Hüquqi şəxsin əlamətləri dedikdə, bu şəxsə məxsus olan elə real (obyektiv) daxili xüsusiyyətlər başa
düşülür ki, həmin xüsusiyyətlər əsasında müvafiq qurum mülki hüququn subyekti kimi tanınır. Özü də
dərhal qeyd etməliyik ki, bu əlamətlər öz hüquqi təbiətinə görə sosial xarakterə malikdir. ×ünki həmin əlamətlər
cəmiyyətin sosial-tarixi inkişafı ilə əlaqədar olub, onunla şərtlənir.
Hüquqi şəxsin əlamətləri onun mahiyyətini ifadə edir. Daha doürusu, hüquqi şəxs anlayışının əsl mənası
onun əlamətlərində təzahür edir. Bu baxımdan hüquqi şəxsin əlamətləri onun daxili atributlarıdır (latınja
attributum — verilmiş). Bununla belə, hüquqi şəxs özünün xarici atributlarına da malikdir. Xarici atributlar
onun əsl mahiyyətini əks etdirmir. Onlara aiddir:
●
hüquqi şəxsin dövlət qeydiyyatına alınması;
●
möhürə malik olmaq;
●
bankda hesab açmaq.
Xarici atributları mülki hüquq subyektliyi olmayan, yəni hüquqi şəxs statusuna malik olmayan qurumlar da
daşıya bilər. Məsələn, istehsal müəssisəsinin filialı dövlət qeydiyyatından keçir, bank hesabı açır və möhürə
malikdir. Lakin o, hüquqi şəxs sayılmır. Buna görə də həmin filial mülki hüquq münasibətlərində subyekt ro-
lunda çıxış edə bilmir. Deməli, xarici atributlar hüquqi şəxs konstruksiyasının həqiqi mahiyyətini ifadə etmir.
Mülki hüquq elmi və qanunvericilik hüquqi şəxsin dörd əsas və başlıca əlamətini müəyyənləşdirir. Bu əla-
mətlərə aiddir:
●
təşkilati vahidlik;
●
mülkiyyətində ayrıca əmlakı olmaq;
●
müstəqil surətdə mülki (əmlak) dövriyyədə öz adından çıxış etmək;
●
məhkəmdə iddiaçı və ya cavabdeh olmaq.
Göstərilən hər bir əlamətin olması vacib və zəruridir. Onların məcmusu müvafiq qurumun mülki hüququn
subyekti kimi — hüquqi şəxs kimi tanınması üçün kifayət edir.
Dostları ilə paylaş: |