Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə612/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   608   609   610   611   612   613   614   615   ...   1820
4. Tam ortaqlıq  

Tam  ortaqlıq  təsərrüfat  ortaqlıqlarının  əsas  və  başlıca  formasıdır  (növüdür).  Bu  konstruksiyanı  ölkəmizin 

1964-cü il MM-i (o cümlədən RSFSR-in və digər sovet respublikalarının 1964-1965-ci il məcəllələri) tanımır 

və tənzimləmirdi. Bundan fərqli olaraq, RSFSR-in 1922-ci il MM-i, Azərbaycan SSR-in 1923-cü il MM-i tam 

ortaqlıüın hüquqi vəziyyətini geniş təfsilatı ilə nizama salırdı. Həmin məcəllələrin 298-ci maddəsi onu hüquqi 

şə

xs hesab edirdi.  



90-cı illərdən başlayaraq RF-in qanunvericiliyində ölkədə həyata keçirilən iqtisadi islahatlara uyüun olaraq 

tam ortaqlıq konstruksiyası nəzərdə tutulmaüa başladı. Belə ki, RSFSR-in «Müəssisələr və sahibkarlıq fəaliyyə-

ti haqqında» 25 dekabr 1990-cı il tarixli qanununda tam ortaqlıüın leqal anlayışı formulə edilir, onun hüquqi və-

ziyyəti  müəyyənləşdirilirdi.  Bu  qanuna  görə,  tam  ortaqlıq  hüquqi  şəxs  sayılmırdı.  Bunun  ardınca  ölkəmizin 

«Müəssisələr haqqında» 1 iyul 1994-cü il tarixli qanununun 8-ci maddəsində tam ortaqlıüın yaradılması, idarə 

edilməsi və fəaliyyət prinsipləri müəyyənləşdirilirdi. Burada tam ortaqlıq müstəqil təsərrüfat subyekti olan mü-

ə

ssisələrin təşkilati-hüquqi formalarından biri hesab olunurdu. Qanun onu həm də şərikli müəssisə anlayışı ilə 



ə

hatə edirdi.  

Yeni Mülki Məcəllə ölkəmizdə aparılan iqtisadi islahatları, kommersiya (sahibkarlıq) dövriyyəsinin inkişafı-

nı nəzərə alaraq, tam ortaqlıq hüquqi konstruksiyasını, xarici ölkələrin (Almaniyanın, Fransanın, Ispaniyanın, 

Polşanın, RF-in) qanunvericilik ənənələrinə uyüun olaraq nəzərdə tutur. Bu konstruksiyanın parametrləri bütün 

detalları ilə MM-in 69-81-ci maddələri ilə geniş surətdə tənzim olunur.  

MM-in 69-cu maddəsinin 1-ci bəndi tam ortaqlıüın leqal anlayışını verir. Bu anlayışda onun əsas cəhət və 

xüsusiyyətləri ifadə olunur. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   608   609   610   611   612   613   614   615   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin