mlakını risq edirlər. Belə ki, əgər ortaqlıq zərərə düşərsə, kommanditzi qoyduüu mayadan məhrum olur və onu
itirir.
Beləliklə, kommandit ortaqlıüı hüquqi konstruksiyası sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün həm tam
ortaqların (sahibkarların), həm də kommanditçilərin (sahibkar olmayanların) əmlakını birləşdirməyə imkan ve-
rir. O, özündə şəxslərin birliyi və kapitalların birliyi kimi iki hüquqi konstruksiyanın elementlərini birləş-
dirir, yəni tam ortaqların birliyini və kommanditçilərin kapitallarının birliyini əhatə edir.
Kommandit ortaqlıüının firma adı də
qiq göstərilməlidir. ×ünki bunun potensial kreditorlar üçün mühüm əhə-
miyyəti vardır. Firma adının göstərilməsi üçün iki variantdan istifadə oluna bilər. Birinci varianta görə, komman-
dit ortaqlıüın firma adına bütün tam ortaqların adları və «kommandit ortaqlıüı» sözləri daxil edilir. Məsələn, «Bə-
rəkət», «Təmas» tam ortaqları və kommandit ortaqlıüı».
kinci varianta görə, kommandit ortaqlıüının firma adında «və ortaqları» və «kommandit ortaqlıüı» sözləri
ə
lavə edilməklə azı bir tam ortaüın adı göstərilir. Məsələn, «Əhmədoülu» tam ortaüı və ortaqları kommandit or-
taqlıq».
Kommandit ortaqlıüının firma adına kommanditçinin adı daxil edilmir. Əgər daxil edilərsə, həmin komman-
ditçi avtomatik olaraq tam ortaüa çevrilir (MM-in 82-ci maddəsinin 5-ci bəndi). Bu, o deməkdir ki, tam ortaüa
çevrilən kommanditçi ortaqlıüın öhdəlikləri özrə (ümumi borcları özrə) öz şəxsi əmlakı ilə məsuliyyət (subsidi-
ar məsuliyyət) daşıyır.
Kommanditçilərin özərinə mülki qanunvericilik müəyyən vəzifələr qoyur (MM-in 85-ci maddəsinin 1-ci
bəndi). Onların əsas, birinci dərəcəli və başlıca vəzifəsi kommandit ortaqlıüa maya kimi kapital (əmlak)
qoymaqdan ibarətdir. Qoyulan mayaların ümumi miqdarı kommandit ortaqlıüının nizamnaməsində göstərilir.
Deməli, kommandit ortaqlıüının şərikli kapitalının yaradılmasında tam ortaqlarla yanaşı, həm də kommanditçi-
lər iştirak edirlər. Özü də qoyulan mayaların tərkibi və miqdarı nizamnamə əsasında müəyyənləşdirilir.
Kommandit ortaqlıüına maya qoyan kommanditçiyə ortaqlıq tərəfindən iştirakçılıq barədə şəhadətnamə
verilir. Bu şəhadətnamə təsdiqləyici (sübutedici) sənəd funksiyasını yerinə yetirir. Onu qiymətli kaüız hesab et-
mək olmaz. Bu sənədin əsas təyinatı maya qoyulmasını və maya qoyanın statusunu təsdiq etməkdən ibarətdir.
Kommanditçilər müəyyən hüquqlara malikdirlər. Onların hüquqları, əsasən, əmlak xarakterlidir.
Dostları ilə paylaş: |