içkilərdən, narko-

tik  maddələrdən  sui-istifadə  etmə  və  s.  nəticəsində)  barədə  qətnamə  qəbul  edir.  Bu  qətnamə  qanuni  qüvvəyə 

mindiyi gündən üç gün ərzində fiziki şəxsin yaşayış yeri özrə qəyyumluq və himayəçilik orqanına (rayon icra 

hakimiyyəti orqanına) göndərilir. Onun əsasında bu orqan fiziki şəxs özərində qəyyumluq və himayəçilik təyin 

edilməsi barədə qərar qəbul edir. Rayon icra hakimiyyəti orqanı konkret fiziki şəxsin qəyyum və ya himayəçi 

təyin edilməsi barədə qərar da çıxara bilər.  

Qəyyumluq və himayəçilik təyin edilməsi rayon  icra hakimiyyəti orqanlarının (qəyyumluq və himayəçilik 

orqanlarının) müstəsna səlahiyyətinə aiddir. Başqa hər hansı bir orqanın bu məsələ barəsində qərar qəbul etmə-

yə ixtiyarı çatmır.  

Qəyyumluq  və  himayəçiliyin  bilavasitə  təşkili,  onların  həyata  keçirilməsi  özərində  nəzarət,  ümumiyyətlə, 

qəyyumluq və himayəçilik təyin etməkdən savayı, yerdə qalan digər məsələlər və funksiyalar rayon icra haki-

miyyəti başzısının yanında üvladlığa gütürmə, qəyyumluq və himayəzilik komissiyasına həvalə edilir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin