Hüquqi şəxsin qoşulması (qatılması) yenidən təşkil olunmanın elə bir formasıdır ki, bunun nəticəsində bir
və ya bir neçə hüquqi şəxsin müvcudluğuna onların başqa bir hüquqi şəxsə (hüquqi varisə) qatılması (qoşulma-
sı) yolu ilə xitam verilir. Qatılan (qoşulan) hüquqi şəxslərin müstəqil olaraq müvcudluğuna xitam verilir, onları
özündə birləşdirən əvvəlki hüquqi şəxs isə fəaliyyət göstərməkdə davam edir. Bu halda qoşulan (qatılan) hüqu-
qi şəxslərin hüquq və vəzifələri əvvəlki hüquqi şəxsə keçir (MM-in 56-jı maddəsinin 4-cü bəndi). Məsələn,
«Ruzibank», «Əmanət Bank», «Parabank» kimi öz müstəqil bank «Muğan Bank» adlı hüquqi şəxsə qoşulur və
bunun nəticəsində onların hər özünün də müvcudluğuna xitam verilir, «Muğan Bank» isə fəaliyyət göstərməkdə
davam edir. Bu, hüquqi şəxslərin irilənməsi, büyüməsi formasıdır.
Dostları ilə paylaş: |