və tələb olunmur. Ona görə ki, göstərdiyimiz kimi, fiziki şəxsin ölmüş elan edilməsi onun mülki hüquq qabi-
liyyətinin xitam olunmasına səbəb olmur. Necə deyərlər, mülki hüquq qabiliyyəti ləğv olunmamışdı ki, yenidən
bərpa olunsun.
Ölmüş elan edilən fiziki şəxs gəldikdə, onun subyektiv hüquqlarının bərpa edilməsi vacibdir. Hər şeydən
ə
vvəl, həmin şəxsin mülkiyyət hüququnu bərpa etmək lazım gəlir. Söhbət bu şəxsin mülkiyyətində olan əmla-
kın onun özünə qaytarılmasından gedir. Mülki qanunvericilik əmlakın qaytarılması özrə münasibətləri tənzim-
ləmək üçün xüsusi qayda müəyyən edir (MM-in 42-ci maddəsinin 2-4-cü bəndləri). Bu qaydaya görə fiziki şəx-
sin malik olduüu əmlakın qaytarılması iki amildən asılıdır: birincisi, əmlakın naturada saxlanılmasından; ikinci-
si, həmin əmlakın başqa şəxslərə keçməsi əsaslarından. Bu iki amilə görə mümkün olan üç hüquqi nəticə yara-
141
nır.
Dostları ilə paylaş: |