Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə506/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   502   503   504   505   506   507   508   509   ...   1820
fəaliyyətinin predmet və məqsədlərinin nəzərdə tutulması haqqında göstəriş ifadə etmir. Amma ümumi (uni-

versal) hüquq qabiliyyətli kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyət predmeti və məqsədinin 

göstərilməsi istisna edilmir, bu, mümkündür. Bunun özün lazımdır ki, kommersiya hüquqi şəxsinin nizamnamə-

sində fəaliyyət növlərinin siyahısı verilsin, həmin fəaliyyət növləri sadalansın. Lakin nizamnamədə bütün fəa-

liyyət növlərinin hamısını sadalamaq, məlum məsələdir ki, mümkün deyil. Belə halda, söz yox ki, uzun bir si-

yahı yaranardı. Vəziyyətdən zıxmaq özün nizamnamədə bəzi fəaliyyət növləri sadalanır və oraya hükmən hüqu-

qi şəxsin qanunla qadağan edilməyən istənilən fəaliyyət növü ilə məşğul olması barədə  göstərişi daxil edilir. 

Ə

ks təqdirdə həmin kommersiya hüquqi şəxsi məqsədli (xüsusi, məhdud) hüquq qabiliyyətli hüquqi şəxsə zev-



rilərdi. Bu göstəriş həm də təsisziləri nizamnamədə dəyişiklik etmək (hüquqi şəxsin fəaliyyət xarakterinin də-

yişməsi ilə bağlı olaraq) və onu yenidən qeydiyyatdan keçirmək problemindən azad edir. 

Kezmiş 1964-cü il Mülki Məcəlləsinə görə, hüquqi şəxslər yalnız xüsusi (məqsədli) hüquq qabiliyyətinə ma-

lik idi. Həmin Məcəllənin 25-ci maddəsində göstərilirdi ki, hüquqi şəxs, onun müəyyən edilmiş fəaliyyət məq-

sədinə müvafiq olaraq, mülki hüquq qabiliyyətinə malikdir. Yeni Mülki Məcəllə isə hüquqi şəxsin kommersiya 

təşkilatı kimi növünə ümumi hüquq qabiliyyəti verir. Bu, o deməkdirmi ki, indiki müasir qanunvericiliyə görə, 

kommersiya hüquqi şəxslərinin hüquq qabiliyyəti ümumi (universal) xarakter daşıyır? Hüquq ədəbiyyatı səhifə-

lərində bu suala cavab olaraq göstərilir ki, indi kommersiya hüquqi şəxslərinin ümumi (universal) hüquq qabi-

liyyətli olmasını güman etmək səhv fikirdir. Onların məqsədli (məhdud) hüquq qabiliyyətinə malik olması ehti-

mal və güman olunur. Bununla kommersiya hüquqi şəxslərinin məqsədli (xüsusi, məhdud) hüquq qabiliyyətinə 

malik olması prezumpsiyası müəyyənləşdirilir, yəni əksi sübut olunana kimi (doğruluğu rədd edilmədikjə) bü-

tün kommersiya hüquqi şəxsləri məqsədli (xüsusi) hüquq qabiliyyətli sayılır. Ona görə ki, hər bir hüquqi şəxs, 

istər kommersiya təşkilatı olsun, istərsə də, qeyri-kommersiya təşkilatı, fərqi yoxdur, bir qayda olaraq, konkret 

müəyyən məqsədə çatmaq üçün yaradılır. Onların fəaliyyət məqsədləri və predmeti nizamnamədə göstərilir və 

müəyyənləşdirilir. Mübahisəsiz olaraq demək olar ki, hüquqi şəxslər öz nizamnaməsində müəyyənləşdirilən fə-

aliyyət məqsədlərinə uyüun gələn və müvafiq olan mülki hüquq və vəzifələrə malik ola bilərlər. Onların nizam-

namədə müəyyənləşdirilən fəaliyyət məqsədlərinə zidd olan və uyüun gəlməyən əqdlər bağlamaüa və bu əqd-

lərdən irəli gələn mülki hüquq və vəzifələrə malik olmaüa ixtiyarı çatmır.  

Hüquqi şəxs (həm kommersiya təşkilatı, həm də qeyri-kommersiya təşkilatı) öz nizamnaməsində müəyyən-

ləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq əqd bağlaya bilər. Bu cür əqd onun hüquq qabiliyyətindən kənara 

çıxan əqd — nizamnamədənkənar əqd adlanır. Bəzi hallarda həmin əqdə «ultra vires» də deyilir. Bu cür əqdləri 

və beləliklə də, onlardan irəli gələn mülki hüquq və vəzifələrə malik olmaüı mülki qanunvericilik etibarsız he-

sab edir (MM-in 349-cu maddəsi). Bu qayda, ümumiyyətlə, bütün hüquqi şəxslərin bağladığı nizamnamədənkə-

nar əqdlərə aiddir. Beləliklə, dediklərimiz onu sübut edir ki, bütün hüquqi şəxslər — həm kommersiya, həm də 

qeyri-kommersiya  hüquqi  şəxsləri  məqsədli  (məhdud,  xüsusi)  hüquq  qabiliyyətinə  malikdir.  Bununla  müasir 

qanunvericilik köhnə qanunvericiliyin hüquqi şəxsin məqsədli (məhdud, xüsusi) hüquq qabiliyyətli olması barə-

də ənənəsini saxlayır. Amma yuxarıda qeyd etdiyimiz kimi, əgər kommersiya hüquqi şəxsinin nizamnaməsində 

bəzi fəaliyyət növləri sadalanarsa və oraya «qanunla qadağan edilməyən istənilən fəaliyyət növü ilə məşğul ol-

maq» barədə göstəriş daxil edilərsə, onda həmin şəxs bu fəaliyyəti həyata keçirmək özün lazım olan bütün mül-

ki hüquqlara malik ola və hüquqi vəzifələr daşıya bilər. Bu cür halda isə həmin kommersiya hüquqi şəxsinin 

universal (ümumi) qabiliyyətli olması göz qabağındadır. Belə hal kommersiya hüquqi şəxsinin nizamnaməsində 

onun  fəaliyyət  predmeti  və  məqsədi  göstərilmədikdə  də  yaranır,  bir  şərtlə  ki,  qanunun  ifadə  etdiyi  göstərişə 

görə hüquqi şəxs nizamnaməsində məcburi surətdə fəaliyyət predmetini nəzərdə tutmağa borclu olmasın. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   502   503   504   505   506   507   508   509   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin