kinlik yaşına çatmış və tam mülki fəaliyyət qabiliyyəti olan şəxslərdən təyin edilir (MM-in 35-ci maddəsi-
nin 2-ci bəndi). Yalnız yetkinlik yaşına çatmış və tam mülki fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayə-
çi) qismində çıxış edə bilərlər. Əgər şəxs yetkinlik yaşına (18 yaşa) çatmamışsa və onun tam mülki fəaliyyət qa-
biliyyəti yoxdursa, onda həmin şəxsin qəyyum (himayəçi) təyin edilməsindən qəti olaraq söhbət gedə bilməz.
Bax, buna görə də 7 yaşından 14 yaşınadək qismən fəaliyyət qabiliyyətli şəxslər, həmçinin 14 yaşdan 18 yaşı-
nadək nisbi (natamam) fəaliyyət qabiliyyətli şəxslər qəyyum (himayəçi) təyin olunmurlar. Emansipasiya və ya
nigah yaşı aşaüı salınmaqla ailə qurmaq (nikah yetkinliyi) qaydasında vaxtından əvvəl tam mülki fəaliyyət qa-
biliyyəti əldə edən şəxslər, bəs necə, qəyyum (himayəçi) müəyyən edilə bilərlərmi? Mülki qanunvericilik bu su-
alı cavabsız qoymur. Belə ki, bu kateqoriya şəxslər vaxtından əvvəl tam mülki-hüquqi status qazansalar da, yet-
kinlik yaşına çatmamışlar. Bax, buna görə də onların qəyyum (himayəçi) təyin edilməsi yolverilməzdir.
Qanunun qəyyumlar (himayəçilər) barəsində nəzərdə tutduüu dördüncü şərt ondan ibarətdir ki, onlar öz
Dostları ilə paylaş: |